Əsas Səhifə > Redaktor seçimi / Təəssürat / Sosial / Cəmiyyət > Qədim Karakaş türk şəhərinin indiki adı — Moyuy

Qədim Karakaş türk şəhərinin indiki adı — Moyuy


31-08-2018, 17:28
 

Uyğurustanda   (Çin Xalq Respublikasında) olan qədim Karakaş türk şəhərinin indiki adı Moyuy - Karakaş adının hərfi tərcüməsidir (1, 128).
Qaraqaşlar — qıpçaq türklərindən biri olan noqay etnik qrupuna aiddir. Təsadüfi deyil ki, onlar özlərini “Qara noqay” və ya “Noqay Qaraqaş” adlandırırlar. Bu tayfanın çox yayıldığı ölkələrdən biri olan Tatarıstanda Astarxanin (bu diyarda Qaraqaş adlı çoxlu kənd vardır) Krasnoyar və Xarabalı rayonunun Seitovka, Ak Saray, Kayanlı, Lançak, Xojetay, Belyaçnoe, Yasın-Sokan, Canay, Padşalık, Aral kəndlərində və Astarxanın Kırkile, Svobodnıy qəsəbələrində, İske Kundray, Yana Kundrayda yaşayırlar.
Qıpçaq türklərindən və türkləşmiş moğol qəbiləsi olan Manqıtlar tayfa ittifaqına daxil olan noqaylar adlarını XIII əsrdə bu tayfa ittifaqına rəhbərlik edən Çingiz xanın torunu Noqay xandan almışdı. Xəzər dənizinin şimal və şimal şərqindəki torpaqlar ilə İdil çayından başlayaraq, Kuban nəhrinin şimalına qədər Xəzər dənizi və Azak dənizi arasında uzanan Dəşti-Qıpçaqda yaşayan noqaylar XVI əsrin ortalarında Böyük və Kiçik Orda olaraq iki yerə ayrıldılar. Böyük noqaylar Aşağı İdilin sol yaxası ilə Yayık nəhri arasında, Kiçik noqaylar isə İdilin sağ yaxası ilə Kuban-Azak bölgəsində yaşayırdılar. Qıpçaq türklərinin bir qolu olan noqaylar — noqay, Qara noqay, Ağ noqay olmaq üzrə üç ləhcəyə ayrılırdı.
Karakaş ~ Qaraqaş yaşayış məntəqələri adları Türk aləmində yetərincə yayılmışdır: Uyğurustanda çay,  Tatarıstanda qəsəbə (Yutazin ray.), Azərbaycanda Qaraqaş yaylağı (Laçın r.), Kür Qaraqaşlı (Salyan r.), Xol Qaraqaşlı (Neftçala r.), Çay Qaraqaşlı (Dəvəçi), Qaraqaşlı (Xaçmaz r.), Ağsu və Sabirabad rayonlarında Qaraqaşlı adları yaşamaqdadır. Gədəbəydə Qaraqaşlı dağı var
Bunlarla bərabər, Kırımda indiki adı: Şirokoe, Stavropol ölkəsində;indi Temnolesskaya (Şpakov ray.) Karakaş kəndi olmuşdur. Rusların türk mənşəli soyadları içərisində Karakaş soyadı da vardır.
XV əsrdə Qazı Qumuq şamxallığı beş müstəqil bəyliyin- Qazı Qumuq, Karakaş, Kara budak, Arpalı, Cenqotay) onlardan biri Kara Kaş adlanırdı. Kara kaş adı beləliklə, Çinə yerləşən noqayların qədim tarixinin düzgün anlaşılmasına və bu fikrin təsdiqlənməsinə şərait yaradır. Tarixən tayfa, nəsil adlarından əmələ gələn və müəyyən mənada etnik tarixə müəyyən mənada işıq saçan yaşayış məntəqələrinın adlarının coğrafi adların xüsusi bir qrupu - etnonimlərdən yaranan yer adlanna müvafiq ərazinin etnogenez problemlərinə açar salan bir əlverişli vasitə olaraq baxmaq lazımdır.

Minəxanım TƏklƏli
professor

Geri qayıt