Əsas Səhifə > Redaktor seçimi > Bəylikdən qaçaqçılığa, qaçaqçılıqdan dövlətin zirvəsinə yüksələn mücahid...
Bəylikdən qaçaqçılığa, qaçaqçılıqdan dövlətin zirvəsinə yüksələn mücahid...12-03-2019, 18:16 |
Ulu Türk yurdu olan Borçalının ən dahi şəxsiyyətlərindən biri olan Emin Ağa Borçalı 1868 ci ildə Borçalının Kəpənəkçi kəndində Hacallı nəslində Ağa ailəsində anadan olmuşdur. Həmin illər Borçalı mahalı Rusiya İmperiyasının işğalında idi və Qəza (Borchalinskiy uezd) statusunu almışdı. Emin ağa uşaqlıqdan dini və gimnaziya təhsili alaraq ərəb və rus dillərini mükəmməl öyrənir. Sonra Ağbulaqda meşə Akademiyasını bitirir. 20 yaşı olarkən Bölgə Qubernatoru onu Telavi qəzasına –Xüsusi Tapşırıqlar üzrə məmur təyin edir. Emin ağanın bölgədə günü-gündən artan nüfuzu bəzi paxıl insanlara rahatçılıq vermirdi.Onlar Emin ağanı aradan götürmək üçün ona suyi-qəsd düzəldirlər.Ayıq olan Emin ağa ona suyi-qəsd edənləri öldürür. Emin ağa günahsız olduğunu başa sala bilməyəcəyini anlayıb, istintaqdan qaçır və özündən asılı olmayan bir şəraitdə Borçalıda, Osmanlı və İran ərazilərində məcburi qaçaqılığa başlayır. Bir neçə il sonra Çar Rusiyasının Borçalı gənclərindən ibarət ikinci müsəlman alay komandanı , Rus-yapon müharibəsi qəhrəmanı Georgi medallı Astan ağa Borçalıda Rus ipmerialistlərinin öz başnalığından bezərək onlara qarşı çıxır və öz dəstələri ilə Türkiyəyə keçməyi qərara alırlar. Onlar yolüstü Çar dövlətinin knyazı Orbeliyaninin mülkünü talayaraq, dövlət ordusuna məxsus olan 40 seçmə döyüş atını özlərilə aparırlar. Bu hadisədən şoka düşən qubernator Qolitsin nəyin bahasına olursa-olsun ordu atlarının geri qaytarılmasını tələb edir.Bu işin öhdəsindən gələcək adam tapılmayınca, bütün ümidlər Emin ağaya bağlanır.Çar hökuməti Emin ağaya xəbər göndərərək ona atları geri qaytaracağı təqdirdə, onun əfvinə söz verirlər.Emin ağa şəxsi nüfuzu hesabına Osmanlıdakı atları geri qaytarsa da Çar hökuməti vədinə xilaf çıxaraq, onu həbsə atır və o, burada bir müddət cəza çəkir. 1905-1907 ci illər inqilabı zamanı Azərbaycanda olduğu kimi, Borçalıda da ermənilərlə-Azərbaycan türkləri arasında milli münqaişə baş verir.Tiflisin Hallovar , Meydan məhəllələrində və Borçalının o vaxtı inzibati mərkəzi olan Şulaverdə savaşlar daha gərgin vəziyyət alır.Emin ağa Borçalı gənclərilə erməni qətliamlarının qarşısın alaraq onlara ağır zərbələr vurur. 1907 ci ildə Çar Rusyası Borçalıya ordu yeridərək burada hərbi vəziyyət yaradırlar.Bu rejim 1912 ci ilə kimi davam edir. 1915-17-ci illər arasında Emin ağa Yekatrinfilddə (indiki Bolnisi) məskunlaşmış azğın almanlarla dəfələrlə vuruşur və hər dəfəsində onları darmadağı edir..1917 ci ildə Nəriman Nərimanovu (əsərlərində Borçalı bəylərini tənqid etdiyinə və komunist olduğuna görə), 1918 ci ildə isə Tiflisdə Fətəli xan Xoyskini (İstiqlalçı olduğuna görə) ölümdən xilas edir. 17 dekabr 1917 ci ildə ermənilər qəfildən Borçalıya hücum edirlər. Emin ağanın da iştirak etdiyi savaşda borçalılar ermənilərə böyük zərbə endirir və onları geri oturtdurlar.Həmin ilin 30 dekabrında Borçalının dağ Borçalı adlanan hissəsi Loru, Pəmbək və Cəlaloğlu Rus hakimiyyəti tərəfindən neytral zonaya çevrilir və bir il sonra Ermenistana (Yerevan qəzasına) verilir. 