Əsas Səhifə > Redaktor seçimi > 1912-ci ildə kimya sahəsində Nobel mükafatçısı…
1912-ci ildə kimya sahəsində Nobel mükafatçısı…Dünən, 14:53 |
…FRANSUA OQYUST VİKTOR QRİNYAR (1871-1935) Viktor Qrinyar Fransanın Şerburq şəhərində anadan olmuşdur (1871-ci ilin mayın 6-da). O, Lion Universitetini bitirdikdən (1892) sonra həmin universitetin kimya fakultəsində assistent kimi fəliyyətə başlayır (1894). Tezliklə Qrinyar fiziki elmlər üzrə magistr dərəcəsi alır (1898) və Lion Universitetinin fakultə rəhbəri Filipp Antuan Barbenin yanında böyük təcrübəçi olur. Barbe üzvi radikalın bir molekuldan digərinə keçirilməsi üçün metal istifadə edilməsi üsulunu tədqiq edirdi. Metalın bir və ya daha çox radikala birləşməsi nəticəsində alınan birləşmələr metal üzvi birləşmələr adlandırıldı. O dövrdə səmərəli ötürücü agent kimi yalnız bir tip metal üzvi birləşmələr - sink üzvi birləşmələri məlum idi. Lakin bu prosess çox uzun və alınan nəticələr qeyri stabil idi, yəni təkrarlandıqda eyni nəticələr alınmırdı. Barbe bu məsələyə başqa tərəfdən yanaşaraq həll etməyə çalışdı. Amma alimlərin etdiyi kimi maqnezium üzvi birləşmələr almaq əvəzinə o, sadəcə iki üzvi birləşməni götürərək maqnezium iştirak ilə reaksiyanı apardı və bu halda reaksiya daha yaxşı getdi. Bununla belə, bu nəticələr də biri-birilə düz gəlmirdi. Barbe bu problemin həllini Qrinyara dissertasiya mövzusu kimi vermişdir. Qrinyar məlum idi ki, ingilis kimyaçıları Edvard Frenkland və Ceyms Uonklin üzvi birləşmələri susuz efir mühitində metal ilə birlikdə qızdıraraq sinküzvi birləşmələr almışdılar. Maqnezium sinkə nəzərən daha asan reaksiyaya girdiyini bilərək Qrinyar ehtimal etdi ki, belə reaksiyalara maqnezium daha aktiv girə bilər. Bu ehtimal sübut olundu və Qrinyar bu üsulu müxtəlif metal üzvi birləşmələr almaq üçün istifadə etdi və bu birləşmələrin bəziləri paktikada ilk dəfə idi ki, alınırdı.Qrinyara çap edilmiş tədqiqatlarının nəticələrinə (1900) görə doktorluq dərəcəsi verilir (1901). Qrinyar reaksiyası adlanan bu elmi işlər onun karyerasının zirvəsi olub, üzvi kimyada çox saylı eksperimentlərdə indi də istifadə olunur. Onun adı ilə adlanan reaksiyadan istifadə edərək digər tədqiqatçılar geniş spektrdə üzvi birləşmələri sintez edə bildilər. Qrinyar Bezanson Universitetində kimya kursu üzrə lektor olur (1905) və sonraki il Liona qayıdaraq Barbenin elmi köməkçisi təyin edilir və bir neçə ildən sonar o, adyunkt-professor adını alır (1908). Bir ildən sonra Qrinyar Nan Universitetinə keçir və üzvi kimya üzrə professor olur (1910).Viktor Qrinyar “Son illərdə üzvi kimyanın inkişafına köməketmiş Qrinyar reaksiyası adlanan reaksiyanın kəşfinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1912). O, bumükafatı Fransız kimyaçısı Pol Sabate ilə bölmüşdür. Lionda maqnezium üzvi birləşmələrlə yanaşı Qrinyaraldehidlərin və ketonların kondensasiyası, karbohidrogenlərinkrekinqi, aşağı təzyiqlərdə katalitik hidrogenləşməsi vədehidrogenləşməsi kimi geniş əhatəli problemləri də tədqiqetmişdir. Qrinyar ağır xəstəlikdən sonra Lionda vəfat etmişdir (1935-ci ilin dekabrın 13-də). Əli ZALOV, Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının Geri qayıt |