Əsas Səhifə > Redaktor seçimi > Ürəyimiz, canımız Ərdoğan...

Ürəyimiz, canımız Ərdoğan...


27-04-2022, 22:52

 

Ürəyimiz, canımız Ərdoğan...
 
Şah damarda qanımız Rəcəb Taib Ərdoğan,
Mələklər mələyiymiş sənin kimi nər doğan.
Azərbaycan xalqının sənsən böyük qardaşı,
Böyük türk dünyasının sən özünsən sirdaşı.
 
İki dövlət bir millətin sən mənəvi atası,
Səninlə dost olanın olmaz dərdi, qadası,
Gözün aydın, qardaşım, Qarabağı almışıq,
Üçrəngli bayrağımızı biz Şuşaya taxmışıq.
 
Sənin səsin gələndə düşmənlər zar-zar əsir,
Dostların qürur duyur, yağılar səsin kəsir.
Gözün aydın, qardaşım, Qarabağı almışıq,
Üçrəngli bayrağımızı biz Şuşaya taxmışıq.
 
Ruhlar sənə güvənir, Atatürk, Nuru Paşa,
Ulu Öndərin ruhu, deyir, Ərdoğan yaşa.
Gözün aydın, qardaşım, Qarabağı almışıq,
Üçrəngli bayrağımızı biz Şuşaya taxmışıq.
 
Düşmənləri yıxacaq qeyrətin, hünərin sənin,
Yurdu düşmənə qalmaz ərdoğan kimi nərin.
Gözün aydın, qardaşım, Qarabağı almışıq,
Üçrəngli bayrağımızı biz Şuşaya taxmışıq.
 
Yaşasın iki dövlət, bir millətin nər oğulları: Cənab Ərdoğan, Cənab İlham Əliyev
 
12.01.2021


Altmış yaşın mübarək!

Altmış il bundan öncə, Tanrı göydən nur çilədi,
Hamı Cənab Heydərə, gözlərin aydın söylədi.
Zərifə adlı mələk, balaca İlhamı bələdi.
Zaman-zaman böyüdü, qalxdı uca mərtəbəyə,
Dünya həsəd aparır bizim qalib sərkərdəyə.
 
Hamıya maraqlıdı Cənab İlhamın ömür yolu,
Uğurlu qələbəyə imza atdı onun qolu.
Düşməndən azad oldu Qarabağın sağı-solu,
Cənab İlham Əliyev, sizsiniz xalqın sütunu.
Görməyən heç görməsin, Allahımız görür bunu.
 
Qəhrəmanlar yanında əsl qəhrəman özüdü,
Xalqımız təsdiq edir tərəzi xalqın gözüdü.
“Qarabağ Azərbaycandır!” cənab İlhamın sözüdür,
Dünyada görünməmiş möcüzədir bu qələbə,
Fəxr edib danışırdı Türkiyədə bir tələbə.

Ot kökü üstə bitər, doğru deyibdir atalar,
Cənab İlham Əliyev, uzaq olsun şər xətalar,
Qədrini bilməyənlər gedib dəryada batalar.
Azərbaycan xalqının Sizsiniz dahi rəhbəri,
Böyük türk dünyasının özünsən ikinci nəri.
 
Gözümüzün önündədir Cənab İlhamın fəaliyyəti,
Dünyanı mat qoyubdur uzaqgörən siyasəti.
Günbəgün yaxşılaşır xalqımızın vəziyyəti,
Ehtiyac duymayıram tarixi açım oxuyum,
İstədim xoş sözümlə ona bir xalı toxuyum.
 
Azərbaycan xalqının sənsən əbədi məşəli,
Ən uca bir zirvədə ucalsın onun heykəli.
Sual versək hamıya, hamı deyəcək “bəli”,
Dünya təbrik eləyir Sizin altmış yaşınızı,
Cənab İlham, ucadan uca tutun başınızı.
 
5.12.2021

  
 
Leyla xanım Əliyevaya həsr edirəm...
 
Dahilərin nəvəsi, müdriklərin övladı,
Bütün dünya tanıyır, xeyriyyəçi Leyladır.
Belə də olmalıdır müdriklərdən dərs alan,
Ot kökü üstə bitər, bu söz deyilmiş yalan.
 
Bu ağıllı xanımın özü gənc, ağlı dərin,
Soy adını daşıyır Dahi Ulu Öndərin.
Dünyaya nümunədir; baba, nənə, ata, ana,
Tanrı çox az paylayır belələrini cahana.
 
Kimlərin ocağında dünyaya açıb gözün,
Kimlərin övladıdır, oxucu, düşün özün.
Doğru deyiblər; ağıl yaşda deyil, başdadır,
Göstərin hansı dahi Leyla xanım yaşdadır.
 
Ən əsası odur ki, Ulu öndərdən dərs alıb,
Qartallara xas olan zirvələrə ucalıb.
Xalqın Etimadını doğrulda bildi özü,
Çox uzaqları görür Leyla xanımın gözü.
 
Şərəflə xidmət edir Heydər Əliyev fonduna,
Xeyirxah işlər görür, köməkçiidr xalqına.
Onun arzi-amalı xalqı abad görməkdir,
Leyla xanım gənclərə nümunədir, örnəkdir.
 
Böyük inam bəsləyir, millət ona, xalq ona,
Neçə-neçə min gənci toplayıb ətrafına.
Xalqın uğurlarıdır onun şöhrəti-şanı,
Leyla xanım çox sevir yurdu Azərbaycanı.
 
10.02.2022
 
 Hüseynova Sücayət Qənbər qızı (Laçın)

Geri qayıt