Əsas Səhifə > Redaktor seçimi > Duyğuların payız rəngi
Duyğuların payız rəngi20-11-2019, 15:34 |
Bayrağıma Dikilib sənə gözlərim, Ucadasan, zirvədəsən, Adınla baglı zəfərim: — Kərkükdən ta Sibirəcən... Ey yurdumun oğulları, Yeniləcək yagı sizə, ...Xalqlar çıxıb əsarətdən, Baş qoyacaq köksünüzə... Köksünün qan rəngi Vətən, Dalğalanıb yol göstər sən, Siləcəyik bu qübarı, ...Vüqarımın heykəlisən... Qanımda Bozqurdun qanı., Göytürklüyüm əfsanəmi?! Davul hanı, tambur hanı: — Öydü Oğuz babam məni. Ürək kimi vur, dalğalan, Tanrı kimi yol göstər sən, Göstər yurdun son ucunu, ...Bayrağım, sən şahanəsən... Qalib əsgər Axşamların, səhərlərin qəhərinə Ana həqiqətlərin qəbrinə Zəncirdəki oğulların səbrinə And içirəm! Qalib əsgər gördüm yuxuda. ...Oğuz adında... Qanlı əllərilə bayraq sancırdı həqiqətin zirvəsinə... Ümid, ümid əsgərlər, Qalib, qalib səpələnmişdilər Oğuz elinin qədimliyinə. Hamı yarırdı qaranlıqları ürəyinin işığıyla. Bu işıqdan tanıyırdılar bir-birini oğuzlar, İşıq saçırdı sərhəd dirəklərindən qalanmış tonqallar. Göylər sevinməyə quş, Ağlamağa əlçim-əlçim bulud göndərirdi... Tüstüsü dumanına qarışmış Altay dağlarından ovunmağa, Maral- maral qar gəlirdi. ...Bir oxun dartılmamış yayı kimi gözləyirdi. Bilmirəm.... Ana Getdin, ayrılığı unutdum yenə, O, mənim yanımda darıxır necə. Toxunur əllərin hərdən əlimə, Diksinir, ağlayır, baxır gizıicə. Düzünü desənə, necəsən, ana? Səsindən duyuram, sən deməsən də.. Dünyada ən çətin peşəsən, ana,. ...Ürəyin yanımda, özün getsən də. Səndən yaranıbdı bu dünya, bəşər, Olmasan, nə olar: vardım fərqinə. Hansı evindəsən, kim o bəxtəvər? Özüm qurban olun ana səbrinə.... Sənsizlik Daha bu həsrətin sonu görünmür, Sevginin yolları bağlanıb yenə. Vüsal duman geyib, çənə bürünüb, Çatılıb qaşları, ahlanıb yenə. Röyalar səninlə çıxmır sabaha, Ulduzlar üzünə çiçəkləyirmiş. ...Güldanım bir gül də bitirmir daha... ...Rüzgarlar nə deyib məni gətirmiş? Uzaqdan boylanıb, gəlir son bahar, Sənsizlik çiçək də səpdi yoluma. Diksinib baxsa da küsən intizar? Həsrətin girmədi onun qoluna... Ümid Səni axtarmağın yeri yox daha , Küssən — arzuların boyun sevərsən. Mənim yanlışlarım gedir sabaha.. Hardasan, necəsən, kimi gəzirsən? Bir vaxt arzuların toyun edərdin, Həsrətin özü də vüsaldı sənə. ...Hər gün xəyalımla hara gedərdin... Məhəbbət səpirdin çölə, çəmənə. Göylərdən endirə bilmədin məni.. Sevginlə sevdirə bilmədin məni.. Sığmadın söhbətə, sözə, dastana... Bir dillə dindirə bilmədin məni ...İndi bu sevginin payızı gəlib, Payızda baharı axtarma daha. Zaman iz qoymayıb, bu yola, gedib. Ümid bəsləyirsən hələ sabaha? Payız şeri Yenə də buludun dolub gözləri, Xəzəlin üstümə tökülür payız. Kim pozub bu mübhəm, təzə izləri? Bu yay sevdası da, çəkilir, payız... Elə bil əylənir adamla fəsil, Ağacın gör necə qaçıb, bənizi. Bir bulud oynayır, bir külək əsir, Silmək istəyirlər bu qoşa izi. Hamı harayasa yenə tələsir, Insan təbiətin oxşarı imiş. ...Bu qız əsir olub əlində çətir, Onu sevgilisi kimə dəyişmiş? Qışın baharı On yeddi yaşımdan gəlir bu avaz, Bu, nə musiqidi aparır məni? Bu kimdi güzgüdə saçları bəyaz, Bu kimdi özümdən çıxarır məni? Əl qatıb özünə burda bir xəyal, Barışmaq istəmir, yeri var indi? ...Ay adam, başına düşüb arzular... Bu şəkil, bu sima, bu can sənindi... Bəlkə də bir çiçək: — Gecikib o da... Bəzəyib vadini, yaşılı, alı... Qışın baharına aldanıb, ...Ya da... ...Belə sevgilərin olmur vüsalı... Darıxma... Bir acı gileyi alıb başıma, Yalandan əl edib gedən yaşıma, Küsünüb bir düyün atıb qaşıma, ...Səsimi içimə salsam, darıxma... Mən bu ayrılığın üzün görmüşəm, Başın sığallayıb, saçın hörmüşəm. Tox tutub özümü, üzə gülmüşəm, Yalandan xəyala dalsam, darıxma... Yenə hicranların durub qəsdimə, Gileyin odunu töküb üstümə. Varlığın dərd olub çöküb üstümə, Yoxluğun üzünə gülsəm, darıxma... İçində gizlədib, öydün sevgini, Ağlatdın, ağladın, döydün sevgini. Elə içindəcə sevdin sevgini, Sevirəm demədən ölsəm, darıxma... Geri qayıt |