Əsas Səhifə > Redaktor seçimi > UCA DAĞIN QARLI ZİRVƏSİ YAXUD PROFESSOR ƏLƏMDAR ƏLBƏNDOV HAQQINDA DÜŞÜNCƏLƏRİM

UCA DAĞIN QARLI ZİRVƏSİ YAXUD PROFESSOR ƏLƏMDAR ƏLBƏNDOV HAQQINDA DÜŞÜNCƏLƏRİM


10-01-2024, 12:18

Hörmətli Ələmdar müəllim, əziz professor... Siz ömrünüzünəsas hissəsini öyrənməyə, öyrətməyə və xalqa xidmət etməyə sərfetmisiniz... Uzun illərin tədqiqat zəhmətlərinə dözmək, ağır, çətinhəyat sərtliklərinə davam gətirmək kimsəyə asan gəlməsin... Bu yaş ömrün kamillik mərhələsi adlanır... Sizin yüksək elmi ilhamlayazılmış müxtəlif səpgili əsərlərinizdə bu kamillik özünü göstərir.

Hörmətli professor, bizi bir-birimizə doğmalaşdıran, bağlayan çox səbəblərdən biri eyni torpaqdan boy atmamız, eynielmi məktəbi keçməyimiz, eyni ustaddan dərs almağımızdır. Bu Azərbaycan analitik kimya sahəsində öz sözünü demiş, əsərlərinədünya şöhrətli alimlərin istinad etdiyi professor ALLAHVERDİ VERDİZADƏNİN elm köynəyindən keçməyimizlə bağlıdır.
Siz ziyalı ləyaqəti, inadlı tədqiqatçı iradənizlə bu yolu keçdiniz.Kimya, daha doğrusu analitik kimya tariximizin sistemlitədqiqatçısı kimi tarixin yaddaşına yazıldınız... 

Əsərlərinizəşöhrəti dünyanı tutan elmi məktəblərin nümayəndələri istinadedir. Nəşr olunan əsərləriniz göstərir ki, siz bu gün yaradıcıziyalıların ön cərgəsindəsiniz...

Ələmdar müəllim, sizin fəliyyətinizin iki böyük təməl daşı – doğma Azərbaycana vaqiflilik və ana dilinin bütün incəliklərinə bələdlilikdir... Bu iki təməl üzərində hər gün yorulmadan, usanmadan zirvəsinə çoxlarının əli çatmadığı, amma hamınıngörə bildiyi başı qarlı dağlar timsalı... ömür kitabını yazırsınız. Dilinin əlvanlığı, şirinliyi, oynaqlığı, poetik müşahidələrindərinliyi və itiliyi, bəzən gümrah, bəzən ağrılı-acılı düşüncələrin, bəzən fərəhli, bəzən küskün hisslərin vədətindən yaranmış bukitabın mayası vətən eşqi, vətəndaşlıq amalıdır...

İctimai həyatda fəal mövqeyinizlə... öz təvazökarlığınız, ədəbərkanınızla hörmət və nüfuz sahibi oldunuz... Pedaqojifəliyyətiniz, elmi yaradıcılığınız çox dəyərlidir... AzərbaycanTəhsil Sistemində - ali məktəb auditoriyalarında professor kimifəaliyətinizdə çox önəmlidir. Əziz Ələmdar müəllim, Sizmüəllimsiniz çox mənada... həm də cəfakeş pedaqoji fəaliyyətsahibisiniz... müəllimlər mənsub olduqları xalqdan mükafatummur...Siz isə təbiət etibarı ilə təmənnasız adamsınız...
Sizin müəllifi olduğunuz kitablar sizin adınızı tarixdəyaşadacaqdır. Bu kitablar çox qiymətli əsərlərdir. Alim doğrudanda mayasına, sümüyünə, iliyinə qədər alimdirsə, onun müxtəlifillərdə - 40 yaşında, 50 yaşında, 70 yaşında yazdığı əsərlərarasında fərq olacaq, böyük, çox böyük fərq olacaq. Amma bufərq qocaman bir palıdın yarpaqları ilə, həmin ağacın çox əsrlərbundan qabaqkı pöhrə vaxtının yarpaqları arasındakı fərq kimidir. Ağac həmin ağacdır, fəqət yaşı, görkəmi başqadır. İlləri bir-birinin üstünə qalamış alim həmin alimdir... Əsərlərinin alınqırışları çoxalıb, yazılarının saçları bəyazlaşıb, misralarınınmüdrükliyi zamanın ağır dəyirmanını altında artıb, çoxalıb, ancaqalimin sifəti həmin sifətdir. Haqq insanının bir üzü olur, bu üzdəyişir, amma başqalaşmır. 

Hər kəs inanır ki, halal adamların haqqı bir gün güzgü kimi üzünə tutulur... Açdığınız insanlıq yolu ilə övladlarınız inamla, sizinlə fəxr edərək gedə bilərlər...
Hörmətli professor, çox yaşayın... çox yaşayın ki, insanlıq da yaşasın...
 
Əli ZALOV,
 
kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
Geri qayıt