Əsas Səhifə > Redaktor seçimi > Xəyanətlə dostluq üz-üzə: Behbud xan Cavanşir

Xəyanətlə dostluq üz-üzə: Behbud xan Cavanşir


19-09-2018, 16:15
 
    “...Azərbaycanın Daxiliyyə naziri Behbud xan Cavanşirin də adının ermənilərin qara siyahısında olduğu xəbərini almışdıq. O arada Behbud xan zövcəsi və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəldi. Özü vəziyyəti bilirdi, bizim Şahzadəbaşındakı evimizdə beş-altı gün gizli yaşadı. Ancaq rus olan xanımı bu məhbəs həyatına dözməyəcəyini söylədiyindən evlmizi tərk edlb, Perapalas hotelinə yerləşdilər. Ertəsi gün səhər tezdən anama (Sitarə xanım Vəzirovaya –M.T.) Behbud xanın axşam Perapalasa gələrkən bir erməni tərəfindən vurulduğu xəbəri gəldl. Anam dərhal Perapalasa getdi. Behbud xanın zövcəsi ilə qardaşlarını bizə gətirdi və məhkəmədə işi aparmaq üçün vəkil Heydər Rifət bəylə görüşdü. Heydər Rifət bəy onun təklifini məmnuniyyətlə qəbul etdi", – deyə həmin illərin canlı sahidi Əhməd bəy Ağaoğlunun qızı, İstanbul unlversitetinin hüquq fakültəsinin tələbəsi gənc Sürəyya xatırlayır.
Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirl Behbud xan Cavanşir Qarabağ xanları nəslindən idi. Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində anadan olmuşdu. Tiflisdə Realnı məktəbdə oxumuşdu. Onun Stepan Şaumyanla llk tanışlığı və sonrakı dostluq münasibətləri elə həmin illərdən - bu məktəbdən başlamışdı.
Gənc Stepan Tiflisdə artıq bir erməni millətçisi  kimi yetişməkdə idi. 17 yaşlı bu erməni gənci Tiflisdə Daşnak partiyasının qol-budaqları olan erməni millətçi təşkilatlarına  böyük aludəçilik göstərir, bu zaman qədim "Erməni dövləti və onun tarixi ibrət dərsləri" adlı ilk referatını yazırdı.
Bu mühitdə onun ilk mənəvi atası, müəllimi  məşhur daşnak Zavaryan idi. Bu zaman daşnakların: “Qardaşlarımızı Türkiyə zülmündən azad edək, Böyük Ermənistan yaradaq!” şüarı Tiflisdə də yaman hay-küy qoparırdı.
Partlayacaq qumbara xofu kimi gərgin şəraitdə və bu qumbaranın ipini barmağına dolamış, yaşına görə yetkin bir millətçi gənc olan Şaumyanla türk oğlu əsilzadə Behbud xanın dostluğu çox müəmmalı görünməli idi.
Behbud xan sonralar Almaniyada Mədən Akademiyasında təhsil alarkən Stepan Şaumyan da bu zaman Berlin universitetinin fəlsəfə fakültəsinin dövlət hüququ bölməsində oxuyurdu və bünövrəsi Tiflisdə qoyulan dostluq bağları daha da möhkəmlənir.
Almaniyadan sonra İngiltərədə də təhsilini, biliyini artıran Behbud xan Bakıya bacarıqlı bir neft mühəndisi kimi dönərək burada iri neft müəssisələrinin müdiri işləməyə başlayır və çox keçmir Bakıda görkəmli simalardan birinə çevrilir. Qaynar ictimai mühitə daxil olan gənc xanzadə Müsəlman xeyriyyə cəmiyyətinin rəhbərlərindən biri, eyni zamanda. erməni terroruna qarşı yaradılan  “Difai” təşkilatının Mərkəzi Komitəsinin üzvü seçilir.
Behbud xan Vətənin çox ağır illərində — 1918-ci ildə Azərbaycan Milli Demokratik hökumətində Daxili İşlər Naziri vəzifəsində işləmişdir. 1920-ci ilin aprelində Azərbaycanda bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra isə neft sahəsində bacarıqlı bir mütəxəssis olduğu üçün işə cəlb olunmuşdu.
