Əsas Səhifə > Redaktor seçimi > Xocalı dirilir…
Xocalı dirilir…9-03-2019, 20:48 |
Bu gün Azərbaycan da Xocalıya daha yaxındır. İllər keçsə də, bizi Xocalı soyqırımı günü ilə ayıran zaman məsafəsi uzandıqca Xocalıya yaxınlaşırıq. Birmənalı deyə bilərik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə başlanan “Xocalıya ədalət!” kampaniyası öz nəticəsini verir. “Xocalıya ədalət!” başlamazdan öncə sankı bütün dünya Xocalını unutmuşdu. Azərbaycan da az qala unudacaqdı. Bu gün isə vəziyyət tam əksinədir. İndi bütün azərbaycanlıların hər biri həm də xocalılıdır. İndi bütün azərbaycanlılar Xocalıda girov götürülən, namuslarına toxunulan qız-gəlinləri öz ana- bacaları kimi yad edirlər. İndi bütün azərbaycanlılar Xocalıda qətlə yetirilən uşaqları, körpələri öz balaları kimi anırlar. İndi bütün azərbaycanlılar Xocalıda güllələnən qocaları, ahılları öz babaları, nənələri kimi xatırlayırlar. Bəli, indi hər birimiz xocalıyıq! 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistanın yerlə yeksan etdiyi Xocalı şəhəri indi dirilir. Özü də Azərbaycanın ucqar bir bölgəsi kimi deyil, bütün dünyanın tanıdığı bir şəhər kimi dirilir. Xocalıya bu canı Lelya Əlieva verdi. Onun əzmkarlığı, zəhməti Xocalını ayağa qaldırır. Dirilən Xocalı Leyla Əliyevaya təşəkkür edir. Bu gün bütün Azərbaycan, eləcə də xaricdəki Azərbaycan diasporları, sülhsevər dünya Xocalı soyqırımın anır. Xocalını anan hər kəs “Xocalıya ədalət” istəyir. Bəli, indi Xocalı deyəndə, göz önünə ilk olaraq Leyla Əliyeva gəlir. Onun başlatdığı “Xocalıya ədalət” gəlir. İllər öncə ümidi kəsilən, yerlə yeksan olan Xocalıya nəfəs verən xanım. Xocalı bir daha sizə minnətdardır, Leyla Əliyeva! 25 il əvvəl baş vermiş soyqırımı xalqımızın qan yaddaşında daha dərin və möhkəm qata çevrilir. Sizin rəhbərliyiniz ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası da məhz Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu dəhşətlərin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması məqsədi güdür. Bu kampaniyanın təşəbbüsçüsü olan Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva da bu gün uğurları ilə fəxr edə bilər. Əslində, bu kampaniyanın ideyası 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü irəli sürülüb. Amma rəsmi olaraq 2009-cu ildən layihəyə start verilib. Bu müddət elə də böyük deyil. Xüsusən də informasiya blokadasını yeni-yeni yaran Azərbaycan üçün. Amma bu müddət ərzində dünyanın hər yerində “Justice for Khojaly” (“Xocalıya ədalət!”) kampaniyası icra olunur. Həm bu layihə, həm də Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində artıq dünyanın çox ölkəsi Xocalı soyqırımını tanıyıb. İslam Əməkdaşlıq Təşkilatı və ona bağlı qurumların qəbul etdiyi sənədlər əsasında dünyanın 57 ölkəsi Xocalı faciəsinə "kütləvi qırğın" və "insanlığa qarşı cinayət" kimi qiymət verib, 10-a yaxın qətnamə qəbul edilib. Layihə çərçivəsində müxtəlif kampaniyalar, aksiyalar, küçə yürüşləri, sərgilər, seminar və konfranslar təşkil olunur. O cümlədən məşhur amerikalı reper, 7 dəfə Qremmi mükafatçısı Toni Blekmənin ifasında “Xocalıya ədalət!” video-roliki hazırlanıb, avropalı rejissorların iştirakı ilə “Sonu olmayan dəhliz” sənədli filmi çəkilib, Qarabağ həqiqətləri ilə bağlı Rusiya ictimaiyyəti üçün iki kitab nəşr olunub. Bütövlükdə, kampaniya başlayandan bu günə qədər o ölkə olmayıb ki, (Ermənistan istisna olmaqla) orada müxtəlif xarakterli tədbirlər təşkil olunmasın. Xocalı ədalətini alınca dünyanın aparıcı ölkələrində faciə ilə bağlı elektron sərgilərin təşkili, akademik araşdırmaların keçirilməsi, hətta Xocalıya həsr olunmuş bədii əsər müsabiqəsinin elanı da nəzərdə tutulur. Xocalı – dərdimiz, hələ də qanayan yaramızdır. Bu ağrılı əzamızın yeganə məlhəmi işğal altındakı əzəli Azərbaycan ərazilərinin, o cümlədən Xocalının düşmən tapdağından qurtarılmasıdır. Bu gün Xocalı soyqırımının timsalı olan “Ana harayı” abidəsi önünə toplaşan insan selinə baxdıqda görünən, bələdçiyə ehtiyac duymayan həqiqət budur ki, hər kəs bu ağrını eyni dərəcədə duyur, hamı eyni əzmdədir: “Yetər, nankor, gözükor dünya! Ədalət tələb edirik!” Yaşından, cinsindən, sosial təbəqəsindən asılı olmadan hər kəsin, hamının üzündən oxunan, baxışlarından görünən əzmin vahid bir fikirdə ifadə olunmasında da, şəksiz ki, “Xocalıya ədalət!” kampaniyası öz işini gördü. İndi daha ağlamaq vaxtı deyil. Xocalıya qayıtmağın zamanıdır. Bu kampaniyanın çox yaxın zamanlarda bizi Xocalıya aparacağına çox əminik. Pərvin ARZUQIZI Geri qayıt |