1918-ci ildə kimya üzrə Nobel mükafatçısı – FRİTS QABER (1868-1934)

 
 

Alman kimyaçısı  Frits Qaber, Prussiyanın Breslau (indi Polşanın Vrotslav şəhəri) şəhərində maddi imkanları yaxşı olan yəhudi ailəsində anadan olmuşdur (1868-ci ildə dekabrın 9-da). Ailənin övladlarına verdiyi Qaber adı bölgədə yayılmış ad idi, ailə məhz bu adı, Qaberin Kempnodan olan yun alveri ilə məşğul ulu babası Pinkus Selinq Qaberin şərəfinə övladlarına vermişdilər. Pinkus Qaber də daxil olmaqla yəhudilər və ailələrinə “yerli vətəndaşlar və Prussiya vətəndaşları kimi davranılmalısı” haqqında tarixi əhəmiyyətli Prussiya fərmanı verildi (13 mart 1812-ci ildə). Bu cür qaydalara əsasən, Qaber ailəsinin üzvləri ticarət, siyasət və hüquq sahələrində hörmətli mövqelər qura bildilər.Fris Qaber, ailələrinin ciddi müqavimət göstərməsinə baxmayaraq evlənən ilk əmiuşağı Ziqfrid və Paula Qaberin oğlu idi. Frisin atası Ziqfrid, boya piqmentleri, boyalar və əczaçılıq sahəsində öz işini qurmuş şəhərdə tanınmış tacir idi. Paula Frisin doğumundan üç həftə sonra ölür. Bu dəhşətli hadisədən  məyus olan Ziqfrid körpə oğlu Frisi xalalarının himayəsinə verdi. Fris altı yaşında çatanda onun atası Ziqfrid yenidən Hedviq Hamburqer ilə evləndi. Ziqfridin ikinci həyat yoldaşından Els, Helena və Frieda adlı üç qızı dünyaya gəldi. Firisin atası ilə münasibəti bir o qədər yaxşı olmasına baxmayaraq,ögey ana və bacıları ilə münasibətləri yaxşı idi. Fris katolik, protestant, yəhudi tələbələrinin birlikdə təhsil aldığı Cohiyanium məktəbində oxudu. 11 yaşında protestant və yəhudi şagirdlərinin bərabər şəkildə oxuduğu sinifdə Müqəddəs Yelizaveta məktəbində təhsil aldı. Ailəsi yəhudi icmasını dəstəkləyib, yəhudi ənənələrini yerinə yetirməyi davam etdirmələrinə baxmayaraq, sinaqoqla güclü əlaqədə deyildilər. Ona görə də Fris Qaberi ətrafı yəhudi kimi deyil, daha çox alman kimi tanıyırdı.
Fris Qaber, Breslaudakı Müqəddəs Yelizaveta liseyində imtahanlarını müvəffəqiyyətlə verdi (1886-cı ilin sentyabrında). Atası onun boya şirkətində işləməsini çox arzulasa da, Frisin kimya təhsili alması üçün Berlindəki Fridrix Vilhelm Universitetində (bugün Berlin Humboldt Universiteti adlandırılır) Kimya İnstitutunun direktoru Avqust Vilhelm Hofmannın yanına getməyə icazə verdi. Qaber Berlində keçirdiyi ilk qış semestrində (1886–1887) uğur qazana bilmədi və təhsilini Heydelberq Universitetində Robert Vilhelm Bunzenin yanında oxuyaraq davam etdirdi (1887-ci ildə). Bu universitetdə məşhur alim Robert Bunzen Frits Qaberə dərs deyirdi. Bunzenin təsiri altında Qaber fiziki kimya ilə maraqlanır və hətta bir il Berlin texniki Universitetində riyaziyyat və fizikanı yaxşı öyrənir. Daha sonra Berlinə, Şarlottenburq Texniki Kollecinə (bugün Berlin Texniki Universiteti adlanır) qayıtdı.
Qaber qanunla tələb olunan bir illik könüllü xidmət etmək üçün universitetdə təhsilini yarımçıq qoyaraq Altıncı Sahə Topçu alayında hərbi xidmətə başlayır (1889-cu ilin yayında). Hərbi xidməti tamamlandıqdan sonra Şarlottenburqa dönür və burada Karl Teodor Liebermannın tələbəsi olur. O, Liebermannın üzvi kimya mövzusunda mühazirələrindən əlavə Otto Vittin boyaların kimyəvi texnologiyasına dair mühazirələrinə də qatılırdı.
