Əsas Səhifə > Xəbər > Qarabağ qazisi Etimad Əsədov vəfat etdi

Qarabağ qazisi Etimad Əsədov vəfat etdi


25-10-2018, 17:25
 
 Oktyabrın 23-ü səhər saatlarında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib.
Bu barədə mərhumun döyüşçü dostları məlumat paylaşıblar. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Etimad Savalan oğlu Əsədov 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1980-cı illərdə həmin kəndddə orta məktəbi bitirib. 1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri idi.

Ali təhsillidir. Ailəlidir, iki övladı var.
Allah rəhmət eləsin!

Geri qayıt