Əsas Səhifə > Siyasət > ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ...

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ...


25-10-2018, 17:21
 
        ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycana müəyyən ərazilərin qaytarılması hesabına baş tutacağına inanır.
   Bu barədə “EVNReport” portalına müsahibəsində deyib.
   “Mən ilk dəfə bura gələndə, əksər görüşdüyüm ermənilərin sülh prosesi çərçivəsində işğal olunmuş torpaqların qaytarılmasına qarşı olmasından təəccüblənmişdim. Ermənistanda münaqişənin mümkün həlli və kompromislər barədə müzakirələrin aparılmaması da təəccübləndirir. Mənim təmsil etdiyim hökumətin baxışı bu ərazilərin gələcəkdə “sülh naminə ərazi” formulu üçün işğal olunması faktı idi. Bu variantın heç bir dəstəyə malik olmadığını öyrənəndə çox heyrətlənmişdim”.

İmza: Vüqar İSMAYILOV

Geri qayıt