Əsas Səhifə > Redaktor seçimi > ​​​CƏBRAYIL ELLƏRİ: BİR DAHA DƏDƏ QURBANİ HAQQINDA...

​​​CƏBRAYIL ELLƏRİ: BİR DAHA DƏDƏ QURBANİ HAQQINDA...


1-12-2023, 13:03

(2-ci yazı)
 
Məlum olan bütün şeirlərində xalq dilində yazan Qurbani ayrı cür ola bilməzdi. Məhz bu cür yazmalı idi. Ömrü boyu xalq içərisində yaşayan və xalqla nəfəs alan Qurbani:

“Mən ağlaram zarı-zarı... 
                  
 Bu zülmü götürməz tarı...”
yaxud:
                  
 “Qurban ağlar eldən ötrü,
                   
Bülbül ağlar güldən ötrü...”

Cəbrayıl torpağının yetirməsi olan Dədə Qurbaniöz vətənsizliyini təbii olaraq rəmzlərlə verməyə çalışmışdır:
                  
“Gəl sana söyləyim pünhan dərdimi,
                        
 Bağından gülləri saran xardımı?
                      
Biz deyən yox, əğyar deyən oldumu
                  
  Nurdan badə içib eşqə dalan yar”.
İnsan hər kəlməsində, hər sözündə öz dərdiniifadə edirsə, onu qınamazlar.
Bu mənada Dədə Qurbani yazar:
                 
   “Hər gecə vağyamda görürəm səni,
                     
  Sən Allah, sən Tanrı, sən də gör məni.
                      
 Çıxsın ilqarından dönənin canı,
                           
Mən ki, ilqarımdan dönən deyiləm”.

