Əsas Səhifə > Redaktor seçimi > Sən Ulu Öndərin müdrik gəlini - Sücayət Laçınlıdan yeni şeirləri
Sən Ulu Öndərin müdrik gəlini - Sücayət Laçınlıdan yeni şeirləri9-06-2022, 23:33 |
Sən Ulu Öndərin müdrik gəlini Necə də tez tapdın xalqın dilini, Sən Ulu Öndərin müdrik gəlini. Uzatdın hamıya kömək əlini, Xalqın sevimlisi Mehriban xanım. Bu xalqın üzərində çoxdu sənin zəhmətin, Hər zaman öz işində olmusan möhkəm, mətin. Qazandın bir ölkənin, bir xalqın məhəbbətin. Qayğıkeş, mehriban, Mahriban xanım. Xalqı xoşbəxt görməkdi sənin fikrin, marağın, Qarabağı qarış-qarış gəzib sənin ayağın. Şuşadan, Zəngilandan gəlir səsin, sorağın. Sən Həcər qeyrətli Mehriban xanım. Dahilərdən dərs alıb çatmısan müdrik yaşa, Bu yol xalqı aparır zirvələrə birbaşa. Sizi cənab İlhamla həmişə görək qoşa, Dahisən, müdriksən, Mehriban xanım. Sənsən cənab İlhamın həm dostu, həm sirdaşı, Əzizdir hər ikinizə Vətənin torpağı, daşı. Millətindir, xalqındır sənin üzüyünün qaşı, Xalqın yaxın dostu Mehriban xanım. Bu xalq taleyini tapdı sizinlə, Hamı istəyir ki getsin izinlə. Hər an bizimləsən, hər gün bizimlə, Xalqın birincisi Mehriban xanım. 2009-2022 Fəxrimiz, vüqarımız - bizimli şanlı ordumuz Şükür olsun, Allahım, biz qələbə çalmışıq, Qaçqın, köçkün deyilik, qarabağlı olmuşuq. Bizim cənnət yurdumuz azadlığa qovuşdu, 30 illik intizar, həsrət bizdən sovuşdu. Gələcək nəsillərə nə dərd qaldı, nə möhnət, Biz qələbə çalmışıq, düşmənə qaldı töhmət. Dünyaya bəlli oldu ordumuzun qüdrəti, Ordumuz bəxş elədi bizə bu səadəti. Sancıldı Qarabağa qalibiyyət bayrağı, Vətən bizim, el bizim, kimdi ki düşmən, yağı? Azad oldu Laçınım, azad oldu Kəlbəcər. Şuşa kimi bir cənnətdən söylə axı kim keçər? Niyə verək düşmənə Qubadlı, Zəngilanı, Füzulidə tikildi həm də hava limanı. Günbəgün abadlaşır cənnətməkan Cəbrayıl. Bütün dünya Qarabağı cənnət sayır. Üçrəngli bayrağımız sancıldı Xocalıya, Qoymarıq Xankəndində düşmən ocaq qalaya. Nələrə qadirmiş bizim qalib sərkərdə, Oxşayır Ulu Öndərə; həm gücdə, həm hünərdə. Azərbaycan xalqının qalmadı dərdi, səri, Qüdrətli ordumuzdu bu xalqın şah əsəri. Sücayət ölə bilər indi arın-arxayın, Çünki şanlı ordumuz verdi düşmənin payın. Heydər İlham oğluna həsr edirəm Bəli, oxşayacaqdır Heydər Ulu Öndərə, Addımların atanda titrəyəcək dağ, dərə. Babasına oxşayır, deyəcək hər kəs, hərə, İnanın sözlərimə, mütləq olacaq belə, Heydər gəncdir, cavandır, tanıyacaqlar hələ. Dünya tanıyacaq: kimdir, kimlərin oğludur. Ulu öndərin nəvəsi?- bəli, bəli, doğrudur. Tanrı onun xəmrini siyasətlə yoğurdu, On il, on beş il öncə; bu mənim fərziyyəmdir, Yazdığım bu əsərin deməyin duzu kəmdir. Xalqına, dövlətinə o nələr edəcəkdir, Dahi ata, ananın yoluyla gedəcəkdir. Sücayət görməz bunu, nəsillər görəcəkdir. Ot kökü üstə bitər, atalar deyib bunu, Tanrı özü qorusun Heydər İlham oğlunu. Babası öz işində, həmişə olub mətin, Atası rəhbəridir böyük bir məmləkətin. Anası qazanıbdır bir xalqın məhəbbətin, On il, on beş il öncə, bu mənim fərziyəmdir, Yazdığım bu əsərin deməyin duzu kəmdir. Bu uğurlu nəslin davamçısı olacaq, Düşmənlərdən Göyçəni, Heydər özü alacaq. O rütbə, o şan-şöhrət, mütləq onun olacaq. Ot kökü üstə bitər, atalar deyib bunu, Tanrı özü qorusun Heydər İlham oğlunu. Ağ partiyanın başkanı Tural Abbaslıya həsr edirəm Şərt deyil ki, mən səni görəm, yaxından tanıyam, Tural bəy, səndə olan cəsarətin heyranıyam. Hardandır bir insanda bu qədər söz ehtiyatı, Doğru, düzgün danışıb mat qoyursan camaatı. Tanıyın Tural bəyi, xalqın xeyrinə danışır, İnsafı əldən verib deməyin ki həddin aşır. İxtiyar sahibidir, gəzib dolanır hər yanı, Xalqıdı, millətidir onun ürəyi, onun canı. Mərdi mərdanəliklə, deyə bilirsən sözün düzün, Özgələrlə nə işim, xoşdur mənə sənin sözün. Dəyərli sözlərinlə çıxarırsan ürəklərdəki tikanı, Bizim xalqın dostu ol, beləcə saxla sükanı. Sözlərin kasıbların canına yağ kimi yayılır, Varlılar, imkanlılar qorxub yuxudan ayılır. Atalar doğru deyib, düz söz zəhirmardan acı, Düzgünlük sevənlərin həqiqətdir başının tacı. Tanrı səni qorusun bu xalqı sevdiyin üçün, Yoxsulları düşünüb ağlayırsan için-için. Düz sözə nə deyəsən, yoxdu gileyim-güzarım, Xalqını sevənlərə dəyərli sözlər yazarım. 10.04.2022 Hüseynova Sücayət Qənbər qızı (Laçınlı) Geri qayıt |