Əsas Səhifə > Redaktor seçimi > DÜNYA BIR PƏNCƏRƏDİR, HƏR GƏLƏN BAXAR GEDƏR...

DÜNYA BIR PƏNCƏRƏDİR, HƏR GƏLƏN BAXAR GEDƏR...


7-02-2024, 20:39

 Anamın vəfatından 29 gün əvvəl, 2023-cü ilin oktyabrın 15-də otuz ildən sonra kəndimizə - Cəbrayıl rayonunun Xələfli kəndinə getmişdim. Gəncliyimdə məcbur tərk etdiyim, doğulub, boya-başa çatdğım torpaqlara illər sonra qaytmağım məndə sözlə ifadə edilməsi mümkün olmayan hislər yaratmışdı. Xaraba qalmış ata ocağımız, “...yeri boş qalan ağızdan düşən diş kimi” uçub dağılmış divarlar sanki, əllərini göyə açıb haray qoparırdılar. 
Kəndimizin bu şəhid evlərinin düşmən əli ilə vurulmuş yaralarından hələ də qan axırdı. Düşmən bu yaraları döyüş meydanında vurmadı, məkrlə, hiylə ilə açıldı bu yaralar. Bu kənd uğrunda, bu torpaq uğrunda neçə oğullar şəhid oldu. Uçub dağıdılmış, viran qalmış kəndə, bu bağlarda, bu dərələrdə, bu təpələrədə bizim uşaqlığımız, atamızın, anamızın min arzulara yol gedən gəncliyi düşmənlərimiz tərəfindən namərdcəsinə əlimizdən alınaraq dəfn olunubdur. 
Çox çətinliklə yol tapıb getdiyimiz, kol-kos basan ata yurdumuzda uçub dağılmış divarlardan əli qabarlı, alnınnan tər axan, illərlə çəkdiyi zəhməti hədər olan atamızın ruhu elə bil bizi salamlayırdı.
Vəhşi qəbilə mənsubları bu torpaqlarda bütün tarixi izlərimizi bu otuz ildə silməyə çalışıblar. Neçə əsrlərlə yaşı olan -  ulu babalarımızın əkib becərdiyi, bizə miras qoyduqları -  qocaman tut, qoz, armud ağaclarını dibindən kəsiblər. Ulu babamızın adını daşıyan Şirvan Bulağı da quruyub,  sular üz döndərib, torpağın altına çəkilib, onların üzünə su da axmayıb.
Şirvan bulağından dolayı gedib, Yal zəmidən aşıb Mirim qozu bulağı deyilən dərəyə getdik. Bulağın ətrafını böyrütkən kolu elə tutmuşdu ki, şəlin arasından görünməyən bulağa yaxın düşmək mümkün deyildi. Bulaqdan bir qədər aşağıda atamın öz əli ilə saldığı bir gözəl bağ var idi. Ora da baş çəkdik. Gördüyümüz bağdan əsər-əlamət belə qalmamışdı. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar məsəli burada öz yerini tutmuşdu. Vaxtı ilə burada olan böyük əncir ağaclarının qocaman kötüyünün üstündə balaca pöhrə çubuqlar qalmışdı. Böyük armud ağacı, fındıq kolları yox olmuşdu. Bağın bir tərəfində olan qızılgül kolları tək-tək qalmışdı. Payızın son ayı olmasına baxmayaraq qızıl güllər çox ətirli gül açmışdır. Qəribədir ki, yerdə, dizə qədər qalxan yaşıl-quru otların arasında bahara xas novruz gülü, qar çiçəyi də çox idi.
Bir gün ərzin də viran qalmış torpaqlarımızı qardaşlarım Əlibala və İsmayıl gəzdik. Xatırələrimizi bölüşdük. Uçub dağılmış evin könə divarları arasında anamın vaxtı ilə işlətdiyi əşyaların bəziləri xarab olsada hələ də qalıqları dururdu. Telefonu çibimdən çıxarıb ordan – xaraba qalmış, uçub dağılmış, talan olmuş, kimsəsiz evimizin yerindən – neççə-neçə toy-bayrama şahid olmuş, qız köçürüb, gəlingətirdiyi həyətimizdən anama zəng elədim. Qəribədir illərlə min bir əziyyət hesabına tikib başa gətirdiyi evin xarabalıqlarına, düşmən əli ilə tari-mar edilmiş, pərən-pərən düşüb puç olmuş arzularının son qalıqlarına baxmaq istəmədi. Bu evin tikilməsinin ilk daşından başalmış, ta son bəzək işlərinə qədər, rənglənib, düzəldilib içərisinə müxtəlif əşiyaların alınıb doldurulmasına qədər anamın sonsuz zəhməti olmuşdu. 
Anam evimizi, həyətimizi çox sevirdi. Anam gəclik illərindən bütün həyatını, baxanda görkəmi insanın qəlbini dağlayan, atamızın görə bilmədiyi, bu dünyadan həsrət getdiyi, daşı daş üstə qalmayan xaraba qalmış bu evə xərcləmişdi. Bu ağır dərd anamın qəlbində bayatıya çevrilib dodaqlarınddan süzüldükcə özümü saxlaya bilmir, böyük dərdin qarşısında elə bil belim əyilirdi. 
 
