Əsas Səhifə > Siyasət > Elmar Məmmədyarov: “Ermənistanın sülhə necə hazır olduğu seçkilərdən sonra aydın olacaq”

Elmar Məmmədyarov: “Ermənistanın sülhə necə hazır olduğu seçkilərdən sonra aydın olacaq”


18-10-2018, 15:48

      “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir. Erməni həmkarım ilə keçirdiyim iki görüş, Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir”. Bu fikri  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı bildirib.
Elmar Məmmədyarov qeyd edib ki, Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq: “Bu isə, ilk növbədə, Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Azərbaycan, öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır”.
Geri qayıt