Əsas Səhifə > Manşet / Xəbər > Qarabağdakı “Ziyarət dağı” məbədinin də memarlıq quruluşu dəyişdirilir ...

Qarabağdakı “Ziyarət dağı” məbədinin də memarlıq quruluşu dəyişdirilir ...


31-08-2018, 16:40
 

Alban dövrü memarlığının ən kütləvi formalarından biri də sovmələr olub. Sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində, momerial tikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı təsadüf olunur. Bu sovmələrin divarları bir qayda olaraq zəif naxışlara malik nişan daşları ilə bəzədilir. Sovmələrə Karvan yolları üzərində sovmələrin tikilməsində əsas məqsədlərdən biri də insanların səfər zamanı əziyyətli yolçuluqdan sonra dincəlib istirahət etmələrinə, soyuqdan və yağışdan qorunmalarına, axşama düşdükdə gecələmələrinə şərait yaratmaq idi. Bu tipli tikintilər yalnız ibadət üçün nəzərdə tutulmadığından, onların memarlıq quruluşlarında da müxtəliflik var idi. Belə abidələrdən biri də keçmiş Hadrud rayonunun Ziyarət dağındakı sovmədir.
Hadrut rayonu - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri olub. 1923-cü ilədək adı Ağoğlan, 1923 - 1939-cu ilədək Dizaq olmuşdur. Rayon Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. Oykonim İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. 10 sentyabr 1939–cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir. Ərazi 2 oktyabr 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Xocavənd rayonunun Ziyarət dağında yerləşən sovmənin XVII əsrdə inşa olunduğu güman edilir.
Bu abidənin də forması ermənilər tərəfindən dəyişdirilərək vandalizmə uğradılıb.
Şəkillərdən göründüyü kimi, bu abidə də əzəli görkəmindən məhrum edilib.
Geri qayıt