Mən aşiq qurdlar gəzər,
Yalquza qurdlar gəzər.
Varım talan olubdur
Qapımda qurdlar gəzər.
 
İstəyirdi ki, yaddaşında otuz il bundan əvvəl gördüyü kimi, otaqlar dolu, bəzəkli, uşaqlarıda hamısı bir dam altındakı kimi qalsın. Sonra zəif səslə, kədərli bir bayatı oxudu:
 
Mən aşiqəm, baxdı kəm,
Bağmanı kəm, baxdı kəm.
 Mən fələyə neylədim,
 Fələk mənə baxdı kəm.
 
Daha heç bir suala cavabı yoxdur. Görünür, ölümün müdrikliyi də budur, dünyaya suallarla gəlib, ömür boyu bu sualların cavabları ilə mübarizə aparıb, elə suallarla da bu dünyadan köçürük. Suallara məğlub oluruq… Bu, dəhşətli məğlubiyyətdir. Suallara məğlub olmaq həyatın sonu,  insan ömrünün bitməsi, ölüm deməkdir.
...Anamı dəfn etdiyimiz gün elə bil axşam həmişəkindən daha tez düşdü. Günəş anamın qeyb olunmasını kədərlə seyr edərək qəsəbənin kənarındakı təpələrin arxasında yox oldu. Yəqin bu, işin çoxluğu – el-obanın dəfn adət-ənənələri ilə bağlı idi. Keçən gərgin gün ərzində başımız elə qarışırb ki, necə deyərlər özümüzdən xəbərimiz olmayıb. 
Dəfin mərasimindən sonar, bir neçə saat bundan əvvəl anamızı son mənzilə yola saldığımız həyətə - Əlibala müəllimin evinə toplaşırıq. Mənə elə gəlir həyətdə sakitçilikdir, hamı fikirli, kədərli dayanıb. Əslində belə deyil. Kimsə - dostlar, tanışlar, qohum-əqrəbalar gəlir-gedir. Mən elə gəlir ki, ağır itginin kədərindən şüurum kütləşib, ətrafı dəqiq dərk edə bilmirəm.
Geniş, bağ-bağça ilə örtülü olan həyətdə elə bil havam çatmır, bir qədər həyətdən kənara baxmaq istədim. Qaranlığa bürünmüş binaların pəncərəsindən titrəşən işıqlar, uzaqlardan gələn qarma-qarışıq səslər, incədən-incə əsən yel, göy üzündə şimaldan Xəzərə tərəf asta-asta axıb gedən topa buludların arasından tək-tək görünən balaca parlaq ulduzlar sankı anamdan xatirələr pıçıldayırdı.
Həyətin bir tərəfində qoyulmuş soyuq skamiyada outruram. Qarşımda anamın çox sevdiyi ağ, iri, şirin meyvələri olan böyük tut ağacı var. Tut ağacı o qədər böyükdü ki, bir budağı az qala anamın yaşadığı iki mərtəbəli evin iknci mərtəbəsinin pəncərəsinə çatır. Anama hərdən deyirdim, bir iki il səbr elə ağacın budağı gəlib sənin otağının pəncərəsinə çatanda daha meyvəni budaqdan dərib özün yeyə bilrsən. O da düşüncəli halda:
-Eh, ay bala, Allahın işini ondan başqa heç kəs bilə bilməz. Ya qismət. Verəndə odur, alanda.Verdiyinə də şükür, aldığına da , -deyirdi.
Anam hər il iyun ayının ortalarından sonra mənicağırtdırıb həmin tutun meyvələrindən bir boşqabyığdırardı. Çox yeməzdi, sayla bəlkə iyirmi-otuzədəd ən gözəl görünən meyvələrdən götürər, sonrada, – oğul, əlini daşa atsan altun olsun, – deyərdi.   
