Əsas Səhifə > Redaktor seçimi > NOBEL MÜKAFATINDAN KİMLƏR İMTİNA EDİB...

NOBEL MÜKAFATINDAN KİMLƏR İMTİNA EDİB...


15-03-2022, 21:12

Dünyanın beş məşhur adamı Nobel mükafatından imtina edib. Bunlar Lev Tolstoy, Aleksandr Solıenitsın, Jan-Pol Satrtr, Rixard Kun, Adolf Budenandt və Herhard Domaqkdır. 
 
Lev Tolstoy
 
Lev Nikolaeviç Tolstoy 1906-cı il də 78 yaşında Rusiya Elmlər Akademiyası tərəfindən Nöbel mükafatına təqdim olunmuşdur. Əgər yazıçı mükafatı almış olsaydı ən yaşlı laureat kimi  adı siyahıya düşərdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Leonid Solomonoviç Qurviç 90 yaşında bu ali mükafatı almışdı. 
Lev Tolstoy 1906-cı ildə Finlandiya yazıçısı Arvid Yarnefeltə öz isveç həmkarlarına müraciət etməsi üçün xahişlə belə bir məktub yazır: “Elə edin ki, bu mükafatı mənə verməsinlər”. Nəticədə həmin mükafat italyan şairi Djozye Karduççi alır. 
Lev Tolstoyun mükafatdan imtinasının səbəbi pul idi. “Hərb və Sülh” müəllifinin izah etdiyi kimi, alınan pulu xərcləmək ona bəla gətirərdi. “Hər hansı bir pul kimi bu pul da yalnız bədbəxtlik gətirə bilər”.
 
Aleksandr Soljenitsın
 
1970-ci ildə sovet yazıçısı və dissidenti Aleksandr İsaeviç Soljenitsın "böyük rus ədəbiyyatı ənənəsindən götürülmüş mənəvi gücə görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Lakin o, Stokholmda keçirilən mükafatlandırma məra-simində iştirak etməyib və 1958-ci ildə Boris Pasternakın öz vaxtında etdiyi kimi mükafatdan imtina edib. Buna səbəb Sovet İttifaqının onun qayıtmasına mane olacağı qorxusu idi. Qorxular özünü doğrultdu - onun yaradıcılığı beynəlxalq aləmdə tanındıqdan sonra yazıçının təqibləri başladı. 1971-ci ildə yazıçının əlyazmaları müsadirə edilib, sonradan əsərləri məhv edilib. Parisdə nəşr olunan, Stalin dövründəki sovet düşərgələrindən bəhs edən “Qulaq arxipelaqı” kitabı yazıçının dövlətlə çətin münasibətlərinin təməl daşı oldu.Soljenitsın vətənə xəyanətdə ittiham edilərək ölkədən qovulub. Buna baxmayaraq, mükafat onu gözlədi - 10 dekabr 1974-cü ildə onu qəbul etdi.
 
Jan-Pol Sartr
 
Ölkədən qovulmaq təhlükəsi ilə yaşayan rus yazıçılarından başqa maraqlı şəxslərdə bu mükafatdan imtina etmişlər. Fransız filosofu və dramaturqu Jan-Pol Sartr 1964-cü ildə ona verilən “bizim zamanımızda ideya zənginliyinə, azadlıq ruhu və həqiqət axtarışına böyük təsir göstərmiş yaradıcılığa vgörə” verilən Ədəbiyyat üzrə Nobel mükafatını qəbul etmədi. O, mü-kafatın onun müstəqilliyinə təsir edəcəyinə inanırdı. Bu onun fəlsəfəsindəki ən mühüm konsepsiya idi. Yazıçı 1964-cü il oktyabrın 23-də Parisdə verdiyi bəyanatda öz hərəkətini belə qeyri-adi səbəblə izah etdi. Elə həmin il Sartr ədəbi sənətdən getdiyini elan edərək dünya ictimaiyyətini ikiqat təəccübləndirdi. O, ədəbiyyatın dünyanın səmərəli transformasiyası üçün surroqat olduğunu bildirdi.
Fan Dinh   Khai
 
1973-cü ildə Nobel mükafatı Parisdəki sülh danışıqlarında Şimali Vyetnam nümayəndə heyətinə başçılıq edən Şimali Vyetnam siyasətçisi, əsl adı Phan Dinh Khai olan Le Duk Thoya verildi. Onunla birlikdə mükafat ABŞ-ın dövlət katibi Henri Kissincerə “Vyetnam münaqişəsinin həllində birgə fəa-liyyətinə görə” verilib. Onların birgə uzunmüddətli danışıqlarının nəticəsi 1973-cü il yanvarın 27-də Vyetnamda atəşkəs və sülhün bərpası haqqında Paris Sazişinin imzalanması oldu. Lakin Le Duc Tho Vyetnam müharibəsinin hələ bitmədiyini və mükafatların artıq paylanıldığını əsas gətirərək mükafatdan imtina etdi. Mükafat verildikdən cəmi 2 il sonra hərbi münaqişəyə son qoyuldu.
 
 Richard Kuhn, Adolf Butenandt, Gerhard Domagk
 
 Mükafat almağa siyasətin qarışdığı zaman haqqında tarix çoxlu misallar bilir. Məsələn, alman kimyaçıları Richard Kuhn, Adolf Butenandt eləcə də mikrobioloq və patoloq Ger-hard Domagk öz layiqli mükafatlarından Hitlerə görə imtina etməli oldular. 1936-cı ildə Sülh Mükafatı Hitleri və nasizmi açıq şəkildə qınayan alman pasifisti Karl fon Ossietzkiyə veril-dikdə Nobel Fondu Adolf Hitleri qəzəbləndirdi. Belə “sürprizlərin” qarşısını almaq üçün Hitler 31 yanvar 1937-ci ildə alman vətəndaşlarının Nobel mükafatını almasını qadağan edən fər-man verdi. Bu qanunun nəticəsi olaraq, Gerhard Domagk prontosilin antibakterial təsirini kəşf etdiyinə görə (1939), Adolf Butenandt cinsi hormonlar üzərində araşdırmasına görə (1939), Richard Kuhn isə karotenoidlər və vitaminlər üzərində işinə görə (1938) mükafat almadı. Ancaq müharibədən sonra üç alim pulla deyil, yalnız diplom və medallarla təltif edildi. Maraqlıdır ki, Nobel mükafatı həm də Adolf Hitlerə verilmsi istənilmişdi. 1939-cu ildə isveçli parlamentarilərdən biri onu təklif etsədə, lakin bu təklif rədd edilmişdi.
 
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, 
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi
 

Geri qayıt