Əsas Səhifə > Təəssürat > Fizika və lirika

Fizika və lirika


29-11-2018, 14:52
  
 Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti

Bakı-Şamaxı-Dubna : Günəş, ulduzlar və neytronlara toxuna biləcək məsafə
    
  Qurani Kərimin “Zumər surəsi”nin 9-cu ayəsində İslam peyğəmbərinə bu cür deyilməsi əmr olunur: “De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?” 
Sinoplu Diogen: “Dünyada ən böyük xeyir elm, ən böyük şər na­danlıqdır”.
İsaak Nyuton: “Bilik real və yenilməz qüvvədir. Məhz bilik sərvət və kapitaldır. Böyük Yaradan biliyi seçmə adamlara verir”.
Tarix boyu bütün ağıllı insanlar, o cümlədən görkəmli dövlət xadimləri elmə və alimə böyük qiymət vermişlər
Azərbaycan Milli Elmlər Akedemiyasını “müqəddəs elm ocağı” kimi dəyərləndirən tarixi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyev demişdir : “XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq”.
Cənab prezident İlham Əliyevin AMEA-nın illik ümumi yığıncaqlarından birində dediyi- “Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır” (25 aprel 20011) fikirlər Böyük Öndərin ideyaları ilə vəhdətdə olub, elmə, mətiqə və zəkaya əsaslanan uğurlu siyasətin bu gün də davam etdiyinin bariz göstəricisidir.
Dövlət siyasətini qlobal geopolitik vəziyyətin dinamikası ilə uzlaşdırmağı bacaran, müasir dövrün nadir ölkə başçılarından olan  prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirmək” ideyasının gerçəkləşdirilməsində AMEA-ın müstəsna rolu vardır və olacaqdır.
         Son dövürlər, xüsusilə Akademik Akif Əlizadənin Akedemiyaya rəhbərlik etdiyi vaxtdan   aparılan elmi tədqiqat işlərinin bir neçə yeni müstəvidə və istiqamətdə inkifışafı zamanın tələbinə uyğundur, elmin inkişafını şərtləndirən mühümm islahatlardır.Məsələn:
  • Simbioz – yəni bir neçə elmin birləşdiyi, elmi tədqiqatlara üstünlük verilməsi,
  • Elmi tədqiqatların mövzularını Respublikanın iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün zəruri olan bilklər sistemi ilə, eləcə də beynəlxalq aləmdə prioritet elmi araşdırmalar istiqməti ilə uzlaşdırmaq,
  • Elm və iqdisadiyyatın vəhdətinin yaradılması, elmi naliyyətlərin praktikaya real tətbiqi,
  • Qlobal iqlim dəyişklərinin mənfi təsirlərini azaltmaq, ekolji tarazlığın  və biomüxtəliflyin qorunub saxlanılması
  • Innovasiya texolgiyalarının inkişafı isiqamətində aparılan tədqiqatlara üstünlük verilmsəi
Bütün bu yeniliklər elmin kompleks inkişafını şərtləndirəcək, dünya elminin müsair səviyyəsi ilə ayaqlaşmağa imkan verəcəkdir.
Qeyd edildiyi kimi AMEA-da aparılan islahat istiqamətlərindən biri də simbioz elmi tədqiqatlardır. Bu qlobalaşan dünyada elmi-texniki tərəqqinin sürəti ilə ayaqlaşmaq üçün zamanın tələbidir. Çünki, hər hansı bir obyektin və ya hadisələrin həqiqi mahiyyətini üzə çıxarmaq üçün, müxtəlif elmlərin birgə-simbioz tətbiqi zəruridir və müasir elmin aktual məsələlərindən biridir.
 Əldə edilən elmi nəticələrin  daha aydın, obrazlı formada ifadə edilməsində isə ədəbiyyatın və incəsənətin rolu böyükdür. Fizika və lirika ideyasının əsas mahiyyəti, qarşıya qoyulan başlıca məqsədi aparılan tədqiqatlarda müxtəlif elm sahələrinin birgə tətbiqini genişləndirmək,  simbioz elmlərin üzə çıxardığı elmi həqiqətlərin ədəbi və incəsənət müstəvilərində əks olunmasıdır. Bu ideyanın müəllifi akademik İsa Həbibbəylidir. Doğrudur, fizika və lirika terminin tarixi daha əvvələrə gedir. Xüsusi ilə keçən əsrin ortalarında Avropda və Rusiyada bu termin daha çox işlənmişdir. Lakin, bu zaman fizika və lirika ideyası əsasən iki mahiyyət daşıyırdı: Dəqiq elmlərin yoxsa hümanitar elmlərin daha önəmli olduğunu isbat etmək üçün mübahisələr və fizika ilə ədəbiyyatın oxşar, üst-üstə düşən nöqtələrini tapmaq cəhdləri.