Liebermann ona heliotropin ilə reaksiyalar üzərində işləməyi tapşırdı (1891). Qaber elmi işini Berlin Universitetinin imtahan heyətinə təqdim etdikdən sonra Fridrix Vilhelm Universitetində doktorluq dərəcəsini alır (1891-ci ilin mayında). Bundan sonra o, Breslauya qayıdaraq və atasının kimya biznesində çalışmağa başlayır. Atasə Ziqfrid əlaqələri sayəsində Frisə müxtəlif kimya şirkətlərində, təcrübə qazanması üçün praktika keçməsinə köməklik göstərir. Bu şirkərlər arasında Grünvald və Companyası (Budapeşt), Avstriyanın ammonyak-soda fabriki və Feldmühle kağız və selüloz şirkətləri də var idi. Qaber, bu təcrübələrə əsaslanaraq texniki proseslər haqqında daha çox məlumat əldə etməsi lazım olduğunu başa düşdü və atasını Qeorq Luncın yanında Sürixdəki Politexnik Kollecində təhsilini davam etdirməsinə inandıra bildi. Qaber atasının şirkətində işləmək üçün yenidən Breslauya qayıdır (1892).
Qaber Sürix texnoloji institutunda ixtisas artırma keçir və burada yeni kimyəvi və istehsalat proseslərlə tanış olur. O, tədqiqatlarını İen universitetində, daha sonar isə Karlsrueuniversitetində davam etdirir. Orada o, nitratları almaq üçünammoniak istehsalı ilə məşğul olur. O dövrdə yüksək məhsuləldə etmək üçün azot ilə zəngin olan gübrəyə böyük  ehtiyac var idi. Bu gübrələr təbii birləşmələri əvəz etməli idi. Ona görə dəQaber ucuz ammoniak almaq üçün hava azotunu hidrogen iləbirləşdirməyə cəhd edirdi. Ondan əvvəl bəzi alimlər bir başaazot və hidrogen arasında reaksiya ilə ammoniak sintez etməyəcəhd göstərmişdilər. Amma reaksiya yalnız 1000°C-də getmişdi  və böyük xərc tələb edirdi. Doğrudur, digər alim Valter Nernst sübut edə bilmişdi ki,  azot və hidrogen yüksək təzyiq altındaolarsa ammoniakı daha aşağı temperaturlarda almaq olar. Amma bu üsulla da alınan ammonyak olduqca baha başa gəlirdi.
Çoxsaylı eksperimentlərdən sonra Qaber hər iki üsulubirləşdirdi. O, həmçinin müəyyən etdi ki, katalizator kimiənənəvi olaraq istifadə olunan dəmiri osmium və uran ilə əvəzetdikdə ammoniakın çıxımı əsaslı dərəcədə artır. Sonradan o, buüsulu təkmilləşdirir, qazların qarşılıqlı təsiri zamanı yarananistiliyi reaksiyaya lazım olan temperaturu saxlamaq üçünistifadə edə bilir. 
Birinci Dünya Müharibəsi başladıqdan sonra Qaber özişinin istiqamətini kəskin dəyişmək məcburiyyətində qalır. Ona cəbhədə düşmənə qarşı istifadə etmək üçün qıcıqlandırıcı təsirəmalik, zəhərliyici maddə yaratmaq həvalə olunur. Bir neçəaydan sonra Qaber və onun əməkdaşları tarixdə ilk zəhərləiyicimaddə - ipriti yaradır. Bu maddə ilk dəfə Belçikada İpryaxınlığında Antanta ölkələrinin qoşunlarına qarşı tətbiqedildiyindən iprit adlandırılmışdı. İpritin artıq birinci tətbiqi150000 adamın zəhərlənməsinə səbəb oldu. 
İpriti kəşf edən Qaber hesab edirdi ki, kimyəvi silahınistifadəsi müharibənin dayanmasına gətirib çıxaracaq, nəticədəçoxlu insan həyatı xilas ediləcək. Amma ağlagəlməyən hadisəbaş verdi. Qaberin həyat yoldaşı Klara İmmervar bildikdə ki, onun ərinin günahından çoxlu sayda insan ölüb, o, özünüöldürdü. Klara kimyaçı idi və əri tərəfindən hərbi sifarişlərinyerinə yetirilməsinə kəskin etirazını bildirirdi. Onun ölümündənsonra Qaber kiçik oğlu ilə qalır. İki ildən sonra alim özəməkdaşı Şarlott Natan ilə evlənir. Onların bir oğlu və bir qızıolur. Lakin bu kəbin də uzun sürmür və 1927-ci ildə onlarayrılırlar.
