1915-ci ildə kimya üzrə Nobel mükafatçısı – RİXARD MARTİN VİLŞTETTER (1872-1942)

 

Rixard Martin  VilştetterAlmaniyanın Karlsrue şəhərində  anadan olmuşdur (1872-ci ilin avqustun 13-də). Vilştetter Münxen texniki universitetinə daxil olur (1890) və tezliklə də Münxen universitetinə o zaman çox məşhur olan Adolf fon Bayerin laboratoriyasına keçir. Vilştetter Sürix Federal texnoloji institutunda professor vəzifəsini tutur (1905). Sürixdə Vilştetter bütün çiçəkli bitkilərə, qıjıkimilərə, yosunlara yaşıl rəng verən   maddənin - xlorofillin tədqiqi ilə  məşğul olmağa başlayır. O dövrdə belə hipotez mövcud idi ki, hər bir bitki növündə onun özünə məxsus xlorofil növü mövcuddur, amma, Vilştetter öz tədqiqatları ilə sübut etdi ki, bu maddədə bir əsas struktur mövcuddur. Bundan başqa o, əsaslandırdı ki, xlorofil üçün bir struktur xarakterik  olsa da onun demək olar ki, iki eyni forması mövcuddur. Vilştetter 200-dən çox bitkini analiz edərək xlorofillin universallığını müəyyən etmişdir. Beləliklə, o, bütün dünyaya xlorofillin bir fundamental qruluşda olmasını sübut etmişdir. Deməli, bu tədqiqatlardan belə bir nəticə çıxır ki, hər yerdə fotosintez zamanı eyni kimyəvi  reaksiya baş verir. Vilştetter Berlində yeni yaradılmış kayzer Vilhelm adına instituta keçir və burada bitkilərin  göy, qırmızı və bənövşəyi piqmentlərini tədqiq edir (1912). Vilştetter müəyyən edir ki, suda həll olan piqmentlərin qruluş strukturları eyni olsa da müxtəlif rənglər əmələ gəlir. Xlorofil bitkilərdə yaşıl piqmentolub yarpaqlar günəş şüalarını udan zaman fotosintez prosesində əmələ gəlir. Molekulyar səviyyədə xlorofil insan qanına çox oxşardır. Yeganə fərq, xlorofilin strukturunda maqneziumun, qanda isə dəmirin üstünlük təşkil etməsidir.Başlayan Birinci Dünya Müharibəsi (1914) Vilştetterə tədqiqatlarını dayandırmağı məcbur edir. Bir neçə il öncə  dağda aldığı zədə səbəbindən  alim hərbi xidmətdən azad edilir. 
Vilştetterə “bitki aləminin boyayıcı maddələrinin xüsusən xlorofillin tədqiqinə görə” kimya üzrə Nobel mükafatı verilir (1915). Müharibə dövründə mükafatların  təqdim olunma mərasimləri təxirə salındığından Vilştetter mükafatı bir neçə ildən sonar ala bilir (1920).
Vilştetter London kral cəmiyyətinin Devi medalına da layiq görülmüş və Oksford, Mançester və Parij universitetlərinin fəxri dərəcələrinə layiq görülmüşdür.
Vilştetter Münxen universitetində Adolf Bayerin  yerinə  professor seçilir (1916). Ancaq nasistlərin hakimiyyətə gəlməsiilə Vilştetterin həyatı çətinləşir. Bir neçə dəfə gizli olaaqAlmaniyanı tərk etməyə cəhd edən Vilştetterə Almaniyadanİsveçrəyə getməyə icazə verilir və o, həyatının qalan hissəsiniorada yaşayır.
Dünya şöhrətli alim alim Rixard Martin  Vilştetter ürəkxəstəliyindən vəfat edir (1942-ci ilin avqustun 3-də).
 
 Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və  üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş