Əsas Səhifə > Redaktor seçimi > Bertrand Russellə görə Aqnostisizm nədir?

Bertrand Russellə görə Aqnostisizm nədir?


11-03-2019, 00:51
 

     “Əslində son günlərdə baş vermiş hadisələrə görə, o qədər də xoşhal deyildim. Ancaq idarəyə çatanda sözün əsl mənasında nəşələnmişdim.
Orada mənim anketimi dolduran növbətçi gizir, məndən dini inancımı soruşdu. Onun bu sualını, soyuqdan uyuşmuş səs tellərimin ciyiltili tembiriylə cavabladım.
-Aqnostikəm..
     Öncə nəsə yazmaq istədi, amma yazmağı dayandırıb, mürəkkəbi vərəqdən çəkmədən başını qaldırdı, - Mm.. Bu söz necə yazılır? Əslində bilirsinizmi, bütün bu dinlər, elə sizin inandığınız da , hamısı sadəcə bir Tanrıya “xidmət edir”
    Bu hadisə həbsxana günlərimdə və sonrakı həyatımda məni daimi sevincək saxladı..”
    Bertrand Russell, avtobioqrafiyasını yazarkən ilk dəfə həbs olunduğu zamanın xatirələrini, bu cümlələrlə ifadə etmişdir..
     Russell, şübhəsiz ki XX əsrin ən yaddaqalan filosoflarından biri idi. “Yadda qalmaq” kəlməsini onun sadəcə fəlsəfi fikirlərinin gücünə görə demirəm. Çünki o, sadəcə fəlsəfəylə məhdudlaşmırdı. Britaniyalı filosof həm də mükəmməl riyaziyyatçı, tarixçi, dilçi idi. O, fikirləri uğrunda həbsxanada yatacaq qədər qətiyyətli aktivist və 1950-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı alacaq qədər bacarıqlı yazar idi..
1970-ci ildə dünyayla vidalaşan bu dəyərli şəxsiyyət, yaşadığı 97 ili yetərincə “dolu” və səmərəli keçirtmişdir. Sözün həqiqi mənasında ilham qaynağı sayılacaq qədər vacib şəxsiyyət olmuşdur. Teologiya sahəsində insanlara ən çox yol göstərdiyi mövqe isə Aqnostisizm idi. Ondan Tanrının varlığı/yoxluğu, ya da hansısa dinlə bağlı soruşulanda özünün aqnostik olduğunu hər fürsətdə vurğulamış və zamanla aqnostik fəlsəfə cərəyanına yön verən filosoflardan birinə çevrilmişdir..

     “Aqnostisizmi söz olaraq incələsək, qədim Yunan dilində “an” və “bilən” mənasını verən “gnostikos” sözünün birləşməsindən əmələ gəlmişdir. Yəni, dünyanı dərk etməyin mümkün olmadığını , insan ağlının məhdudluğunu, insanın duyğu və hisslər xaricində heç nəyi dərk edə bilmədiyini iddia edən fəlsəfi cərəyan. Və bu dediklərimiz də ateizmlə aqnostisizmi tamamilə bir-birindən ayırır.
      Bertrand Rusellin 1952-ci ildə yazılmış, lakin heç vaxt nəşr olunmamış bir məqaləsində qeyd etdiyi, “Russellin Çaydanı” kimi bilinən məşhur müqayisəsində də açıq şəkildə deyilir;
   “Əgər mən Yer və Mars arasında ellipsvarı formada, günəşin ətrafında fırlanan missdən hazırlanmış hansısa çaydanın olduğu fikirini irəli sürsəm və bu fikirə çaydanın varlığının ən yeni və ən güclü teleskoplarla belə təsbit olunmayacağı cümləsini də əlavə etsəm, heç kim bu fikirimin əksini sübut edə bilməzdi. Mən dayanmayıb, iddia həmçinin də müdafiə etdiyim bu fikrimin əsla təkzib oluna bilməyəcəyini də desəm , hətta biraz da irəli gedib, insan oğlunun bu fikirlərimə şübhəylə yanaşmasının nankorluq və axmaqlıq olduğunu da vurğulasam, yəqin ki hər kəs mənim zırrama olduğumu düşünərdi. Ancaq əgər ki mənim bu fikirlərim yəni, hansısa uçan çaydanın varlığı nəzəriyəsi, köhnə kitablarda da təsdiqini tapsaydı, hər bazar günü kilsədə müqəddəs “reallıq” olaraq duyurulsaydı, məktəblərdə , univeristetlərdə uşaqların, gənclərin beyninə yeridilsəydi.. Çaydanımın varlığından heç kim şübhə etməzdi.. Şübhə edənlərisə, indiki zamanlarda molla, keşiş keçmişdə isə inkvizisiya hakimiylə görüşdürəcəkdilər
       Filosof bu yazıda demək istəyir ki, cəmiyyətin bir qisminin əl üstündə tutduğu müqəddəs dəyərlərin və dini iddiaların necə , hansı şərtlərdə və hansı səbəblərdən yarandığı haqqında heç bir dəqiq fikirimiz yoxdur və heç vaxt da olmayacaq. Elə bu bilinməyən səbəblərə görə, o öz məqaləsində işlətdiyi kiçik və dəxlisiz olan çaydanı misal çəkir və onu müqəddəsləşdirirdi. O, düşünürdüki Tanrının mövcudluğu elmi müstəvidə sübut olunmaycağı təqdirdə, bizim onun varlığını dəqiqliklə bilməyimiz heç vaxt mümkün olmayacaq.
       Bugünkü gündə belə, bizlərə, gülünc gələn həmin çaydan misalı, Ricard Dawkins və Carl Sagan kimi bir çox mütəfəkkir və alimə ilham olmağıyla yanaşı, “Uçan Spagetti Canavarı kilsəsi (Pastafaryanizm)” və “İnvisible Pink Unicorn” kimi dini cərəyanlara da təkan vermişdir.
      Russell aqnostisizmlə bağlı ən çox diqqət çəkən və maraq doğuran fikirlərini “Look” jurnalının 1953-cü ilin noyabr tirajındakı what is an Aqnostic? başlıqlı məqaləsində söyləmişdir. Elə mən də öz məqaləmi oradakı son sualın son cavabıyla sonlandırıram.
-Cənab Russell, sizi Tanrının varlığına nə inandıra bilər?
-Qarşıdakı 24 saat içərisində baş verəcək hər şeyi hansısa bir səs və ya məktub vasitəsilə mənə göydən ərz edilərsə və deyilənlərin hər biri son detalına qədər 100\100 baş vermiş olarsa, bəlkə dindarlarla razılaşa bilərəm...

  İmza: Orxan Kərimov

Geri qayıt