Əsas Səhifə > Sosial > Goranboy rayonu ərazisində salınmış Yeni Yaşayış Massivi təmiz saxlanılır

Goranboy rayonu ərazisində salınmış Yeni Yaşayış Massivi təmiz saxlanılır


19-09-2018, 16:43

 Xocalılar dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunurlar. Xocalı rayon sakinləri

üçün indiyə qədər 6 qəsəbə salınmışdır. Başqa sözlə 43 faizdən çox Xocalı sakini dövlət tərəfindən yeni mənzillərlə təmin edilmişdir.
2011–2012-ci illərdə Xocalı rayon sakinləri üçün Goranboy rayonu ərazisində Yeni Yaşayış Massivi salınmışdır. Qəsəbədə Xocalı şəhər 1 saylı tam orta məktəbi, Xocalı şəhər 2 saylı körpələr evi – uşaq bağçası, Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbi və digər müəssisələr fəaliyyət göstərir. Yeni Yaşayış massivində Xocalı soyqırımı abidəsi ucaldılıb.
Qəsəbənin təmiz saxlanılması və abadlaşdırılması işinə ciddi nəzarət var. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Goranboy rayon Mənzil Kommunal İstismar Sahəsinin sahə nəzarətçisi Mahmudov Şakir Xaliqverdi oğlu qəzetimizə açıqlamasında bildirdi ki, Yeni Yaşayış Massivində qəsəbənin yaşıllaşdırılması, ağaclara su verilməsi, küçələrin və qəsəbənin zibildən təmizlənməsi, zibil qablarının götürülməsi, mənzillərin qeydiyyata alınması idarənin 23 nəfər işçisi tərəfindən vaxtlı-vaxtında yerinə yetirilir. Şakir Mahmudov əlavə etdi ki, bütün texniki vasitələr və avadanlıqlar işlək vəziyyətdədir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Mənzil İstismar Departamentinin direktoru Rasim Tağızadəyə olunan müraciətimizə əsasən, 30 ədəd müasir tipli zibil qabı qəsəbə üçün göndərilib. Bununla yanaşı, idarə lazımi texniki avadanlıqlarla da təmin olunub. Bu da bizim işimizə xeyir verir.
Bundan sonra qəsəbənin müxtəlif yerlərinə baxış keçirdik və sakinlər arasında sorğu apardıq. Müşahi-dəmizə və sorğumuza əsasən deyə bilərik ki, görülən işlərdən sakinlər razılıq edirlər.

İmza: Qalib
Geri qayıt