İşığın difraksiyasını, interferensiyasını əsas götürən bir qurup alim onun dalğa, metallardan sərbəst elktronları vurub çıxarmasını (fotoeffekt hadisəsi) isə əsas götürən digər alimlər isə onun zərrəcik olduğunu sübut etmək üçün mübahisə edirdilər. Dahi alim Nils Bor əlavəlik prinsipi ilə bu mübahisəyə son qoydu: İşıq nə dalğa nə də zərrəcik deyil, üçüncü- əlavə bir şeydir. Digər misal, Mendeleyev elektroliz hadisəsini fiziki-kimyəvi, yəni birgə hadisə olduğunu söyləyib bu proses haqqqındakı ayırıcı mübahisələrə son qoymuşdur. Eləcə də Akademik İsa Həbibbəyli  fizika və lirika ideyası ətarafında gedən ayrıcı mübahisələrə son qoymuş, birləşdirici mahiyyət daşıyan, daha təkmil və məntiqli elementlər əlavə edərək, elmin, ədəbiyyatın və incəsənətın inteqrasiyasına, inkişafına zəmin yardacaq yeni prinsiplər müəyyənləşdirmişdir.
         Vətənə, dövlətə qulluq, Azərbycanın elm və təhsilini inkişaf etdirməyi əsas fəaliyyət istiqaməti seçməsi, xarketerindəki iradə, dinamiklik və zəhmətsevərliyi sayəsində akademik İsa Həbibbəyli fizika və lirika ideyasını nəzəriyyədən praktiki müstəviyə keçirməyi bacarmışdır. İsa Həbibbəylinin təşəbbüsü ilə, “Fizika və lirika” konfransları bir ənənə halını aldı.
İlk dəfə 2014-cü ildə Bakı Elm Festivalı çərçivəsində  “Fizika və lirika” konfransı keçirildi.  İkinci dəfə  AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Novruz təqvimi: lirikada və astrofizikada”, üçüncü dəfə AMEA-nın Dendrologiya İnstitutunda, dördüncü dəfə bu il iyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında  “Qoşa qanad: Elmi idrakla bədii yaradıcılığın sintezi” mövzusunda  “Fizika və lirika” konfransları keçirildi.
Beşinci Fizika və lirika  konfransı artıq beynəlxalq səviyyədə keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasının, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusunda keçirilən  beynəlxalq konfrans  noyabrın 16-da Bakıda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında öz işinə başladı. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə  müxtəlif ölkələrdən gəlmiş qonaqların da iştirak etməsi, bu konfransı daha da maraqlı, yaddaqalan və əhəmiyyətli etdi.
Beynəlxalq Fizika və lirika   konfransı öz işini 17-18 noyabrda Şamaxı Astrofizika Rəsədxanasında davam etdirdi. Burada 50-yə qədər avropdan, Rusiyadan və digər MDB ölklərindən alimlər iştirak edirdi. Müxtəlif elm sahələrinə aid son dövrlər aparılan tədqiqatlar əsasında məruzələr edildi. Sevindirici hal idi ki, azərbaycanlı alimlərin məruzələri nəinki həmakarlarının çıxışlarından geri qalmırdı, hətta bəzi hallarda daha üstün məziyyətlərə malik olurdu.
Beynəlxalq Fizika və lirika   konfransı öz işini noyabrın 22-23-də Rusiyanın Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda davam etdirdi. Konfransı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Alimlər Evində İnstitutun direktoru, akademik V.A.Matveyev açdı və 1956-cı ildən fəaliyyətə başlayan institun fəaliyyətinin əsas istiqamətləri, stüruktur qurluşu, son dövrlər aparılan tədqiqatların mahiyyəti və əldə olunan uğurlar bardə geniş məlumat verdi.
         Sonra Azərbaycandan gedən nümayəndə heyətinin rəhbəri Akademik İ.Həbibbəyli  “Fizika və lirika” ideyasının mahiyyəti, keçirilən konfransların məqsədi və əhəmiyyəti barəsində çıxış etdi.
