Əsas Səhifə > Manşet > 1910-cu ildə kimya üzrə Nobel mükafatçısı – OTTO VALLAX (1847-1931)

1910-cu ildə kimya üzrə Nobel mükafatçısı – OTTO VALLAX (1847-1931)


9-01-2025, 22:29

 
 

Alman üzvi kimyaçısı Otto Vallax  Kensburqda anadan olmuşdur (indi bu şəhər Kaliningrad adlanır) (1847-ci il 27 mart).Otto Vallax QentingenUniversitetini bitirmiş (1969). Bonn Universitetində işə başlayıbləyib (1870)  və professor vəzifəsinə yüksəlmişdir(1876). O, uzun müddət QettingenUniversitetində işləyib (1889-1915).Əsas işləri alisiklik birləşmələrkimyasına və terpenlərin (1884-cü ildən) öyrənilməsinə həsr olunub. Limonen, fellandren, fenxon, terpinolen, terpineol və digər terpenləri  ayırmış və onlarınxassələrini öyrənilmişdir (1891). O, göstərmişdir ki, etilidensikloheksan turşuların katalitik təsiri ilə etilsilkoheksan-1-izomerləşir (1906 -1908) və α-xlortsikloheksanın reaksiyasınəticəsində karbon turşusu əmələ gəlir (1903). Vallahx həmçininbirli və ikili aminlərin qarışqa turşusu ilə qarışığı ilə aldehidlərinvə ketonların reduksiyaedici aminləşməsini öyrənmiş (1904), azoksibirləşmələrin azobenzolun n-oksi- və ya o-oksitörəmələrinə yenidən qruplaşmasını kəşf etmişdir(1880).
Otto Vallax Almaniyada ətirli maddələr sənayesininyaradılmasının təşəbbüskarlarından biri olmuşdur.
Alman kimya cəmiyyətinin prezidenti olan (1910) Otto Vallax “Üzvi kimyanın və alisiklik birləşmələr sahəsində kimyasənayesinin inkişafındakı xidmətlərinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1910).
Otto Vallax Qettingendə vəfat etmişdir (1931-ci ilinfevralın 26-da).

Əli Zalov,
ADPU-nun kimya və biologiya fakültəsinin
analitik və üzvi kimya kafedrasının müdiri, 
kimya elmləri doktoru
Geri qayıt