Lakin bolşevik istilasının ilk günlərindəcə baş verən “Gəncə qiyamı”na qədər də  Baki neft mədənlərində tüğyan edən yanğın kütləvi həbslərə yaxşı bəhanə idi. Nərimanovun köməyi ilə Behbud xan Cavanşir Almaniyaya müasir neft avadanlığı almaq üçün ezam olunur. Lakin adı erməni intiqam dəftərində idi. O sonuncu qurbanlardan olmalı idi. Azərbaycan hökumətinin demək olar ki, bütün üzvləri güllələnib bitmişdi,
Almaniyaya getməli olan Behbud xan İstanbulda dayanır, burada 1921-ci ilin iyulun 19-da erməni terrorçuları tərəfindən qətlə yetirilir,
Xatirələrə dönək: "Heydər bəylə o zaman ingilis ordusunun komandanlığının qərargahı yerləşən "Kroker" hotelinə getdik. Hotelin zirzəmisində saxlanılan qatil yuxarı çıxarılanda mən təəccübləndlm: Üfürsən yıxılan, tir-tir titrəyən bu qorxaq dağ kimi Behbud xanı necə vurmuşdu, – deyə Sürəyya xanım məhkəmənin də heyrətamiz şəkildə çox mürəkkəb şəraitdə keçdiyini göstərərək yäzırdı: “Heç yadımdan çıxmaz, bir rus şahid azəri türklərinin erməniləri öldürdüklərini, Behbud xanın da Daxili İşlər Naziri olduğuna görə bu qırğınlarda ayrıca məsuliyyət daşıdığını söyləyirdi”.
Təbii ki, belə məhkəmə qatilə bəraət verir; terrorçu elə məhkəmə zalındaca azad olunur və cani Misak Tarlakyan öz erməni vəkili ilə o gecə İstanbul erməniləri tərəfindən Amerikaya qaçırılır. Beləcə də Tiflisdə Həsən bəy Ağazadəni, Fətəli xan Xoyskini öldürən, Xəlil bəy Xasməhəmmədovu yaralayan terrorçu həbs olunsa da azadlığa buraxıldı. Öz işinin ustası vəkil Xosrovyan  terrorçu Tarlakyanın intiqamını ermənilərin göz yaşlarıyla əlaqələndirdi; onu bir əliqanlı terrorçudan məsum bir fələkzədəyə çevirə bildi.
Tiflis Realnı məktəbindən başlanan dostluğa Behbud xan axıra qədər sadiq qalmışdı. 1918-ci ilin tufanlı Bakısında adı tez-tez hallanan İngilis konsulu Ronald Mak-Donell (əslində 1905-ci ildən Bakıda nüfuzlu ingilis flrmalarının birinin müdiri) özünün xatirələrində Şaumyanı “mənim dostum” adlandırırsa da yerli hadisələrin mərkəzində rastlaşdığı adamlar sırasında Şaumyana yaxın adam kimi də məhz Behbud xandan (“injener Cavanşir”) deyə bəhs edir. Əslində bu dostluq Behbud xanın Şaumyana göstərdiyi təmənnasız qayğı və fədakarlığından ibarət idi. Bir neçə dəfə o, Şaumyana kömək etmiş, hətta ağır ittihamla çar həbsxanasında yatan Şaumyanı oradan qurtara bilmişdi.
Bunu Şaumyanın məşhur bioqrafı Dubinski-Muxadze də etiraf etməli olur, lakin bu dostluğun sədaqətini puça çıxaran erməni xəyanətini sonda pərdələmək üçün günahı rus ağqvardiyaçı zabitlərinin üstünə yıxır. Guya Behbud xani İstanbulda Sovet Rusiyasından qaçıb şəhərdə toplaşan çar zabitləri öldürmuşdülər (?)
Bir az əvvələ qayıdaq: 1908-ci ildə Bakıda yaratdığı iğtişaşa görə işsiz qalan Şaumyan neft sahibkarları arasında böyük hörmətə və nüfuza malik olan Cavanşirin səyləri nəticəsində Şibayevin firmasına neft kəməri müdiri vəzifəsinə böyük maaşla işə düzəlir. Bundan sonra da 1909-cu ilin mayında dövlət əleyhinə təxribatçılıq işində təqsirli bilinən Şaumyanı Bayıl həbsxanasına salmaq istədikdə Behbud xan qanun keşikçilərini pulla ələ almaqla (700 qızıl pula) onu həbs cəzasından azad edir.
20 gündən sonra həbsdən azad olunan Şäumyan tutduğu  müdir vəzifəsində də qalır, şirkətin mənzilində də yaşamaqda davam edir. 1911-cl ildə isə bolşeviklerin gizli iclasında həbs olunan Şaumyanın üstündə “inqilabçı” Kamonun tarixlərə düşən məşhur bank oğurluğunda əli olduğu ittihamı ola-ola həbsinin yüngül cəza ilə – Astarxana sürgünlə tezliklə əvəzlənməsi vəfalı Behbud xanın əməyi nəticəsində baş verir. Şaumyanın oğlu Suren xatıriayır: “Romanovlar sülaləsinin 300 illik bayramı münaslbətilə elan olunmuş əfvi - ümumiyə düşməkdən ötrü təlaş keçirirdik. Bu zaman Bakıda Behbud Cavanşir öz təşəbbüsü ilə işi qorodonaçalnikin və canişinin qarşısında “tərpətməyə”  başlayır. Yeni il ərəfəsində xəbər gəlir – sürgün qurtarmışdır”.
Bundan sonra Stepan Şaumyan erməni xalqının nicatı üçün daha riskli fəaliyyətə başlayır. İndi daha ağır ittihamlarla həbs olunan Stepan Şaumyanın vəkilləri – Behbud xanın tutduğu Bakının ən nüfuzlu hüquq  müdafiəçiləri onun səxavətlə açdığı pul kisəsinin gücünə bu işin əsil sahibi kimi Behbud xanla hər barədə məsləhətləşirlər. Hətta Şaumyanın azadlıqda olan məslək yoldaşları belə (onların içində daşnak fəallarından tutmuş terrorçularadək o zamanın dili ilə desək “bomba atanlara”dək hər kəsə rast gəlmək olardı) Behbud xan Cavanşirlə sıx əlaqə saxlayırlar. Behbud xan isə artıq bunu bilsə də, bilməsə də çox təhlükəli xarakter alan bir işə əl qoyurdu. Çünki artıq dövlət əleyhinə təxribatda günahlandırılan Şaumyanla birgə addım atmaq, onun nə iləsə müqəddəratına müdaxilə etmək mümkün deyil. I Dünya müharibəsi başlamışdı və Almaniyanın nəfinə casusluqda suçlandırılan V.İ. Leninlə Şaumyanın şifrəli məktubları əldə idi. Belə olduğu təqdirdə Behbud bəy dövləti xəyanətdə təqsirli bilinən adamlara kömək etmək mümkün olmayan bir işə köməyə girişməli olurdu. Lakin məhkəməqabağı Quberniya İdarəsinin seyfindən həmin məktub – əşyayi-dəlil izsiz-soraqsız yoxa çıxır, adam sövq təbiiliyi ilə bunların etibarlı “dost əlilə” edildiyini yaxşi başa düşür. Obrazlı desək, Stepan Şaumyanın boynuna atılmış ilgəyi dartmaq üçün o məktub lazım idi. Beləliklə, Şaumyanın boynu həmin dar ağacından, labüd ölümdən qurtarır.
Behbud xanın göstərdiyi bu “qardaş” köməyini xronoloji ardıcıllıqla izləyə-izləyə bu sadəlövhlüyün; lap saflığın da səmimi hisslərdən çox, əslində anlaşılmaz, müəmmalı hisslər təsiri bağışladığının çox tezliklə şahidi olursan.
Bakıda yerli müsəlman əhalinin kütləvi mart qırğınında çox fəal rol oynamış, o zaman gənc qız olan terrorçu Olqa Şatunovskaya xatırlayır kl, şəhər azad olunan kimi sentyabrda demokratik hökumət onu və yoldaşlarını həbs etmişdi; onları Bakıda törətdlkləri qətl və qarətlərə görə ölüm cəzası gözləyirdi. Edam gecəsi bildiyi gecə onun qurtuluş anı olur; onu və özü kimi başkəsən dostlarını Cümhuriyyətin Daxili işlər naziri Behbud xan Cavanşirin yanına gətirirlər. Behbud xan Olqa Şatünovskayanın dediyinə görə Şaumyanın taleyindən ötrü narahatlıq keçirir, onun yerini soruşur, bu saat ideya və əməl düşmənimə çevrilmiş “dostunu” yalnız xilas etməkdən ötrü axtardığına onu – bu terrorçu “bolşeviki” inandırmaq istəyir.  Çünki bir-iki gün qabaq Şaumyan hökumətinin cani komissarlarının “Türkmən” gəmisində Bakıdan qaçdığından xəbəri olmadığı üçün  o, Şaumyanı – Azərbaycan Xalq Cümhuriyyətinin qatı düşmənini həbsdən azad edib gizlətmək flkrindəydi. Axı mart qırğınında evi gülləbaran edilən Behbud xan Olqa Şatunovskayanın Şaumyanla dostluğunu bilirdi. Olqa xanım hətta martda "qisasçı dəstə" (ifadə Şatunovskayanın özünə məxsusdur) tərkibində vuruşduğundan gələcək nazirin evinin güllə yağışına tutulmağında Şaumyanın oğlu ilə şəxsən özünün iştirakından qürurla yazır.
Bu müəmmalı, iblisvari dostluq, müəmmalı yoldaşlıq isə ibrətamiz bir sonluqla - Cavanşlrin ermeni terrorçusu əliylə öldürulməsiylə sona yetəcəkdi.
Yeni daşnakçıların liderlərindən biri olan İqor Muradyanın (o "Qarabağ Komitəsi" qurumunun lideridir) 1987-ci ildə o zaman Moskvada yaşayan mərhum prezident Heyder Əliyevə ünvanladığı məktubda  Muradyan da Heydr Əliyevi millətçilikdə --erməni xalqına qarşı qərəzli münasibətlərdə günahlandırır və bu məktubda ermənilərin Azərbaycan dövlətinin böyük simalarını öldürməsini, bununla ermənilərin  qisası qiyamətə saxlamadıqlarını yetirir, xülasə, Muradyan erməni intiqamçılarının (terrorçularının) əlində ölən böyük Türklərin siyahısını məktuba əlavə edir bir növ ibrət götürməyə çağırır. Həmin o “intiqam” siyahısında nankor Muradyan Behbud xan Cavanşirin adını çəkir Tiflisdə Aram Erkanyanın Fətəli xan Xoyskini, Misak Tarlakyanın Behbud xan Cavanşiri (Muradyanın siyahısı uzundur) öldürməklə erməni xalqının qisasını unutmayacağını çatdırır. (Bax: Qeydar Aliev. İzd. Azerbaydjan, 1994, s. 19-20)
O zaman isə bu qətl Sovet Azərbaycanını qətiyyən maraqlandırmadı. Mikoyan Bakıda idi və ADR-in sabiq Daxili İşlər nazirinin ibrətamiz  aqibəti kimsənin tükünü də tərpətmədl. Türkiyəyə isə məşum “erməni qətliamı  günahı”  yenicə sırınmağa başlamaqda idi. I Dünya müharibəsi dövründə iş başında olmuş dovlət adamları  “1915-ci il suçu”  ilə edama sürüklənirdilər.
Azərbaycanlı mühacir general, şərqşünas alim Məmməd Sadıq Ağabəyzadə İstanbulda yaşayan əmisi oğlu Əli bəy Hüseynzadəyə 7 sentyabr 1921-ci il tarixli məktubunda “Heydər Rifət bəyin apardığı Cavanşirin işi nə iiə bitdi?” – deyə narahatlıqla soruşduğunda onun erməni intiqamçılarının gördüyü işlərin həqiqi miqyası barədə fəhmlə nə qədər doğru-dürüst məlumata malik olduğu aydın olur. Məmməd Sadiq bəy Ağabəyzadə Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər nazirinin müavini işləmişdi. Onun sonrakı məktublarında da bu həyəcanın bitib aradan qalxmadığı  görünür. Axı bu günün özündə belə, ermənilərin milli qəhrəman sandığı terrorçular Azərbaycan Milli hökumətinin demək olar ki, bütün üzvlərini bir-bir qətlə yetirmişdilər.
...Bakının bağrına çalın-çarpaz dağ çəkən 26 - ların qəbri Bakının öz qoyundadır. Burada ürəyini məşəl kimi  yandırıb ovcunda tutan Şaumyanın heykəli altında uyumaqdadırlar.
Bu başla və bu qəlblə - bu yaddaşla sadəqəlb, səmimi Behbud xanların yanlış yollarını təkrarlamaqdayıq.
 Tarix isə ibrət dərsi verməkdən yorulmur. Biz isə səhlənkar, laqeyd tələbələrdənik.
PS.:  Nəhayət  2008-ci ildə anıım yeri olan mənhus abidə götürüldü.

İmza: Prof.dr. Minəxanım Təkəli
Geri qayıt