Əsas Səhifə > Redaktor seçimi > Şükür olsun, Allahım, Laçına qayıdırıq... Sücayət Laçınlıdan yeni şeirlər

Şükür olsun, Allahım, Laçına qayıdırıq... Sücayət Laçınlıdan yeni şeirlər


20-09-2022, 21:44

 

Mərkəzi Neftçilər xəstəxanasının "Oftalmologiya" şöbəsinin müdiri, uzman doktor
Elşən İbrahimova həsr edirəm...
 
Göydə Allah, yerdə sən, sizə pənah gətirmişəm,
Yüz həkimin içindən sizi seçib götürmüşəm.
Sizi həmkarlarınız çox təriflədilər dünən,
Allahım, o şəfadan mənim payım varmı görən?!
 
And verirəm Allaha, kor etmə məni, ay həkim,
Gözlərimə nur gəlsin, nə qüssə, nə də qəm çəkim.
Ölüm məni qorxutmur, kor olmaqdır dərdi-sərim,
Əllərim, ayaqlarım, gözlərimdir şah əsərim.
 
Dedilər nur vermisən çoxlarının gözlərinə,
Milyonların sağlamlığın qaytarmısan gözlərinə.
Milyon sağalan gözdən biri olsun mənim gözüm,
Gecə-gündüz dualar eləyərəm sizə özüm.
 
Tanrımız heç bir kəsi gözlə etməsin imtahan,
Korların nəzərində maraqsızdır dünya, cahan.
Ümidim sənədir, həkim, bu dünyaya kor baxmayım,
Bir daha gözlərimə kor eynəyini taxmayım.
 
Soruşdum necə həkimdir, tərifə layiq dedilər,
Yaxın həmkarlarınız sizi məsləhət bildilər.
Elşən həkim, gözümü sizə etibar edirəm,
Qorxmuram, əməliyyata böyük inamla gedirəm.
 
Allahdan sizə kömək, mənə şəfa diləyirəm,
Şükür sənə, İlahi, elə o sözü gözləyirəm.
Bu işdə Tanrı olsun mənim dayım,
Yalvarıram, ay həkim, təki bircə kor olmayım.
 
 
Qarabağ Azərbaycandır!
 
44 gündə sovuşdu 30 illik həsrətimiz,
Gələcək nəsillərə qalmadı dərd-möhnətimiz.
Düşməndən azad oldu Qarabağımız, cənnətimiz,
Uğura imza atan cənab İlhamın özüdür,
Qarabağ Azərbaycandır, elə bu da onun sözüdür.
 
Qüdrətli ordumuzun hünərini gördü hamı,
Qarabağ, Qarabağ idi bu xlaqın arzusu, kamı.
Yandı öz əlimizlə Şuşamın çırağı, şamı,
Qalmadı gələcəyə nə dərdimiz, möhnətimiz,
Qüdrətli ordumuzla qürur duyur millətimiz.
 
Düşmənlər məğlub oldu, getdi cəhənnəmə, cərə,
Təzə yollar çəkilir Laçın, Şuşa, Kəlbəcərə.
Millətim hazırlaşır torpağında əkə, becərə,
Uğura imza atan cənab İlhamın qoludur, 
Xalqı aparan bu yol Ulu Öndərin yoludur.
 
Uğurumuz, qələbəmiz bütün dünyaya bəllidir,
Qarabağın azadlığı elə bu işlərin həllidir.
Rəcəb Tayyib Ərdoğan xalqımın sağ əlidir,
Qarabağ Azərbaycandır, qürur duyuruq bir daha,
İki dövlət, bir millət -  şükür edirik Allaha.
 
 
Can sağlığın varsa əgər...

 
Həsəd aparma varlılara, sən ay kasıb,
Dünən varlı milyonçu özünü asıb.
Varmış ürəyinin əməliyyata ehtiyacı,
Həkim ona deyəndə varlı gülür acı-acı.
 
Neçəyə başa gələcək, həkim bacı.
Yüz minə, xəstəyə baxır qıyqacı.
Xəsis milyonçu o an hesablayır pullarını,
Bağırır, gücüm çatmaz, çırmalayır qollarını.
 
Yumruq boyda ürəyə yüz minimi necə sayım,
O pulu toplamağa gedib mənim neçə ayım.
Həkimin qarşısında o ağlayır hönkür-hönkür,
Milyonçu gözlərindən leysan yağışlar tökür.
 
İndi gördünmü, kasıb, can sağlığın varsa əgər,
Bu sənin həyatını eyləyəcək şirin, şəkər.
Bir ürəyə qıymırsa milyonçu milyonunu,
Kasıbın nə dərdi var, sağlam görürsə canını...
 
 
Şükür olsun, Allahım, Laçına qayıdırıq...
 
Düşmənlər işğal etdi torpağını, daşını,
Axıtdım, sellədim gözlərimin yaşını.
Məni məndən elədi 30 illik həsrətin,
Dözmək mənə çətin oldu, çox çətin.
 
Sən düşmənlə olanda ağlar qalan mən idim,
Yenə də qırılmadı sənə olan ümidim.
Xəyallar aləminə qapılırdım, ay Laçın,
Tanrıya üz tuturdum, Vətəndi ehtiyacım.
 
Mənim yadımda qalıb hər cığırın, hər izin,
Gəlib yal-yamacında sürünərəm dizin-dizin,
Çiyinlərimdən düşdü ağır-ağır dərd yüküm,
Öləndə Laçında məni kəfənə bükün.
 
Tanrımızdan ilbəil möhlət istəmişdim,
Gedim Laçını görüm, sonra ölüm demişdim.
Arzularım çin oldu, xəyallarım həqiqət,
Nə qədər təbrik gəldi, gözün aydın Sücaət.
 
Çünki azaddı Laçın, qalmayıbsa düşmənə,
Yurdum-yuvam mənimdi, qürur verir bu mənə.
Sən zirvəsi göylərə ucalan Hocaz dağım,
Qarabağımın tacı, Laçındı cənnət bağım.
 

Hüseynova Sücayət Qənbər qızı
Geri qayıt