1917 ci ilin sonları, 18-ci ilin əvvəlləri bir çox xalqlar Rus İmperiyası əsarətindən canını qurtarıb öz müstəqilliklərini elan etməyə çalışırdılar.İlk olaraq 1917 ci ildə Krım Tatarları öz müstəqilliklərini elan edirlər. Ardınca isə Ahıska (Mesheti) türkləri və İğdır ərzisindəki şiə Türkləri (Araz) öz muxtariyyətlərini qurduqlarını elan edirlər.Azərbaycan, Gürcüstan və Ermənənistan (əslində ermənilər tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığının yerində Rusların köməyi ilə öz dövlətlərini qurdular) öz milli müstəqilliklərini elan etməyə hazırlaşdıqları bir varxtda Borçalılar da azadlığa çıxmaq istədiklərini açıq-aydın dilə gətirirlər. 1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə Cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, borçalının həm sünni (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları ilə birgə Borçalı Qarapapaq Türk Cumhuriyyətinin yarandığını rəsmən imzalayırlar. XX yüzilliyin əvvəllərində sahəsi 6057 kv.km olan Borçalının ərazisi 4360 kv.km olur. 1918-ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Nuru paşanı Cəlaloğlunda (Ardahan sınırı) qarşılayır və onları Qazağa qədər ötürür.1 ay sonra Emin ağa İsrafil bəylə Gəncəyə Nuru paşanın yanına gəlib onu Borçalıya qonaq aparırlar.Borçalılara silah sursat verməklə yanaşı, öz tövsiyələrini verən Nuru paşa 1 həftə sonra geri Azərbaycana qayıdır..5 noyabr 1918 ci il tariixndə Emin ağa Qarsa gələrək burada Osmanlı paşası, 9-cu Ordu Komandanı Yaqub Şevqi paşa ilə görüşərək Borçalı Qarapapaq Türk cumhuriyyətinin yaşaması üçün ondan yardım istəyir.Yaqub Şevqi paşa isə ona Ahıska Hökuməti (paytaxtı Ahılkələk, başçısı Osman Sərvər Atabəy) və Araz Cumhuriyyəti (paytaxtı İğdır başçısı Əmir bəy) ilə bir bayraq altında birləşib yeni bir Türk Cümhuriyyəti qurmaq təklifini edir.Beləliklə 30 noyabr 1918 ci ildə Qarsda “Qars islam Cumhuriyyəti”nin qurulması elan edilir. Beləliklə, dövlətin sədri (Prezidenti) Emin ağa Borçalı, onun yardımcısı Sarıqamışlı Piroğlu Fəxrəddin bəy seçilir. "Milli İslam Şurası Mərkəz-i Ümumiyyəsi" adıyla yerli bir hökumət (Nazirlər Kabineti) də Kəpənəkçi Emin ağa başqanlığında qurulur. Beləliklə, Baş nazir – İbrahim bəy Cahangir Hərbi nazir - Həsən bəy Cahangir Ərzaq naziri - Yusif Yusifoğlu Ədliyyə naziri - Abbasəli Alibəy Maliyyə naziri - Məmməd bəy Soltanov Daxili İşlər naziri - Rza bəy Xarici işlər naziri - Fahreddin bəy. Dövlətin daxilinə Qars, Ardahan, İğdır, Naxçıvan, Borçalı, Ahıska, Ağbaba, Amasya, Batum vilayətləri daxil idi. Dövlətin ərazisi 40 min kv. km. əhalisinin sayı isə 1.8 mln idi. Ordunun sayı 8 000 idi. Hökumətin 18 bənddən ibarət konstitusyası,12 nazirlər kabineti, 131 millət vəkili, gerbi və üzərində ay-ulduz olan yaşıl qırmızı rəngli bayrağı təsdiq olunmuşdu. Rəsmi dövlət dili türk dili idi.Emin ağa dövlətin xarici dövlətlər tərəfindən tanınması üçün əlindən gələni əsirgəmirdi. Onlar qonşu dövlətlərə teleqramlar göndərib onlardan kömək və rəsmən tanınmalarını istəyirdilər. 8 dekabr 1918 tarixində “ Qars İslam Cumhuriyyəti ” adından Qars-İstanbul-Tokyo (Yaponiya) xətti ilə vurulan (fransızca) teleqramlardan birinin surəti belədir : Hörmətli Yaponiya İmperatoru Həzrətlərinə ! Asiya Asiyalılarındır davasının ələmdarı sifəti ilə Sizə müraciət edirik ki, Kars İslam Hökumətinin mövcudiyyəti siyasətinin tanınmasında müzahirətinizə mazhariyyəti bir Asiyalı olaraq rica edirik ! 18 Dekabr 1918 miladi. “ Qars İslam Cumhuriyyəti ” Sədri Emin Borçalı. (Hal-hazırda Osmanlı arxivində Emin Ağanın imzası olan sənədlər, bəlgələr qorunmaqdadır.) 1918 ci ilin fevral -mart aylarında ermənilər rusalrın köməyilə Azərbaycanda Türk əhalisinə qarşı soyqrım etdiyi bir vaxta paralel olaraq Ahıska və Borçalıyada hücum edir. Lakin onlar burada Emin ağanın güclü müqavimətinə rast gələrək böyük itkilərlə geri dönürlər. Emin ağanın sayəsində ermənilər Qüzey və Güney Azərbaycanda (urmu-salmas) olduğu kimi, Borçalı Ahıskada Türk millətinə qarşı soyqrım törədə bilmir. 1919 cu il yanvarında dövlətin növbəti qurultayında dövlətin adı dəyişilərək “ Cənubi-Qərbi Türk Respublikası “ olur. Dövlətin günü-gündən güclənməsi ingilisləri çox narahat edirdi. Onlar bölgədə güclü bir Türk dövlətinin yaranmasını istəmirdilər. Beləcə, 1919-cu ilin 13 aprelində İngilis qoşunları Qarsı işğal edərək Cənubi-Qərbi Türk Respublikasının varlığına son qoydular. Dövlət başçıları həbs olunub Maltaya sürgün olundular. Dönəmin AXC rəhbərlərindən biri olan Fətəli xan Xoyski Emin ağanın ona zamanında etdiyi yaxşılıqları unutmayaraq müttəfiqləri olduğu ingilislərdən onu sürgündən xilas edib, cəzasını vətəni Borçalıya yaxın Tiflis həbsxanasında çəkməsinə nail olur. Beləliklə, Borçalı Paris konfransından sonra Azərbaycanla Gürcüstan arasında mübahisəli torpağa çevilsə də1920 cu ildə Stalinin təkidi ilə Gürcüstana verilir. Azərbaycan SSRİ qurulduqdan sonra Nərimanovun göstərişi sayəsində 1921 ci ildə Emin ağa həbsdən azad eilərək Qazağın Qarapapaq kəndinə gətirilir və o ömrünün sonuna kimi burada yaşayaraq 1937-ci ildə vəfat edir. Emin ağa sadəcə toplumsal fəaliyyətlərlə kifayətlənməmiş, eyni zamanda Borçalının mədəniyyət və ədəbiyyat ortamında da özünü təsdiqləmişdi. Gözəl saz çalıb oxuyurmuş, şeirlər qoşurmuş. Qeyd: Gürcüstan Dövlət Muzeyində Emin Ağanın təqdim etdiyi “Borçalı Qadınının Geyimi" adlı etnoqrafik eksponat qorunmaqdadır. Emin Ağa'nın 1912-ci ildə Tiflisdə Azərbaycan dilində yayımlanmış "ﻥﺎﻳﻭﺍ ،ﯼﺪﺴﺑ" / "Bəsdi, Oyan!" kitabı onun ədəbi yaradıcılığının əyani göstəricisidir.Həmçinin A.Kanevski 1915 ci ildə onun haqda “Bir Qaçağın Həyatı” adlı kitabını Tulada çap etdirib. Bu gün Türkiye Qarsda Emin ağanın adını daşıyan bir küçə və bir kənd var. Nəticə: Emin Ağa- "Hər kəsin borcudur, əlindən gəldiyi qədər hər necə olmuş olsa, bəşərə, öncəliklə, öz millətinə kömək eləsin". Anar Məsimov Geri qayıt |