Heyy! Tut ağacı, saralmış yarpaqlar sisz gələn ilzamanı gələndə yenə yaşıl dona bürünüb, ağappaqbal kimi şirin meyvələr gətirəcəksiniz. Bir daha anamqayıtmayacaq. Anam bu dünyadan getdi artıq.Bilirsinizmi? Necə üzüldüyümü, onun həsrətini necəçəkdiyimi bilirsinizmi! 
Qəhər məni boğur, göz yaşlarım üzümə yox, içərimə, ürəyimə tərəf axır. Dalğın-dalğın göy üzünəbaxıram. Buludların arasında balaca ulduzlar yenəbayaqkı kimi parıldayır. Elə bu dəm qəlbimdə birdostu görmənin fərəhi baş qaldırır. Kaş mənim dəbeləcə işığı içərimə düşə bilən bir dostum olaydı.Əbədi bu dünyada qalaydı. Özümdən asılı olmadanürəyimdən keçənləri payız gecəsində buludlarınarasında hərdən yox olub, hərdən görünən ulduzadanışıram:
-Ey kainatın əbədi sakini, ey qaranlıqlar göyüzünü qapayanda daha parlaq olan gözəl ulduz, bugün ürəyim ağrı-acı ilə doludur. Hardasa, kimsəmənim tək sənə baxıb bir acı çəkən varmı, görəsən?Yəqin ki, var. Bu dünya böyükdür, insanlarıniçərisində o qədər dərd- səri olanlar var ki...
Anamın məzarının qranit daşları atamınməzarında olduğu kimidir. Bir-birindən heç nə iləfərqlənmir. Üstündə ki, şəkillərdən və yazılardanbaşqa. Qəribədir doğum və ölüm tarixlərindəoxşarlığa baxın:
Atam Zal Əziz oğlu Zalov dünyaya gəlib 10 may 1930 – vəfat edib 7 noyabr 2007.
Anam Firəngiz-Tovuz Rəhim qızı Xudayarovadünyaya gəlib 10 may 1934 – vəfat edib 14 noyabr2023.
Anamın məzarının baş daşının qabaq tərəfindəson illərində çəkilmiş şəkil döyülüb, arxa tərəfindəisə atamla gənclik illərində Zəngəzur dağlarında, daha doğrusu Cermux şəhərində “İsti su” sanatoriyasında çəkdirdikləri şəkil həkk olunubdur. 
Məzar daşında kiçik qardaşımız FarizÇobanoğlunun hamımızın fikirindən keçən şeiriniyazdırdıq.
 
Bir ana abidəsisən, 
Bu dünya səndən aşağı.
Məzarın qeyrət qalası
Tək Allah səndən yuxarı
 
Sən bir ana heykəlisən
Keşiyində sal Qayalar..
O qədər ucasan, ana
Dağlar yeriyə bilsə, 
 
Gəlib səndən ucalıq alar…
Bir tufan qopar, sel olar
Bu cahan bizə dar olar.
Bir vəfa ümmanıydın ,
Bu ümmanın yeri dolmaz.
Deyirdin axı;
Ana kimi yar olmaz!
 
İndi böyük həzrət Əlinin kəlamını bir dahaxatırlayıram: “Ata kimi dövlət, ana kimi nemət, övlad kimi sərvət yoxdu”. Görəsən hamı bu müdrikkəlamda toplanmış mahiyyəti doğrulda bilirmi?
Atam və anam hər halda xoşbəxt adam idilər bir-birini sevirdilər, övladlarından razı idilər, nəvə vənitcələrini gördülər. Onlar yəqin ki, elə özlərinə beləölüm arzulayardılar.
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt