Əsas Səhifə > Redaktor seçimi / Təəssürat > UNUDULMAQDA OLAN QƏDİM EL SƏNƏTİNİ YAŞADAN SƏRRAC
UNUDULMAQDA OLAN QƏDİM EL SƏNƏTİNİ YAŞADAN SƏRRAC9-01-2020, 13:11 |
El arasında deyildiyi kimi,at muraddır, at insanların sədaqətli dostudur. Atı minmək üçün ilk növbədə, yəhər, yüyən tələb olunur. Sərrac dəridən müxtəlif məmulat hazırlayan ustaya deyilir. Əvvəllər hər rayonda sərraclara rast gəlmək mümkün idi. Zaman keçdikcə bu sənət unudulmağa, yaddan çıxmağa başladı. Ağayev Vahid Cəlil oğlu 1963-cü il iyul ayının 20-də Xocalı rayon Kosalar kəndində anadan olub. Kosalar kəndi qədim xalq sənətinin yaşadıldığı kəndlərdən biridir. Vahid kişi 37 ildir sərracdır. O, uşaq yaşlarında kənddə toy olarkən toya atla gələn qonaqların atlarının yəhər və yüyəninə xüsusi maraqla baxar, onları özü necə düzəldəcəyini düşünərmiş. 16 yaşından sərrraclıq edən Vahid kişi bu sənəti dolanışıq yolu kimi davam etdirir. Onun hazırladığı yəhərlərin keyfiyyətinə və gözəlliyinə bir çox rayonlardan alıcılar gəlir. O eyni zamanda 20 il nalbəndliklə məşğul olub. Muğam dinləməyi xoşlayan yəhər ustası kiçik oğlunun saz sənətinin sirrini öyrənməsi üçün ona bütün köməkliyi göstərir. Vahid kişinin sənətini iki oğul övladı davam etdirir. Nəvələrinə də bu qədim dədə-baba sənətini davam etdirməsini məsləhət görür. Ürəyi elinə, obasına böyük sevgi ilə bağlı olan Ağayev Vahidin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın yağı tapdağından azad olunması və sənətini doğma Kosalar kəndində davam etdirməkdir. Biz də onun bu gözəl arzularına qoşulur və işlərində uğurlar arzu edirik. Qalib Bəyməmmədoğlu Geri qayıt |