Əsas Səhifə > Redaktor seçimi > ŞÖHRƏTİN, AD-SANININ PROFESSOR ƏLƏMDAR ƏLBƏNDOV ZİRVƏSİ Professor Ələmdar Əlbəndov – 85
ŞÖHRƏTİN, AD-SANININ PROFESSOR ƏLƏMDAR ƏLBƏNDOV ZİRVƏSİ Professor Ələmdar Əlbəndov – 8510-01-2025, 22:54 |
Professor Ələmdar Əlbəndov ömrünün 85-ci ilinin zirvəsindən elmimizə, təhsilimizə işıq saçangünəş, nur yağdıran fədakar ağsaqqal... Zaman sevdiklərini öz kürəsində bişirərək, düşünən, danışan fikir yükünə malik, bütün ölçü-biçiləri, əzabları, sərtlikləri, fərəhləri ilə öz cizgilərində görünə bilən insanın heykəlini yaradır, həm də zamanında... Professor Ələmdar Əlbəndov əqidəsinin bütövlüyü, ehtibarı, sədaqəti, yurd yerlərinə bağlılığı, elmi və dünyagörüşü ilə zamanın möhtəşəm əsəridir... vaxtında yaradılmış əsəri... həm də keçmişdən gələcəyə yol alıb gedən, nəsillərin yaddaşında uzun illər qalacaq şah əsəri. Professor Ələmdar Əlbəndov şöhrətinin, ad sanının elə bir ucalığındadır ki, bir çoxları o ucalığa baxanda papaqları başında durmaz, boynunun arxasından sürşüb yerı düşər. Dağların yaranması yerin daxilində gedən mürəkkəb tektonik prosesin nəticəsidir. Min kilometrlərlə dərinlikdə bişən qaynar lava yerin müəyyən hissəsini elə silkələyir ki, ya böyük çuxurlar, ya da başı göylərə dirənən qarlı dağlar yaranır... Sizin bu illər ərzində cəmiyyətə verdiyiniz fayda dağlar əmələ gətirən qaynar vulkan gücünün yarada biləcəyi enerjinin işi ilə ölçülə bilər. Böyük müəllim və müdrik ağsaqqal professor Ələmdar Əlbəndov cəmiyyətin mənəvi mühitinə təsirinə görə də təqdir olunur, etiraf edilir... Yetişdirdiyi mütəxəssislər, onun parlaq düşüncə məhsulu kimi ərsəyə gələn dərs dediyi tələbələrinin ölkəmizin inkişafında göstərdikləri parlaq fəaliyyət sübut edir ki, Ələmdar müəllim xalqımızın yetirdiyi böyük şəxsiyyətdir... Hörmətli Ələmdar müəllim... Sizin 85 yaşınız tamam oldu... Bu illərin ən azı 75 ilini öyrənməyə, öyrətməyə və xalqa xidmət etməyə sərf etmisiniz... Uzun illərin tədqiqat zəhmətlərinə dözmək, ağır, çətin həyat sərtliklərinə davam gətirmək kimsəyə asan gəlməsin... Bu yaş ömrün kamillik mərhələsi adlanır... Sizin yüksək elmi ilhamla yazılmış müxtəlif səpgili əsərlərinizdə bu kamillik özünü göstərir. Hörmətli profesor, bizi bir-birimizə doğmalaşdıran, bağlayan çox səbəblərdən biri eyni məktəbi keçməyimizdir... Siz ziyalı ləyaqəti, inadlı tədqiqatçı iradənizlə bu yolu keçdiniz. Kimya, daha doğrusu analitik kimya tariximizin sistemli tədqiqatçısı kimi tarixin yaddaşına yazıldınız... Əsərlərinizə şöhrəti dünyanı tutan elmi məktəblərin nümayəndələri istinad edir. Nəşr olunan əsərləriniz göstərir ki, siz bu gün yaradıcı ziyalıların ön cərgəsindəsiniz... Ələmdar müəllim, sizin fəliyyətinizin iki böyük təməl daşı – doğma Azərbaycana və ana dilinin bütün incəliklərinə bələdlilikdir... Bu iki təməl üzərində hər gün yorulmadan, usanmadan zirvəsinə çoxlarının əli çatmadığı, amma hamının görə bildiyi başı qarlı dağlar timsalı... ömür kitabını yazırsınız. Sizin dilinizin əlvanlığı, şirinliyi, oynaqlığı, poetik müşahidələrin dərinliyi və itiliyi, bəzən gümrah, bəzən ağrılı-acılı düşüncələrin, bəzən fərəhli, bəzən küskün hisslərin vədətindən yaranmış bu kitabın mayası vətən eşqi, vətəndaşlıq amalıdır... İctimai həyatda fəal mövqeyinizlə... öz təvazökarlığınız, ədəb ərkanınızla hörmət və nüfuz sahibi oldunuz... Pedaqoji fəliyyətiniz, elmi yaradıcılığınız çox dəyərlidir... Azərbaycan Təhsil Sistemində - ali məktəb auditoriyalarında professor kimi fəaliyətinizdə çox önəmlidir. Əziz Ələmdar müəllim, Siz müəllimsiniz çox mənada... həm də cəfakeş pedaqoji fəaliyyət sahibisiniz... Sizin müəllifi olduğunuz kitablar sizin adınızı tarixdə yaşadacaqdır. Bu kitablar çox qiymətli əsərlərdir. Alim doğrudan da mayasına, sümüyünə, iliyinə qədər alimdirsə, onun müxtəlif illərdə - 40 yaşında, 50 yaşında, 70 yaşında yazdığı əsərlər arasında fərq olacaq, böyük, çox böyük fərq olacaq. Amma bu fərq qocaman bir palıdın yarpaqları ilə, həmin ağacın çox əsrlər bundan qabaqkı pöhrə vaxtının yarpaqları arasındakı fərq kimidir. Ağac həmin ağacdır, fəqət yaşı, görkəmi başqadır. İlləri bir-birinin üstünə qalamış alim həmin alimdir... Əsərlərinin alın qırışları çoxalıb, yazılarının saçları bəyazlaşıb, misralarının müdrükliyi zamanın ağır dəyirmanını altında artıb, çoxalıb, ancaq alimin sifəti həmin sifətdir. Haqq insanının bir üzü olur, bu üz dəyişir, amma başqalaşmır. Hər kəs inanır ki, halal adamların haqqı bir gün güzgü kimi üzünə tutulur... Açdığın insanlıq yolu ilə övladlarınız inamla, sizinlə fəxr edərək gedə bilərlər... Hörmətli professor 85 yaşınız mübarək... Çox yaşayın... çox yaşayın ki, insanlıq da yaşasın... Əli ZALOV, Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |