Əsas Səhifə > Redaktor seçimi > 1957-ci ildə kimya üzrə Nobel mükafatçısı – ALEKSANDER ROBERTUS TODD (1907-1997)
1957-ci ildə kimya üzrə Nobel mükafatçısı – ALEKSANDER ROBERTUS TODD (1907-1997)Dünən, 10:38 |
İngilis üzvi kimyaçısı və biokimyaçısı Aleksandr Robert Todd Şotlandiyada Qlazqo şəhərində iş adamı Alekandr Todd və Jean (Laury) Toddun ailəsində anadan ![]() Aleksandr Robert Todd Nobel mükafatı laureatı (1936) Henri Hallet Deylin (Henri Hallett Deyl (1875-1968) ingilis fizioloqu, 1936-cı ildə fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı. 1928-1942-ci illərdə Milli Tibbi Tədqiqatlar İnstitutunun direktoru işləmişdir) qızı Elison Sara Deyl (1906-1987) ilə evlənmişdir (1937). Bu izdivacdan onun bir oğlu və iki qızı dünyaya gəlmişdir. Əsas elmi işləri nukleotidlərin kimyasına, nukleotid koenzimlərə və nuklein turşularına aiddir. Robert Todd laboratoriyada antosiyanları (bitkilərin qırmızı, mavi və bənövşəyi rənglərinə səbəb olan təbii piqmentlər), xüsusilə qızılgül və ətirşah çiçəklərinin piqmentlərini öyrənmişdir. O zaman xlorofil və antosiyanların kimyəvi quruluşu və tərkibi elm adamları arasında böyük maraq doğururdu. Onları Riçard Vilçteter və başqa alimlər tədqiq etmişlər. Todd çiçək piqmentlərinin sintezi üzrə işinə görə Oksford Universitetində doktorluq dərəcəsi almışdır (1933). Elmi rəhbəri Robert Robinson ona öyrətmişdir ki, üzvi birləşmələrin sintezi və analizi onların təkcə kimyəvi quruluşun təhlili üçün əlavə üsul deyil, həm də strukturun maddənin bioloji funksiyası ilə əlaqələndirilməsi üçün vacibdir. Aleksandr Robert Todd Şotlandiyaya qayıdaraq (1933) Edinburq Universitetində dərman kimyası kafedrasında assistent kimi işləməyə başladı. Burada Corc Bargerlə əməkdaşlıq edərək insan qidasının əsas komponenti olan B1 vitamininin (tiamin) kimyəvi quruluşunu araşdırmışdır. Tiamin çatışmazlığı avitaminoz kimi tanınır və sinir hüceyrəsi pozğunluğuna səbəb ola bilir. Fermentlər orqanizmdə tiamin karbohidrogenlərin oksidləşməsini təmin edən koenzim (həzm və fermentasiya üçün lazım olan fermentin bir hissəsi) kimi çıxış edir. Bargerin laboratoriyasında Aleksander Robert Todd tiamini kristal halında sintez etdi və tezliklə bu texnologiya Britaniyanın əczaçılıq sənayesində B1 vitamininin geniş miqyaslı istehsalı üçün istifadə olunmağa başladı. Artıq bir neçə il sonra (1939) Todd Londonda Lister Profilaktik Tibb İnstitutunda biokimyadan mühazirə oxumağa başladı. Vitaminlərin öyrənilməsini davam etdirərək, o, E vitamini (tokoferol) və vitamin B12 (siyanokobalamin) üzərində dayandı. Tokoferol bioloji membranları, xüsusən də poli doymamış yağ turşularını sabitləşdirməyə meylli olan antioksidant və yağları həll edən vitamindir. Vitamin B12 orqanizmdə qırmızı qan hüceyrələrinin normal yetişməsi üçün vacib komponentdir. B12 vitamini çatışmazlığı bədxassəli anemiyaya səbəb olur. Lister Profilaktik Tibb İnstitutunda işləyən Todd vitamin B12-nin kimyəvi quruluşunu müəyyən etmişdir. O, həmçinin Cannabis sativa (marixuananın) müalicəvi xüsusiyyətlərini öyrənmişdir. Todd Mançester Universitetində kimya professoru və kimya laboratoriyalarının müdiri vəzifəsini tutmuşdur (1938). Eyni zamanda o, Kaliforniya Texnologiya İnstitutunun professoru idi, oraya mühazirə oxumağa və məsləhətlər verməyə gəlirdi. Mançesterdə Todd E vitamini və Cannabis sativa ilə bağlı araşdırmasını tamamladı. Dörd ildən sonra (1942) London Kral Cəmiyyətinin üzvü seçildi, iki ildən sonra isə Kembric Universitetində üzvi kimya professoru və üzvi kimya kafedrasının müdiri olmuşdur. O, həmçinin Krist Kollec Universitetinin üzvü idi. Aleksander Robert Toddun əlində universitetin kimya laboratoriyasının təşkili və inkişafı üzərində nəzarət tamamilə cəmlənmişdi. Elə onun arzusu da bu idi: məsuliyyət və güc bir-birini tamamlayırdı. Güc olmadan məsuliyyət faydasızdır. O, ribozanın furan formasını və qlikozid mərkəzinin β-konfiqurasiyasını müəyyən etmiş (1939-1941), ribonukleozidlərin hamısını, dezoksiuridini (1941-1944), nukleotidadenil turşusunu (1947) sintez etmiş, onun fosforilləşməsini həyata keçirmiş, adenozindi və adenozintrifosfatlar almışdır. Aleksander Todd həmkarı X.Q. Koran ilə birlikdə ditsikloheksil-karbodiimidi pirofosfatların sintezində istifadə etmişdir. O, ingilis kimyaçısı D. M. Braun ilə birlikdə ribonuklein turşularının əsas sxemini təklif etmiş (1953), tsiklofosfatların quruluşunu müəyyən etmiş və nukleotidlər arası əlaqəyə malik dinukleotidin sintezini həyata keçirmişdir (1955). Aleksander Robert Todd ABŞ Milli Elmlər Akademiyasının (1955), SSRİ Elmlər Akademiyasının (1982) xarici üzvü seçilmiş və “Nukleozidlər üzrə işlərinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1957). Bundan əlavə o, bir çox mükafat və medallarada layiq görülmüşdür. Belə ki, Devi medalı (1949), Beyker (1954) və Silliman (1963) mühazirələri mükafatı, Kral medalı (1955), Robert Robinson mükafatı (1966), Kopli medalı (1970), SSRİ Elmlər Akademiyasının Lomonosov adına böyük qızıl medalına (1978) layiq görülmüş, baron titulu (1962) almışdır. O, vəfatından bir neçə il qabaq Beynəlxalq “İnsanlığa xəbərdarlıq” aktını imzalamışdır (1992). Baron Aleksandr Robert Todd 89 yaşında İngiltərədə Kembric şəhərində vəfat etmişdir (10 yanvar 1997-ci ildə). Əli Zalov Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının Geri qayıt |