Mraqlıdır ki, Qaberin elmi uğurlarının qəbul olunmasıbirmənalı deyildi. Ammoniak sintezi sahəsində Qaberin işikimya üzrə Nobel mükafatına layiq görülür (1918). Amma ictimaiyyətin etirazı o qədər yüksək olur ki,  ona Nobel mükafatının təqdim olunması bir il ləngidilir. Kimyavi silahyaratmaqda iştirakına görə bir çox alimlər Qaberi hərbicinayətkar hesab edirdilər. 
Almaniyanın müharibədə uduzması, ilk arvadının özünüöldürməsi, ingilis, amerika və fransa alimləri tərəfindən tənqidQaberi ağır depressiyaya salır. Alim öz tədqiqatlarının profilinikəskin dəyişir və hətta direktoru olduğu kayzer Vilhelminstitutunda elmi-tədqiqat işlərinin istiqamətini tamam dəyişir. Bundan sonra Qaber dəniz suyundan qızılı çıxarmaq sahəsindətədqiqatlara başlayır (1920). O, inanırdı ki, layihə uğurla başaçatarsa Almaniya Antanta ölkələrinə  təzminatı ödəyə biləcək. Amma altı il işlər getsə də layihə uğursuzluqla başa çatdı.
Bəzi uğursuzluqlara baxmayaraq Qaberin atom fizikası, biologiya və kimya sahəsindəki tədqiqatları kifayət qədər uğurluolmuşdu. Onun təşkil etdiyi iclaslara o dövrün görkəmlialimləri, o cümlədən Nils Bor, Otto Varburq, Piter Debay, Otto Meyerqof kimi görkəmli alimlər gəlirdilər. XX əsrin 30-cu illərin əvvəllərində institut dünyanın ən tanınmış elmi tədqiqatmərkəzlərindən biri idi. Hitler hakimiyyətə gəldikdən sanraQaberin vəziyyəti dəyişdi (1933). Nasist hökümətinin ilk qərarlarından biri o oldu ki, yahudilərə akademik və dövlətmüəssislərində işləyə bilmələrinə qadağa qoyan qanun qəbulolundu. Qaber ölkənin ən görkəmli alimi olduğu bu qərar onatətbiq olunmur. Lakin o, öz institutundan alim yahudiləri işdənçıxarmağa imtina etdiyindən onun özü də institutdan getməkməcburiyyətində qalır. İstefa ərizəsində Qaber yazmışdı: “40 ildən çox xidmətim zamanı mən öz əməkdaşlarımı onlarınintellektual inkişaflarına və xarakterinə görə seçdim, onlarınnənələrinin mənşəyinə görə yox və mən həyatımın son illərindəbu prinsipi dəyişmək istəmirəm”. Bundan sonar həbsdənqorxaraq Qaber İngiltərəyə qaçır. Əvvəlcə orada KembricUniversitetində işləyir. Amma İngiltərədə Qaber özünü rahathiss etmirdi. İnsanlar onu çoxlu sayda insanın ölümündəgünahlandırırdı. Odur ki, peşəsi kimyaçı olan və gələcəkdəİsrailin birinci prezidenti olacaq Xaim Veytsmanın onaRexovotda fələstin Daniel Siff tədqiqat institutunda işləməyitəklif edən kimi razılaşır. Qaber öz ailəsi ilə Fələstinə köçür. Amma isti havada onun sağlamlığı xeyli pisləşir. Alim ürəktutması keçirir və həkimlərin tələbi ilə Avropaya qayıtmalı olur. 
Frits Qaber Bazeldə qəflətən vəfat edir (1934-cü ilinyanvarın 29-da) və yerli şəhər qəbristanlığında dəfn olunur. Yalnız bir il keçdikdən sonra onun ölümünün birinci ildönümündə 500-dən çox keçmiş tələbələri və kolleqaları nasisttəhlükəsinə əhəmiyyət vermədən kayzer Vilhelm İnstitutunatoplanırlar ki, öz müəllimlərinə ehtiramlarını bildirsinlər.
 
 
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və  üzvi kimya kafedrasının 


Facebook-da paylaş