Əsas Səhifə > Manşet > Rast muğamında rənglər və təsniflər

Rast muğamında rənglər və təsniflər


22-10-2019, 14:54
 
  • Fəraməz Gərmrudi:  “Muğamı dərk edən, sevən insan kamil insandır. Şox xoşbəxt bir millətik ki,  muğamatımız var. Analarımızın laylalarından başlayaraq həyatımız bu sehirli musiqinin.- muğamın sədaları altında keçir”.      
           
         Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan “Rast dünyası” adlı konsert proqramı, xanəndə və ud ifaçısı Fəraməz Gərmrudinin "Rast muğamında rəng və təsniflər" kitabının təqdimat mərasimi keçirilib. Konsertin aparıcısı Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ölkəmizdə ənənəvi olaraq təşkil edilən festivalın əhəmiyyətindən söz açıb.      
         Kecən il musiqi festivalı ərəfəsində  “Şur muğamında rəng və təsniflər” kitabında notlaşdırılmış musiqilər muğamsevərlərə təqdim olunmuşdu. Hazırda təqdim olunan "Rast muğamında rəng və təsniflər" kitabı onun bu qəbildən ikinci işidir. Kitab Fəraməz Gərmrudinin və "Könül" ansamblının ifasında həmçinin, CD olaraq və əlavə hər bir alət üçün öz tonallığına uyğunlaşdırılmış not kitabçaları şəklində tədbirin iştirakçılarına hədiyyə edilib.
Tədbirdə Aygün Bayramova, Nəzakət Teymurova, Teyyub Aslanov və Fəramərz Gərmrudi muğam və təsniflər ifa ediblər.
Konsert boyunca çıxış edənlər Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  Xalq artisti Möhlət Müslümov kitabın əhəmiyyətin söz açaraq kitabın azərbaycan muğamına xidmətdə bir yenilik olduğunu qeyd ediblər.  Ön sözün müəllifi,  qeyri-maddi musiqi irsi üzrə YUNESKO-nun eksperti,        Əməkdar incəsənət xadimi Sənubər Bağırova ifa zamanı yaranan  effektli improvizlərdən, ifaların düçündürücü olmasından, “Könül ansamblının özünəməxsus yaradıcı siması, şəxsi musiqi repertuarı və ifa stili olduğundan bəhs edib.
     Bəstələr tanınmış kamançaçı, Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar artist Elşən Mansurov tərəfindən nota alınıb.
     Məlumat üçün bildirirəm ki, Fəramərz Gərmrudi tərəfindən yaradılan "Könül" ansamblı Avstriyanın, Almaniyanın, İranın və əlbəttə, Azərbaycanın ən məşhur konsert salonlarında dəfələrlə çıxış edib. Son illərdə ansamblın heyəti genişlənib. Azərbaycanın məşhur xanəndələri F.Gərmrudinin bəstələdiyi təsnifləri konsert salonlarında və televiziya proqramlarında ifa edirlər. Şərq ölkələrinin musiqisi, poeziyası ilə yaxından tanış olan Fəramərz Gərmrudinin Azərbaycan Televiziyası - "Mədəniyyət" kanalında apardığı  musiqi layihələrindən biri - "Muğam və mənəviyyat" proqramının da teleməkanda özünəməxsus yeri olmuşdur.
Müəllif  tədbirin sonunda çıxış edərək iştirakçılara təşəkkür edib. O nəsildən-nəsilə keçən bu şifahi ənənəni yad musiqinin təsirindən qorumağın, gənc nəslə sevdirməyin vacibliyini vurğulayıb.
    Saminə Hidayətqızı

Geri qayıt