Dədə Qurbani bütün şeirlərində xəlqidir və əsasən Dirili olduğunu xatırladır.
İstər möhürbənddə, istərsə də məzmunda.
J
  “Hicran sənətkarı, qəm tüccarıyam,
 Dərdimin dərmanı o zalımdadı...”
deyəndə dayaz yanaşmasaq şairin kimisə və ya həqiqi yarı nəzərdə tutduğunu başa düşməliyik. Lakin bəlkə əğyarı, düşməni, işğalçını  dediyini də düşünmək olar. Dünya şöhrətli Hatəmi şeirinə  gətirən şair: “Hatəm bağçasında dumandı yolum...” deyirkən  bunu başqa cür  yozmaq qəbahətdir. Şair aşığın dili sadədir, açıq- aydındır: 
“ Gecə-gündüz, vaxt-bivaxt ağlaram,
Çeşmin yaşı  ceyhun olur, sellənir,
Yaz  mövsümü bülbül dil-dil ötəndə,
Bağ-baxçalar  nərgizlənir, güllənir...”
Hər dəfə hicran vüsal dəmində onun şair qəlbi Vətən üstə, Vətən nəğmələri üstə köklənir.
“Qurbaniyəm, dərd çəkmişəm nəhanlar,
Xəyalım sevməkdir, səntək cananlar,
Yanaşsa üzünə müştəq dəhanlar, 
Nəfəs dəyər cığaları yellənir”.
Elə bunun ardınca el şairi yazır:
“Qurbaninin dərdi həddən ziyadə 
Çağırsam ağamı yetişər dada. 
Desələr necədir o binəva, de:
“Mən al geydim o, qaralar bağlasın!”
İnsan olan əslin danmaz. Azmı görmüşük?Mənafe xatirinə mən Fransada və ya Avropada doğulmuşam,  mən filan yerliyəm deyir. Soruşanda ki, Fransada doğulmusansa, gəlib çiynimə çıxmalısan?  Bəli deyir. Buradan  o yana cavab həll yoxdur. Bu ikrahın, ziddiyyətin sonu, yaxud zirvəsidir.
Aşıq-şair həm də fəxrlə deyək Cəbrayıllı (Dirili)Qurbani deyir ki: 
“Qurbani də əsilliyin itirməz,
Ağlamaqnan haq diləyim bitirməz, 
Dərdim çoxdur,nər-mayələr götürməz,
Kərgədan olmasa, fil mana göndər”.
Bilirik ki, Vətən anlamayan vətənpərvər ola bilməz, sevməyən sədaqətli ola bilməz, işləməyən,yazmayan, pozmayan məsuliyyətli ola bilməz. Sevən, məsuliyyətli və sədaqətli olan əxlaqi cəhətdən saf olar. Qurbani əxlaqi cəhətdən saf şairdir, deməli, həqiqi şairdir. Deməli haqq şairidir və ya haqq aşağıdır-haqq aşiqidir. 
“Qurbani der:”Bu dərd məndə qalınca,
Canım çıxdı, yar xətrini alınca,
Payız gecələri sabah olunca, 
Çeşmim yağı çırağında saqinin...”
Haqq aşiqi bu dünyada olmazın zülümlər çəkməlidir. Bu əbədi qanundur.   Pislər inciməzlər,pislər ağrımazlar. Zənn edirəm ki, bu dünyada yaxşıların əzabkeşliyinə heç kəs etiraz etməz.Yazılmamış qanundur ki, dünyamız yaxşıların çiynində durur.
Bələd olanlar yaxşı bilirlər ki, Cəbrayıl torpağı Aşıq Pərini, Aşıq Humayı, Aşıq Surxayı, xalq yazıçısı Sabir Əhmədovu, şair Vaqif Cəbrayılzadəni,alim- publisist Kamil Vəlini yetişdirib. Bunlar bədii söz sahibləridir. Bunlar bizim xatırladıqlarımızdır. Əslində, Cəbrayıl torpağının yetirdiyi ziyalıları nə sayıb-sadalamaqla qurtaran deyil, nə də Dədə Qurbaninin dediklərini açıb-açıqlamaqla. Baxın Qarabağın dibər guşəsində ermənilərə yer verib, indi öz doğma ocağımızı onların insafına buraxmışıq:
“Dost yolunda yaxa yırtdım, baş açdım,
Gecə-gündüz dadi-bidad eylədim.
Öz əlimlə yıxdım özüm evimi.
Müddəinlər evin abad eylədim.”
Ürəyində illərin həsrəti olmayan kəs:
“Dağlar,sənin ilə həmdəm olmadan
Əsirgərsən indi qarıda məndən.
Seyrağıbın o tənəli sözləri
Axır ayrı salar yarı da məndən.”
deməliydi necə ki,bu gün biz:
“Qarğıyıram səni,fələk, 
Çarxın sınsın,üzün dönsün.
Deynən görək,bundan sonra 
Nə edərsən,gözüm görsün”-deyirik.
Dediyimiz ağıl, hiss Dədə Qurbanidə artıq-artıqdır. Bizim dediklərimiz ona yamaq olardı. Qoy,zaman özü Dədə Qurbaniyə övladlarına görə qiymət versin. Necə ki, o deyirdi.
“Bu dünya dediyin bir boy ələkdir,
Haqqın bin bir adı onda gərəkdi,
Qurbani der: “Bu nə çarxı- fələkdi,
Zülümlə ayırırlar yarıda məndən...”
Əslində belə olmalıdır: (“Zülümlə ayırdılar yarıda məndən”)
Gəl ki, inan Qurbani bir gözəl qıza, yəni təkcə insana yarı deyirdi. Əvvəla, bu, mümkün deyil. Ona görə ki, Qurbani bir Sufi aşığı, bir Sufi şairi  idi, o insanı, konkret olaraq bir gözəli o səviyyəyə qaldırmazdı. İkincisi, Qurbaninin və ondan əvvəlki sufilərin yaradıcılığında rəmzlərin hakimiyyətindən xəbərimiz var. Məsələn, böyük Nəsimini yada salmaq kifayətdir. Bunları Qurbanidən əvvəl demişdir:
“İstəyən murdar kərkəsdir müdam,  eytürfə quş,
Xızırtək şahbazı ol, mırdarə mırdar istəmə.
Bir əmin məhrəm bulunmaz, ey Nəsimi,çün bü gün,
Xəlqə faş etmə bu sirri, kəşfi əsrar istəmə”.
Çoxları qəriblikdə şikayətlidir. Bilirik qəriblik yaman dərddir. Bizlərdə
“yaman dərd”mənası sağalmaz yara mənasında işlənir. Rəhmətlik Səlbi nənəm kimisə qarğıyanda “üzünə yaman yarası çıxsın”-deyərdi. Mən fikirləşirəm ki, yaman müasir tibbi dildə “xərçəng”deməkdir. Yəni bizim dərdimiz yaman dərddir.
Baxın Dədə Qurbani nə deyir:
“Ayrı düşdüm Vətənimdən,elimdən
Başı çinli, qarlı dağlar, qal indi!
İçən ölməz dərdə dərman suyundan,
Azar sular, tər bulaqlar, qal indi...”
“Qal indi “rədifli qoşmanın əvvəlində konkret Vətəndən danışan şair- aşıq həmin qoşmanın mühürbəndində belə deyir:
“Qurbaniyəm,yəqin oldu sözlərim,
Eşq əlindən kabab istər közlərim.
Qan tökərdi qürbət eldə gözlərim,
Canan deyib ağla, ağlar qal indi!”
Diqqətli oxucu yəqin fikir verir eyni şeirdə ədəbi döngəyə. Yəqin ki, mütəxəssislər yaxşı bilir ki, Qurbani kimi ustaq sənətkar dördbəndlik şeirinəvvəlində “Vətəndən”, sonra isə “yarından”ayrı düşdüyünü deməz, desə də “yarı” Vətən bilər.Mülahizəmizi “qaldı”rədifli qoşmayın birinci bənditəstiq etdi.
“Sitəmlə ayrıldım ana vətəndən,
Yarımın bağbansız bağları qaldı.
Alagöz çiçəkli, tər şəmaməli
Bostan sinəsinin tağları qaldı...”
Baxın şair fikrimizi necə təsdiq edir. İkinci mövzunu birinci içərisində necə əridir.
  “Köç-köç oldu, karvan yola düzüldü,
   Yarın gözlərindən qan-yaş süzüldü,
   Aman dostlar, əlim yardan üzüldü
   Düşmənin sinəmdə dağları qaldı.
 
