Əsas Səhifə > Redaktor seçimi > 1901-ci ildə kimya sahəsində Nobel mükafatçısı - Yakob Henrik Vant-Hoff

1901-ci ildə kimya sahəsində Nobel mükafatçısı - Yakob Henrik Vant-Hoff


16-03-2022, 20:57


1901-ci ildə kimya sahəsində Nobel mükafatçısı -    
Yakob Henrik Vant-Hoff  (1852-1911)
 
     Holland kimya­çı­sı, stereokimya­nın bani­lə­rindən biri və kimyəvi kinetika, “məhlullarda kim­­yəvi dinamika və os­motik təzyiq qanun­larının kəşfinin böyük əhəmiy­yə­tinə görə”kimya üzrə ilk Nobel mükafatı laur­e­atı (1901)Jacob Henrik Vant HoffHollandiyanın Rotterdam şəhərində anadan olmuş­dur (30 avqust 1852). Ailəsi köhnə holland ailə­sinə mənsub idi. Ya­ko­bun atası Ceykob Hendrik Vant Hoff, yaşlı, həkim, anası Alida Yakoba Kolf isə evdar qadın idi. Yakob ailənin üçüncü övladı idi və dörd qardaş və iki bacısı vardı.
     Səkkiz yaşında Jacob Rotterdam yaxınlığında yerləşən və geniş proqramı olan özəl məktəbə getdi. Burada təbiət və humanitar elmlər, xarici dillər, rəsm və nəğmə dərsləri ke­çi­rilirdi. Artıq burada gələcək alimin görkəmli qabiliyyətləri özü­nü göstərməyə başladı. O, ən böyük uğuru riyaziyyat və fizika sahəsində əldə etmişdir.
     On beş yaşında Vant Hoff qəbul imtahanlarını müvəffəqiyyətlə verdi və şəhərdəki beşillik orta məktəbin dördüncü sinfinə da­xil oldu (1867). Bu məktəbdə elm və riyaziyyatın öyrə­dil­mə­si­nə diqqət yetirilirdi. Məhz burada gələcək alim kimya ilə maraqlanır və ilk təcrübələrini aparmağa başlayır.
     Orta məktəbi bitirdikdən sonra Yakob Delftə getdi və burada kimya mühəndisliyi ixtisası Politexnik institutuna  daxil oldu (1869). O, vaxtının çoxunu kimya və riyaziyyata həsr edi­r­di. Bütün proqramı sürətlə mənimsədiyindən, bu məktəbi   o, üç ilə deyil, iki ilə bitirməyi bacardı.
Tələbəlik illərində Vant Hoff Şimali Brabantdakı şəkər zavodunda təcrübə keçirdi. Təcrübə zamanı o, polyarometrdən istifadə edərək şəkərin qatılığını təyin etməklə məşğul idi. O, bu işi mənasız və yeknəsək hesab edirdi, lakin texnoloji əmə­liy­yatların monotonluğu onda kimyəvi prosesləri daha dərindən dərk etmək istəyini oyadırdı.
     Bu arzu ilə iki ildən sonra Vant Hoff Leiden Univer­si­te­ti­nin tələbəsi olur (1871). O, elmlərlə səylə məşğul olduğu ki­mi, şeir və fəlsəfəni də sevirdi. Hətta onda özünü bütünlüklə şeirə həsr etmək fikri də yaranmışdır. Lakin onun bu istiqa­mət­də ilk cəhdləri uğursuz oldu və o, yenidən tədqiqatçı kimyaçı yoluna qayıtdı.
Tezliklə Vant Hoff anlayır ki, müasir kimya elmini cid­di şəkildə öyrənmək üçün başqa universitetə keçməlidir. O, Bonna köçdü və o zaman Fridrix Avqust Kekulenin kimya pro­fessoru olduğu Bonn Universitetində işə başladı.
