Əsas Səhifə > Manşet > “Azərbaycan ordusunun ərsəyə gəlməsində bu dövlətin mühüm xidmətləri olub”

“Azərbaycan ordusunun ərsəyə gəlməsində bu dövlətin mühüm xidmətləri olub”


13-03-2019, 15:17
   
Tofiq Abbasov: “Türkiyənin hərbi sənaye kompleksinin inkişafı bizim də marağımıza uyğundur”

   Son vaxtlar Türkiyədə hərbi sənaye kompleksinin yeni inkişaf mərhələsinə daxil olması müşahidə olunur. Türkiyənin öz hərbi məhsullarının ixracını artırması, yeni silah və texnikaların istehsalı buna nümunədir.
   Türkiyədə hərbi sənaye kompleksinin daha da inkişafı Azərbaycan və onun maraqlarına nə vəd edir? Qardaş ölkədəki bu tendensiya Azərbaycanda da hərbi sənayenin inkişafına əlavə stimul verə bilərmi?
    Politoloq açıqlamasında Tofiq Abbasov Türkiyənin hərbi nüfuzunun artırılmasının ölkəmiz üçün də mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
    “Türkiyə bölgədə, qlobal siyasətdə öz rolunu daha da artırmaq istəyir. Bu, təbiidir. Çünki qlobal siyasətdə köklü dəyişikliklər baş verir. Bu dəyişikliklər əsnasında müşahidə edilən əsas məqam isə ondan ibarətdir ki, bir çox ölkələr müəyyən məsələləri güc vasitəsi ilə həll edirlər. Istər ABŞ, istər Fransa, istər Rusiya güc amilini işlək mexanizmə çevirib. Digər dövlələr isə bundan nəticə çıxarmalı olur. Başqa dövlətlər buna baxaraq anlayırlar ki, münaqişələrin sülh yolu ilə həlli ilə bağlı açıqlamalar yetərincə gücə malik olmayan dövlətəlrəə şamil olunur. Belə olan halda iddialı dövlətlər hərbi qüdrətini genişləndirməyə çalışırlar.
    Türkiyənin öz hərbi potensialını artırması istəyi təbiidir. Türkiyənin daha da güclənməsinə böyük ehtiyac var. Türkiyə son vaxtlar Qərbi Asiyada mühüm rol oynamağa başlayıb. Bunun üçün             Türkiyənin kifayət qədər gücü və nüfuzu var. Türkiyənin istək və davranışları haqlı və başadüşüləndir.
     Hərbi sənaye sisteminin inkişafı ilk növbədə Türkiyənin öz təhlükəsizliyi gücləndirməsi baxımından önəmlidir. Türkiyə sadəcə öz müdafiəsini gücləndirməyə cəhd edir. Onun bu gücdən hansısa aqressiya, təzyiq məqsədi ilə istifadə etmək niyyəti yoxdur.
Türkiyə Azərbaycanın bir nömrəli müttəfiqidir. Türkiyənin güclənməsi, bu ölkədə hərbi sənaye inkişafının genişlənməsi Azərbaycanın marağına uyğundur. Azərbaycanla Türkiyə arasında ciddi əlaqələr var. Qarşıda da böyük əməkdaşlıq planları var. Azərbaycan ordusunun ərsəyə gəlməsində Türkiyənin böyük xidmətləri olub. Türkiyənin ali hərbi məktəblərində çoxlu azərbaycanlı hərbi kadrlar hazırlanıb. Hərbçilərimiz mütəmadi şəkildə Türkiyədə yeni hərbi texnologiyaların sınaqdan çxıarılması prosesində iştirak edirlər. Bütün bunlar Türkiyənin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Odur ki, Türkiyənin hər bir uğuru Azərbaycanı sevindirir”.

Seymur ƏLİYEV
Geri qayıt