   Artıq Qurbaninin dərdi,qubarı,
   Başının sevdası, dil ahuzarı,
   Baxmaqdan gözləri vətənə sarı,
   Əridi qarası, ağları qaldı”.
Elə bunun  ardınca professor Qəzənfər Kazımovun düzümündə Dədə Qurbaninin “Mənim”qoşmasında deyilir:
“...Şair olan dərsi alır pirindən,
Baş açmadım seyrağıbın sirrindən,
Qolu bağlı keçdim Xudafərindən,
Üzüm gülməz, heç açılmaz, ah,mənim...”
Elə burdaca “Qurbani saray şairi olub, Şah İsmayıllı sarayında yaşayıb” deyənlərə Dədə Qurbani “Xudafərindən Qolu bağlı keçəndən”sonra belə cavab verir:
  “...Mürşidi-kamil, şeyx oğlu şahım,
   Bir ərzim var, qulluğunda şah, mənim!
   Əziz başın üçün, oxu yazdığumu,
  Agah ol halımdan, qibləgah mənim!...”
Şairin “əziz başın üçün”deməsi isə onun şaha çox yaxın olmasından, daha doğrusu, şahın ona “nə vaxt dara düşsən mənə xəbər elə” deməsindən irəli gəlir.Yəni onunla əvvəki tanışlıqlarına işarədir. İndiki dillə desək, onun şahın “viza kartına”malik olmasına işarədir. Lakin qudurğanlar şahın imzasına da hörmət etmirdilər.
Nəhayət, gəldik mətləb üstünə, Dədə Qurbani yazır:
  “Diri dağlarından, uzaq ellərdən,
   Əlbəttə ki, bir murada gəlmişəm.
   Eşqin sitəmindən ,çərxun əlindən,
  Bir şahım var,ona dada gəlmişəm”.
 