     Vant Hoffun üstün çalışqanlığı Kekulenin dərhal diq­qə­tini çəkmişdir.Ancaq tezliklə professor Kekule ilə Vant Hoff arasında münaqişə yaranır. Vant Hoff valideynlərinə gön­dər­diyi məktubların birində yazırdı:“Professor Kekule ilə kiçik mübahisə: onun kamfora və skipidar haqqında yeni fikirləri var. O, bu fikirlərini təcrübədə ödənişsiz yoxlamaq üçün bir ne­çə laborantdan istifadə etmək istəyir. Yəni bir neçə umaaş alan adamı, ödənişsiz şəxsi köməkçilərə çevirmək istəyir. Mən bu təklifi qəbul etmədim və inkişaf üçün öz mövzumu tədqiq et­mə­yə məcbur oldum və indi bu mövzu ilə məşğul olanda pro­fessor Kekule mənə fərqli yanaşır və işə yeni köməkçilər cəlb etməyə davam edir”.
    Nəticədə Vant Hoff Kekule laboratoriyasını tərk etmək qərarına gəlir. Lakin işinin uğurla davam etdirilməsi üçün pro­fessordan eksperimental işinin uğuru haqqında zəmanət almalı idi. Vant Hoff öz elmi nəticələrini professora təqdim etdi. Gənc alimin təəccübünə səbəb olan professor qısa dialoqdan sonra dedi: “Sənə çox yaxşı zəmanət veriləcək”. Həqiqətən də, Vant Hoff Kekuledən zəmanət alır (1873-cü il iyunun 17-də). Bun­dan əlavə, professor gənc alimə tədqiqatlarını hansısa başqa universitetdə davam etdirməyi tövsiyə edir. Ancaq Vant Hoff Utrext şəhərinə gedir və burada doktorluq imtahanını müvəf­fəq­iyyətlə verir. Nəticədə doktorluq dissertasiyası mü­da­fiə et­mək hüququ qazanır (22 dekabr 1873-cü ildə).
Vant Hoff Çarlz Adolf Vürsün laboratoriyasında üzvi kimya üzrə tədqiqatlarını davam etdirmək üçün Parisə gedir (1874). Bu laboratoriyada Vant Hoff sonradan onun yaxın dos­t­ları olmuş A.R.Henninger və J.A.Le Belle ilə tanış olur. Bir neçə aydan sonra Utrextə qayıdır və  siyanosirkə və malon tur­şularının sintezi mövzusunda doktorluq dissertasiyası müda­fiə edir (1874-cü il dekabrın 22-də).
Doktorluq dissertasiyasını müdafiə etməzdən bir müd­d­ət əvvəl, o, holland dilində “Hazırda istifadə olunan struktur formullarının fəza vəziyyəti və bununla əlaqədar  üzvi birləş­mə­lərin kimyəvi quruluşu və optik fırlanma arasındakı əlaqəyə dair qeyd” adlı uzun başlıqlı kiçik bir broşür nəşr etdirmişdir(1874-cü ilin sentyabrında).   Daha sonra, bu broşüranı İ.Vişe­lius və F.Hermann alman dilinə tərcümə eetdilər (1875).
      Məqalənin fransız dilində təkrar çapını hazırlamaqla ya­na­şı Vant Hoff iş axtarmaqla da məşğul idi. Bu baxımdan uzun müddət onun bəxti gətirmədi və fərdi dərslər vermək məcburiy­yə­tində qaldı. Uzun axtarışdan sonraUtrextdəki Baytarlıq Mək­təbində kimya kafedrasının dosenti vəzifəsini tutmağı bacardı (1876).