Beynəlxalq konfransda iştirak edən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycanın səlahiyyətli nümayəndəsi, akademik Nazim Məmmədov, Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşı Aqşin Əliyev çıxış edərək tədbirin əhəmiyyəti barədə öz fikirlərini bildirdilər.
Azərbaycandan gedən nümayəndə heyətinin üzvlərindən Hamlet İsaxanlı “Riyaziyyat və poeziya”, Professor Ağacan Əbiyevin  “musiqi əsərləri və təsviri sənət, onların insana təsiri”, AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Fizika-lirika problemlərinin ədəbi-nəzəri təhlili”,  AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Fizika-lirika və mətbuat”, AMEA-nın Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, b.f.d, dosent., Sahilsiz Təzadlar və Sahibsiz Kölgələr  romanlarının müəllifi Sadiq Qarayevin “Biosintez elmlərin nəticələri bədii obrazlarda: Orbitlər və universal mövcudluq nəzəriyyələri”, AMEA-nın Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru İmaməddin Əmiraslanovun “Kristallar və Türk xalqlarının mifologiyası”, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov “Azərbaycan ədəbiyyatında astronomiya motivləri” mövzularında məruzələrlə çıxış etdilər.
Konfransda Moskvada yaşayan ziyalılar, yazıçı və alimlər də iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin rəhbəri, filologiya elmləri doktoru Abuzər Bağırov, şair, tərcüməçi Sultan Mərzili (Məmmədov) və həkim, şair Afaq Şıxlının çıxışları da maraqla dinlənildi.
         Mən bu tədbirlərin iştirakçısı kimi qürur duydum, sevindim və bütün çəkilən əziyyətlərin yekununu çox faydalı olduğu qənaətinə gəldim:
-Bakıda, Şamaxıda və  Dubna şəhərində keçirilən konfransda Azərbycanlı alimlərin hər birinin çıxış və məruzləri maraqla qarşılanmaqla yanaşı, yüksək səviyyəsi, elmi nəticələrin dolğunluğu ilə fərqlənirdi. Bu Azərbaycan elminin səviyyəsi idi. Bizi, xüsusi ilə də Fizika və lirika ideyasının müəllifi, akademik İsa Həbibbəylini çox sevindirirdi;
-Dubna şəhərində bizim nümayəndə heyətinə göstərilən yüksək hörmət və qayğı Azərbycan dövlətinin və elminin beynəlxalq aləmdə nüfuz göstəricisi idi;
-Konfransın davam etdiyi müddətdə “Neyton fizikas”, “yüksək enerji” laboratoriyalarında olduq. Bu laboratoriyaları uzun illər idi ki, görmək istəyirdim. Hamımız yaddan çıxmyan təəsüratlar aldıq. Buna görə hörmətli İsa müəllimə xüsusi təşəkkür edirəm. Obrazlı şəkildə desək, O bizim əlimizin neytronlara toxuna biləcək məsafəyə gətirmişdir;
- Azərbycandan gedən nüamyəndə heyətinin üzvlərinin, o cümlədən bütün Fiziki və lirika konfranslarının yükəsək səviyyədə keçirilməsində böyük təşkilatı əməyi olan AMEA Reyəsət Heyətinin elmi katibi, f.ü.f.d Ağahüseyin Şükürov, Ədəbiyyat institunun direktor müavini Rəşad Qasımıvun  Dubnada əsil azərbaycançılıq məfkurəsini mənimsəmiş, yüksək mədəniyyətli, intelektual səviyyəli, davranışları və elmi diskusiyaları ilə xalqımız, dövlətimiz haqqında müsbət imic yaratmaları mənə xüsusi zövq verirdi.  Bu heyət də akademik İsa Həbibbəylinin uğurlu seçimi idi.
Nəticə:  İlk vaxtlar bir çoxunun tam qavramadığı Fizika və lirika ideyasına birləşdirici elementlər qatmaqla akademik İsa Həbibbəyli bu fikiri yeni təkamül müstəvisinə gətirmişdir. İdeya, iradə və zəhmət hesabına keçirilən konfranslar müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlərin birgə tədqiqatlar aparmasına stumul vermiş, bədii və incəsənət əsərlərində elmi təfəkkürün iştirakının zəruriliyini ortaya qoymuş, beynəlxalq elmi əlaqələrin güclənməsinə səbəb olmuş, Azərbaycan elminin səviyyəsinin ölkəmizdən xaricdə nümayiş edilməsində mühümm rol oynamışdır.
 

Geri qayıt