Yaxud elə həmin şeirin üçüncü bəndində deyir:
  “...Bülbül idim, ayrı düşdüm gülümdən,
  Fələk vurdu, cüda saldı elimdən.
  Qurbaniyəm, qara Vəzir əlindən
  Şeyx oğluna şikayətə gəlmişəm”.
Bu və bu kimi şerlərində Qurbani təsdiq edir ki, o əyalətdə yaşayırmış və haçansa Vətənindən zalımların, erməni xislətlilərin əli ilə didərgin düşüb.    Ümumiyyətlə, Dirili Qurbanini oxuyanlar yaxşı bilir ki, onun yaradıcılığında “Vətən” anlayışı “yar”anlayışına qovuşur və ya əksinə.
  “Qurbani der:məgər axır zamandı?
  Sevgi sevgisindən ayrı yamandır.
  Bağrım dəlik-dəlik, sinəm peykandır,
  Mənim üzüm gülməz Vətəndən ayrı”.
  Çox qəribədir, Qurbaninin Dirili olduğunu,Dirinin Cəbrayılda olduğunu, Qurbaninin sadə həyat yaşadığını (saraydan uzaq), köçkün olduğunu inkar edənlər.
  “Nə ola, bir şadlıq xəbəri gələ, 
  Yüklənə barxanam ellərə doğru.
  Naşı ovçu bərə bəklər, əylənər,
  Marallar sayrışan, yollara doğru”.
Yazımızın əvvəlində demişdik ki, Qurbaninin  yarı nə həqiqi yardır, nə də qeyri-həqiqi yar. Bu,sufizmdən gələn bir ideyadır. Ayrı-ayrı vaxtlardaQurbanidə təzahür edir.
Baxın:
“...Şəhərdən yüklənən nazlımın köçü,
Cənnətülməvadır qoynunun içi.
Əbrişim telləri, müfəssəl saçı,
Hərdəm şitab eylər bellərə doğru”.
Elə buna görə də biz deyirdik ki, Qurbani cismani yardan çox,mümkün qədər az danışır. Bunu düzgün ifadə etsək belə deməliyik:
  “...Qurbani der: Naləm yandırar daşı,
   Üstümə gəlməsin təbibi-naşı,
  Ümmana dönəndə gözümün yaşı,
  Axanda tökülər sellərə doğru.”
Dədə Qurbaninin çətin,  acınacaqlı günlərin yadıma saldığı, xatırladığı ilkin olaraq “Vətən”və “yar”olmuşdur.
“Xəstə düşüb qürbət eldə yatıram,
Bir kimsənəm yoxdu, oyada məni.
O siyah tellərin, şirin dillərin
Salıbdı sönməyən, oy, oda məni”.
Bilirik ki, insan dara düşəndə həmişə könlü ilə danışar. Öz könlündən imdat istər könlü də onu nizamlayar, tənzimləyər. Hələ onu demirik ki, klassik aşıq şeirində öz könlü ilə deyilənlər də var:
  Gör Dədə Qurbani nə deyir:
“Qəm yemə, qəm yemə, divanə könlüm,
Həmişə ruzigar belə dar olmaz.
On bir il çəkmişəm zimistan qəhrin,
O nə güldü dövrəsində xar olmaz?!”
Nə hər aşığa, nə də hər aşiqə qismət olmaz öz dərdini bu cür poetikcəsinə dilə gətirə.
  Bu, Qurbani dilidir. Sanki “quş dilidir,Süleyman bilər”deyimi oxucuları diqqətə çağırır.
Bu günlərdə el ədəbiyyatının duyumlu bilicisi hesab etdiyim, siyasi icmalçı Yasin Qaraməmmədli ilə söhbət zamanı Qurbanidən çox sevdiyim bir bəndi dilə gətirdim.
“-Köç-köç oldu,köçdü ellər,obalar,
Bayqudan virana qalan canım hey,
Çaylar coşdu, yollar işləməz oldu,
Gəmisi girdaba qalan canım hey!”
Yasin müəllim sakitcə başını yelləyib, bəh-bəh,nə qədər xəlqi bir deyimdir, bax, təqribən eyni bir dövürdə yaşamış M.Füzuli, Ş.İ.Xətai və Dirili Qurbani yaradıcılığının canlı obyektiv müqayisəsi bizə əsas verir deyək ki, Dirili Qurbani bu günün azərbaycanlıların daha yaxını, daha həmdilidir. Bu fikir  nə Xətai, nə də Füzuli böyüklüyünə kölgə salmaq üçün deyil. Əksinə, onların daha çoxklassikliyinə işarədir. Həm də Qurbaninin daha çox anlaşıqlığına, aydınlığına, doğmalığına bir görəv gətirmək üçündür.
Dirili Qurbani “Yusiftək zindanda qalan canım hey!” deyəndə də, açıq-aydın bilinir ki, qoruq-qadağalar əlindən zardadır, canından bezib. Nə qədər qəriblik olar demək istəyir.
Müxənnətlər əlindən zinhara gələn aşıq (bəlkə də aşıq-şair) açıqca bildirir ki, 
“Qurbani başına yağar yağış, qar
Ah,necə Vətəndən oldun dərbədər!
Bu sevdaya düşən çəkər ahu, zar...”
-günü el-obasından ayrı qaraya tutulub. Bu qədər zillətləri görən Dədə Qurbani  yenə nikbindir, həyatın enişli-yoxuşlu olduğuna və zəmanənin dəyişəcəyinə inanır:
“Qurbani, qəmlənmə, kərəm-kanı var,
Ədalət hakimin haqqı divanı var.
Bu çərxi-fələyin nərdivanı var.
Enən ağlayarmış, qalxan gülərmiş”.
Elə indiki kimi insanlar həmin deyil, psixologiya həmindir. Haqq ədalət gözləyə-gözləyə “Günbəgün irəngim saralar mənim!”deyəndə Qurbaninin həyatı keşməkeşlərdən yaxa qurtara bilməsə də,yaradıcılığında nikbindir və nikbin olduğu qədər xəlqidir. Hər sətrindən,hər sözündən Diri dağının,Xudafərinin, başı dumanlı Vətən dağlarının ətri gəlir,havası duyulur. Sazını-sözünü Arazın hər iki tayında eyni kökdə, eyni havada dilləndirən Qurbani elnən gülüb, elnən ağlayıb. Elə ona görə də bu qədərmüasirdir, getdikcə çox ellidir, xəlqidir.
                                                      

Əlibala ZALOV, 

Azərbaycan YazıçılarBirliyinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi.
Geri qayıt