Van't Hoff broşürasının almanca nəşri çıxandan sonra bir çox elm adamları onunla tanış ola bildilər. Onun fikirləri nüfuzlu kimyaçılar tərəfindən ciddi şəkildə tənqid olundu. Vant Hoffun ideyalarının ən mühüm əleyhdarlarından biri M. Bertlo və G. Kolbe idi. G. Kolbe bu məsələdə Vant Hoffa qarşı daha kobud rəftar edirdi. Bununla belə, XIX əsrin 70-ci illərinin so­nun­da kimyaçıların əhəmiyyətli bir hissəsi stereokimyəvi nə­zə­ri­yyəni qəbui etmişdirlər. Bir çox təcrübələr onun praktik tətb­i­qi­ni təsdiqlədi. Həmçinin, sonradan molekulların optik fırlan­ma qabiliyyəti ilə onlarda asimmetrik karbon atomunun olması arasında əlaqə dəqiq müəyyən edilmişdir.
     Dostların köməyi sayəsində Vant Hoff Amsterdam Uni­versitetində müəllim vəzifəsinə dəvət almışdır (26 iyun 1877-ci ildə). O, bir il sonra, 26 yaşında kimya, mineralogiya və geolo­giya (daha sonra isə fiziki kimya) professoru olmuşdur. Vant Hoff ilk bir neçə ili kimya laboratoriyasının təşkilinə həsr et­miş­dir. Ona görə də o, yalnız bir neçə məqalə dərc etdirə bil­mişdir (1878-1884).
    Vant Hoffun şəxsi həyatında böyük hadisə Amsterdama köçməsi ilə bağlıdır. Burada o, çoxdan sevdiyi Johana Francine Meesə (Rotterdamlı tacirin qızı) evlənmə təklifi edir (1878). Həmin il dekabrın 27-də onların toyu olmuşdur. Onların 2 qızı, Johan Francine (1880) və Aleida Jakob (1882) və 2 oğlu, Jakob Hendrik (1883) və Govert Jakob (1889) var idi. 30 ildən artıq həyat yoldaşı onun sadiq və sevimli dostu olmuşdur.
      Vant Hoffun Utrextdə işləməyə başladığı zaman “Üzvi kimyaya baxışlar” kitabı nəşr olundu (1881). Alim bu kitabda maddələrin quruluşu ilə onların fiziki və kimyəvi xassələri ara­sın­da əlaqə yaratmağa çalışmışdır. Lakin bu cəhd o qədər də uğ­urlu alınmadı. Bununla belə, Vant Hoffun özü üçün bu kitab onun inkişafında mühüm addım oldu. Bu kitab üzərində işlə­yə­r­kən o, kimyəvi rabitə, kimyəvi termodinamikanın əhə­mi­y­yə­ti­nin dərk edilməsinə, kimyəvi tarazlıq və kimyəvi reaksiyaların sürəti problemlərinə diqqət yetirmişdir. Güman edə bilərik ki, bu andan Vant Hoff fiziki kimyanı öyrənməyə başladır.
       Bundan bir qədər sonra Vant Hoffun ən məşhur kitabı “Kimyəvi dinamika haqqında oçerklər” nəşr olundu (1884). Bu kitabın meydana çıxması fiziki kimyanın yaranmasının təməli­ni qoydu. 
       Vant Hoff müşahidə olunan kimyəvi prosesləri təhlil etmək və izah etmək üçün termodinamika prinsiplərindən və riyazi üsullardan ilk dəfə geniş istifadə etmişdir. O, çox kiçik bir kitabda kimyəvi reaksiyaların təbiətini və mexanizmini başa düşmək üçün çox vacib olan böyük bir materialı dolğun şəkldə təqdim etmişdir. Buna baxmayaraq, bu kitabın görünüşü ilkin olaraq kimya aləmində heç bir reaksiyaya səbəb olmadı. Kim­yaçılar nəinki bu kitabın xarici görünüşünü görmədilər, həm də onun bəzi müddəaları onlar üçün zəif başa düşülən olmuşdur.
