Əsas Səhifə > Manşet / Xəbər > Tiflisin qərarı ilə Ermənistana buğda idxalı dayandırılır: Paşinyana xəbərdarlıq…

Tiflisin qərarı ilə Ermənistana buğda idxalı dayandırılır: Paşinyana xəbərdarlıq…


31-08-2018, 16:48
 

Rəsmi Tiflisin qərarı ilə 1 sentyabrdan etibarən Rusiyadan Ermənistana Gürcüstan üzərindən quru yolu ilə buğda tədarükü qadağan edilib.
Bu barədə məlumatı “Jamanak” qəzeti yayıb.
“Artıq şirkətlərə xəbərdarlıq edilib ki, Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə buğda daşınması mümkün olmayacaq. Tranzit yalnız Poti limanı vasitəsilə gerçəkləşdiriləcək, yəni Rusiya ilə Gürcüstan arasındakı quru sərhədindən buğda keçirilməsi tam dayandırılacaq. Bununla bərabər, buğda idxal edən şirkətlər Nikol Paşinyanı yaranan problemin strateji xarakterli olmasıyla bağlı xəbərdar ediblər. Belə ki, daşımaların dəniz vasitəsilə həyata keçirilməsi dənizdəki havadan asılı olacaq. Üstəlik, bunun nəticəsində bahalaşma qaçılmaz olacaq və xeyli tədarükçü işsiz qalacaq”, – o bildirib.
Geri qayıt