Əsas Səhifə > Manşet > Türkiyə: "Hərbçilərimiz Qarabağda mina təmizləmə əməliyyatlarında iştirak edir"

Türkiyə: "Hərbçilərimiz Qarabağda mina təmizləmə əməliyyatlarında iştirak edir"


11-01-2021, 01:51

 
    Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir.
 
    Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
 
    Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə mina təmizləmə təlimi keçməklə bərabər, Qarabağda mina təmizləmə əməliyyatlarında da iştirak edir.

Geri qayıt