  Bir il sonra, Vant Hoff “Qazlar və durulaşdırılmış məh­lullar sistemlərində kimyəvi tarazlıq” adlı yeni nəzəri işini nəşrə təqdim etmişdir(1886). Bu əsərinin ortaya çıxmasından az sonra İsveç alimi Svante Arrhenius özünün məşhur elektro­litik dissosiasiya nəzəriyyəsini irəli sürdü. Bu nəzəriy­yənin yaranması ən çox Vant Hoffun işi ilə bağlıdır.
    V. Ostvald J. G. Vant Hoff və S. A. Arrenius ilə birl­ik­də Leypsiqdə kimyaçılar arasında geniş şəkildə qəbul edilmiş və tanınmış beynəlxalq “Journal of Physical Chemi­stry” (Zei­tschrift fur phys. Chemie) jurnalını təsis etmişdir (1887). Bu jurnal fiziki kimya üzrə yeni ideyaların inkişafı və təbliğində böyük əhəmiyyət kəsb etmişdir. Vant Hoff və Arreniusun ən mühüm məqalələri bu jurnalın birinci cildində dərc edilmişdir.
Kimyəvi dinamika və tarazlığa dair əsərlərin nəşrindən sonra Vant Hoffun adı elm aləmində geniş şəkildə tanınmağa başladı. Eyni zamanda, o, hələ də çox vaxt Amsterdam Uni­ver­sitetində dərs deyirdi. O, mühazirələrlə yanaşı, yaratdığı labo­ra­toriyada elmi-tədqiqat işlərinə rəhbərlik edir və nəticədə çox­lu sayda təcrübəçi və alimləri rəhbərliyi altında işləməyə cəlb edirdi.
     Vant Hoff, əsasən, məhlullar nəzəriyyəsi sahəsində əv­vəl­lər ifadə edilmiş fikirlərin inkişafı ilə məşğul olmuşdur (1888-1895). Eyni zamanda o, stereokimya və termodinamika ilə bağlı bir neçə məqalə dərc etdirmişdir. Vant Hoffun maye məhlullar üçün əldə etdiyi qanunların bəzi hallarda tətbiq oluna biləcəyini göstərməyə çalışdığı “Bərk məhlullar haqqında və bərk vəziyyətdə molekulyar çəkinin təyini haqqında” əsəri bö­y­ük maraq doğurmuşur. Van't Hoff bu məqalə ilə sonradan in­ki­şaf etdirdiyi bərk məhlullar nəzəriyyəsinin əsasını qoymuş­dur.
Artıq özünü təcrübələrə həsr etmək istəyi o qədər artır ki, daha Vant Hoffmüəllimlik etmək istəmir (1890).Bir qədər sonra o, Berlin Elmlər Akademiyasının və Berlin Univer­sit­e­ti­nin mühazirə oxumaq məcburiyyətində olmayan  profes­soru və­zifəsinə keçir (1895).Vant Hoff Berlinə köçür(1896) və bu­ra­da dərhal yeni bir sahədə - okean mənşəli duzların təbii ya­taqlarının əmələ gəl­məsi şərtlərini öyrənmək üçün tədqiqata başladı. Alim ilk növbədə Maqdeburq şəhəri yaxınlığında yer­lə­şən məşhur Ştas­fu­rt duz yataqlarının əmələ gəlməsinin səbəb­ləri və mex­a­niz­mləri ilə maraqlanıb. Bu iş geokimyəvi pro­ses­ləri izah etmək üçün fiziki kimya qanunlarından istifadə etməyi tələb edirdi. Bu mövzunun inkişafı geologiyanın ən mühüm sahələrindən birini təcrübi və nəzəri cəhətdən işıqlandırmağa imkan verdi.Vant Hoff Rusiyada anadan olmuş, əvvəllər duz taraz­lı­ğı ilə məşğul olan istedadlı alim, tələbəsi və dostu Vil­helm Mey­erqofferlə birlikdə Stassfurt yatağında duz yataq­la­rının əmə­lə gəlməsi şərtlərini aydınlaşdırmaq üçün geniş tədqi­qatlar aparmışdır. 
     Meyergoffer Van't Hoff ilə birlikdə Berlində kiçik bir özəl laboratoriya qurmuş və burada Stassfurt yataqları üzrə təd­qi­qatların əsas hissəsi aparıldı (1896). İş 10 ilə yaxın davam etdi və nəticələr Prussiya Elmlər Akademiyasının hesabatların­da dərc edildi. Okean duz yataqlarının əmələ gəlməsi şəraitinin tədqiqi və alınan nəticələr kimya ilə yanaşı geologiya və mi­ne­ralogiyada da böyük əhəmiyyət kəsb etmişdir. Onlar bu günə qədər bu istiqamətdə aparılan daha geniş tədqiqatlar üçün baş­lanğıc nöqtəsi olmuşdur.
     Vant Hoff “məhlullarda kimyəvi dinamika və osmotik təzyiq qanunlarının kəşfinin böyük əhəmiyyətinə görə” Nobel mükafatını alan ilk kimyaçı oldu (1901).
Bundan əlavə o, London Kral Cəmiyyətinin  Devi  Me­da­lına (1893), Prussiya Elmlər Akademiyasının Helmholtz me­dalı (1910)layiq görülmüş, Sankt-Peterburq Elmlər Akade­mi­ya­sının xarici müxbir üzvü (1895), London Kral Cəmiyyətinin xarici üzvü (1897), Hollandiya Kral Elmlər Akademiyasının üz­vü (1885), Berlin Elmlər Akademiyasının üzvü (1895), Göttingen Kral Elmlər Akademiyasının üzvü (1892), London Kimya Cəmiyyətinin üzvü (1898), Amerika Kimya Cəmiy­yə­tinin üzvü (1898), Amerika Milli Elmlər Akademiyasının üzvü (1901) və Paris Elmlər Akademiyasının üzvü (1905) olmuşdur.
     Vant Hoff və Meyerqofferin on il davam edən birgə işi son dərəcə məhsuldar oldu. Lakin Meyerhoferin ağır xəstəliyi səbəbindən iş birdən-birə dayandırıldı (1905). Bir qədər sonra Meyerhoffer öldü (21 aprel 1906-cı ildə). Vant Hoff dostunun və iş yoldaşının ölümünü çox ağır qəbul etdi. Bu zaman o, özünü pis hiss etməyə başladı. Onda ağır ağciyər xəstəliyinin - vərəmin əlamətləri var idi.
Vant Hoff təslim olmaq istəmədi. O, geniş sistemli tədqiqatlar üçün yeni sahə axtarırdı. O, fermentlərin sintetik təsirinin öyrənilməsi qərarına gəlmişdir (1905). Stereokimya və osmotik təzyiqin öyrənilməsində böyük təcrübəyə malik olan alim indi biokimya problemlərini həll etmək istəyirdi.Lakin xəstəliyinin inkişafı onun bu niyyətinə mane olduğundan planlaşdırılan tədqiqatı dayandırılmalı olur. Ömrünün son illərində ona yaxın olan bir neçə insanın - qohumlarının və iş yoldaşlarının itkisi onu üzürdü.
     Vant Hoff nəhayət ciddi xəstələnir (15 dekabr 1910-cu il). Bir neçə həftə sonra işə qayıtmaq cəhdləri boşa çıxdı. Fəlsəfə və poeziyaya da ciddi maraq göstərən Vant-Qoff Berlində vərəm xəstəliyindən 58 yaşında vəfat etmiş və Dalem qəbiristanlığında dəfn edilmişdir (1911-ci il martın 1-də).
Bu böyük alimin xatirəsini əbədiləşdirmək üçün Ayda bir krater Jakob Hendrik Vant Hoff (1970) və onun Meyerqofferlə Stassfurt duz yatağında işi zamanı tapılan minerallardanbiri Vanthoffit adlandırılmışdır.
 
  
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
 kimya elmləri doktoru, 
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi
 

Geri qayıt