Əsas Səhifə > Redaktor seçimi > 1946-cı ildə kimya üzrə Nobel mükafatçısı - CON HOUARD NORTROP (1891-1987)

1946-cı ildə kimya üzrə Nobel mükafatçısı - CON HOUARD NORTROP (1891-1987)


Bu gün, 11:46

 
Amerika biokimyaçısı Con Houard Nortrop  Nyu-York ştatında Yonkersdə Kolumbiya Universitetinin müəllim  zooloqu ailəsində anadan olmuşdur (1891-ci ilin iyulun 5-də). Onun anası alisa nortrop Hanter kollecində botanika müəllimi işləyirdi. Con atası Houard Nortropu görməmişdir. Beləki, onun doğulmasına iki həftə qalmış atası laboratoriyada təcrübə aparan zaman partlayış nəticəsində həlak olmuşdur. Con Kolumbiya universitetini bitirmiş (1912) və həmin universitetdə işləmişdir (1912-1915). Sonra Nyu-Yorkda Rokfeller tibbi tədqiqatlar institutunda işləmiş (1915-ci ildən, 1962-ci ildən fəxri professor), eyni vaxtda Berklidə Kaliforniya universitetində professor kimi fəaliyyət göstərmişdir (1949-1959). 
Con Houard Nortrop Luiza Uokerlə adlı qız ilə evlənmişdir(1917). Onların iki övladı olmuşdur. Onun oğlu Con okeanoqraf olmuşdur. Qızı Elis isə Nobel mükafatı laureatı Frederik Robbinslə evlənmişdir. 
Onun elmi işləri fermentativ reaksiyaların kinetikası, mexanizminin və fermentlərin xassələrini öyrənilməsinə həsr olunmuşdur. İlk dəfə olaraq fermentlərdən pepsini (1930), tripsini və digərlərini təmiz kristallik şəkildə (1932), həmçinin viruslardan birini və difteriya antitoksini ayırmışdır (1941). O, C.B. Samner ilə yanaşı fermentlərin  zülal təbiətini sübut etmişlər (1937).
İkinci Dünya Müharibəsi zamanı o, ABŞ ordusu üçün fermentasiya yolu ilə aseton və etanol istehsalına dair tədqiqatlar aparmışdır. Sonradan bu iş fermentlərin öyrənilməsinə səbəb olmuşdur.
Con Houard Nortrop “fermentlərin və virus zülallarını təmiz halda aldığına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1946). Bu mükafatın yarısı Samnerə "fermentlərin kristallaşma qabiliyyətinin kəşfinə görə" digər yarısı isə Con Norropun və Rokfeller İnstitutunda işləyən W. M. Stanley arasında (“fermentləri və virus zülallarını təmiz formada əldə etmək üçün”) bölünmüşdür.
Nortrop çoxlu sayda təltiflərə  - Kolumbiya universitetinin Çarlz Frederik medalına və ABŞ hökümətinin fəxri diplomuna layiq görülmüşdür. O, Amerika fəlsəfə cəmiyyətinin və Amerika elmlər  və incəsənət akademiyasının (1934) üzvü olmuşdur.
Con Houard Nortrop  Arizona ştatında Ukenberq şəhərində 95 yaşında intihar etmişdir (1987-ci ilin mayın 27-də).
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt