Əsas Səhifə > Manşet > Kuznetsov: “Sərhəd 1921-ci il xəritələri ilə çəkilə bilər”
Kuznetsov: “Sərhəd 1921-ci il xəritələri ilə çəkilə bilər”30-06-2021, 15:51 |
Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, artıq üç fakt danılmaz olaraq erməni xalqı tərəfindən qəbul olunacaq: Qarabağ Azərbaycandır, Ermənistan məğlub ölkədir, dövlət sərhədi Azərbaycanın istədiyi yerdən keçəcəkdir! Bu barədə tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib. “Hətta sərhədlər 1975-ci ilin xəritələri ilə deyil, 1921-ci ilin xəritələri ilə çəkilə bilər”, – deyə həmsöhbətimiz qeyd edib. Onun sözlərinə əsasən, Ermənistanın daxili siyasi həyatı getdikcə daha çox “Şapito” sirkinə oxşayaraq “Absurd teatrına” çevrilir. “Erməni siyasətçilər öz xalqına, onların milli-dini şüuruna xas olan ən pis, mental cəhətlərini bütün dünyaya göstərdilər. Dünya ictimaiyyəti ermənilərin iç üzlərini gördü”, – deyə Kuznetsov qeyd etdi. Geri qayıt |