Əsas Səhifə > Redaktor seçimi > 1946-cı ildə kimya üzrə Nobel mükafatçısı – UENDELL MEREDİT STENLİ (1904-1971)

1946-cı ildə kimya üzrə Nobel mükafatçısı – UENDELL MEREDİT STENLİ (1904-1971)


Dünən, 15:15

 
Uendel Meredit Stenli Amerika virusoloqu və biokimyaçısı olub, İndiana ştatında Rievill şəhərində yerli qəzet nəşr edən Ceyms Stenli və Kler Plessingerin nisbətən varlı ailəsində anadan olmuşdur (1904-cü ilin avqustun 16-da). Stenlinin akademik və elmi karyerası amerikalı alim üçün olduqca standart şəkildə inkişaf etmişdir: məktəb, kollec, universitet (İllinoys), Avropada təcrübə keçmək. Düzdür, o, demək olar ki, peşəkar futbolçu olmuşdur. Tələbə ikən Stenli futbol komandasının kapitanı idi və məşqçiliyə keçməyi düşünürdü, lakin həyat fərqli bir yol tutdu və Uendel tamamilə kimya sahəsinə bağlandı.O, İndiana ştatında Riçmond şəhərində Erlem kollecini bitirmişdir (1926). İllion  (1929) və Münhen universitetlərində çalışmışdır (1930). Avropada Stenli “müasir biokimyanın atası” hesab edilən Heinrix Vielandin yanında işləmişdir. ABŞ-a qayıtdıqdan sonra Nyu-Yorkda Rokfeller tibbi tədqiqatlar institutunda (1931) və Pristondakı Rokfeller institutunda fəaliyyət göstərmişdir (1932). Berklidə Koliforniya universitetinin professor olmuşdur (1948-ci ildən). 
Rokfeller İnstitutunda gələcək Nobel mükafatçısı tütün bitkilərini yoluxduran və ABŞ iqtisadiyyatına böyük ziyan vuran virusların tədqiqi ilə məşğul olmuşdur. Onun tədqiqat obyekti xüsusilə tütün mozaika virusu idi.
Onun əsas işləri virusların kimyəvi tərkibinə, onların biokimyasına, reproduksiyasına, mutasiyasına, xərçəng probleminə həsr olunmuşdur. İlk dəfə olaraq tütün mozaikası virusunu (Tobacco mosaic virus) təmizləmiş və kristallik şəkildə almışdır (1935). Çoxlu mikroblar kəşf edən və quduzluğa qarşı peyvənd hazırlayan böyük Paster onlara heç vaxt mikroskop altında baxmamışdır. Lakin o, quduzluğun yoluxucu nəzəriyyəsindən əl çəkmədi, sadəcə olaraq belə qərara gəldi ki, bu halda patogen mikroskop altında görünməyəcək qədər kiçikdir. Və o haqlı idi!
Onun həmkarı Charles Chamberlain alaq otlarından bütün bakteriyaları təmizləyən kiçik məsaməli süzgəc yarada bildi (1884). Dmitri İvanovski bitki xəstəliklərini - tütün mozaikasını öyrənməyə başlayanda bu filtrdən istifadə etmişdir. Bir neçə ildən sonra İvanovski göstərdi ki, hətta Çemberlen filtrindən keçən xəstə tütünün ovuşdurulmuş yarpaqları hələ də sağlam bitkiləri yoluxdurur(1892).
İvanovskinin özü infeksiyanın bakterial toksin olduğuna qərar verdi. Toksin zəhər deməkdir. Latın dilində zəhər isə virus adalnır.
İvanovski optik mikroskop altında bəzi “kristalları” (İvanovskinin kristallarını) görmüşdür. Ancaq Martin Beijerinin virusu tapması üçün daha altı il vaxt lazım idi. Beləliklə, Stenli də tədqiqatı üçün tütün mozaika virusunu seçdi və onu dərhal həmkarı, Nobel mükafatı laureatı (1946) Con Norropun təcrid etdiyi tripsin və pepsin fermentləri ilə qarşılıqlı təsirə məruz qoydu. Sonra Stenli onu digər reagentlərlə də yoxladı (o, yüzdən çox maddəni sınaqdan keçirmişdir). Nəticə də bu da onu virusların zülallardan ibarət olduğu qənaətinə gətirdi. Amma Northrop artıq zülalları kristallaşdırmışdır.
Stenli öz tədqiqatları ilə möcüzə göstərirdi: virusu kristallaşdı, həll edildi, süzüldü, yenidən kristallaşdı və sonra yenə də bitkiləri yoluxdurmaq və onlarda çoxalma qabiliyyətini saxladı (1935). Stenli viruslardakı bütün genetik məlumatların zülallarda saxlandığına və virusların zülal örtüyünün dəyişdirilməsi ilə dəyişdirilə biləcəyinə inanırdı, amma kim heç vaxt yanılmayıb? Onun genetik məlumatın nuklein turşusunda (bu halda RNT) necə kodlaşdırıla biləcəyini başa düşməsi üçün qarşıda hələ uzun bir yol var idi.
Stenlinin özü də tütün mozaika virusu ilə uğur qazandıqdan sonra, xüsusən də Nobel Mükafatından sonra nəhayət özünü viruslara bağladı. Məhz o, dünyanın bir çox virusoloqlarına təsir etmişdir.  Stenli kəşfi əslində müasir molekulyar genetika və virusologiyanın başlanğıcını qoymuş və keçmiş fizik Maks Delbruka Nobel mükafatı verilməsinə səbəb olmuşdur. Görünür, bu, Stenlinin elmə verdiyi töhfədən, virusların özünün kristallaşmasının kəşfindən heç də az deyildir.
Bununla da təmiz virus preparatların alınmasına və öyrənilməsinə yol açmışdır. İlk dəfə bu virusun electron foto şəkilini çəkmişdir. Poliomielit virusunu kəşf etmişdir (1955). Müxtəlif medal və mükafatlara layiq görülmüşdür. Elm və texnikadakı nailiyyətlərinə görə Con Skott medalı (1938), Silliman mühazirələrinə görə mükafat (1945) – (bunun üçün laureat bir sıra mühazirə oxuyur, sonra onlar Yel universitetində toplu kimi çap olunur. Bir sıra məhşur alimlər bu mühazirələri oxumaqdan imtina etmişlər. Məsələn, Emil Fişer, Albert Eynşteyn və s.), Hibbs mükafatı (1947), Franklin medal (1948) və Quqqenhaym mükafatı (1960).
Uendel Meredit Stenli “virusların kimyəvi tərkibinə, onların biokimyasına, reproduksiyasına, mutasiyasına, xərçəng probleminə həsr olunmuş işlərinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1946). Bu mükafatın yarısı Samnerə “fermentlərin kristallaşma qabiliyyətinin kəşfinə görə”, digər yarısı isə Con Norropun və Rokfeller İnstitutunda işləyən W. M. Stanley arasında bölünmüşdür.
Uendel Meredit Stenli İspanyada Salamanka şəhərində 67 yaşında vəfat etmişdir (1971-ci il iyunun 15-də)
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt