Əsas Səhifə > Redaktor seçimi > İzi qaldı dünyada...

İzi qaldı dünyada...


30-04-2023, 23:51
 
                                          Akademik Zərifə xanıma həsr olunur...

 


Dəniz deyim, ümman deyim, ya ada,
Bir xanımın izi qaldı dünyada.
Şərəflə xidmət etdi həm doğmaya, həm yada,
Şəfalı əlləriylə nur çilədi gözlərə,

Bu xanım layiq idi ən dəyərli sözlərə.
 
Bir dahinin xanımı, bir dahinin anası,
O bir müdrik xanımın olubdur qaynanası.
Onu hörmətlə anır bütün dünya miqyası,
Yaşayıb, yaşayacaq, Zərifə xanım əbədi.
Ziyarətgaha dönüb onun büstü, məbədi.
 
Ömür-gün yoldaşıydı dahi Ulu Öndərin,
Anasıdır bu xanım cənab İlham kimi nərin.
Beş nəvənin nənəsiydi; Leyla Arzu, Heydərin,
Allah çox uğurları bəxş eləmişdir ona,
Müdrik Sevil xanımın anasıdır bu ana.
 
Müqəddəslərə yaxın Tanrı onu seçmişdi,
Dahi Ulu Öndərə onu rəva bilmişdi.
Zərifə xanım şərəfli ömür yolu keçmişdi,
Gələcəkmi dünyaya görən bir də beləsi,
Ona oxşaya bilər nəticəsi, ya nəvəsi.
 
Ürəklərdə, qəlblərdə həmişə yaşayacaqdır,
O, əbədi məşəldir, o, sönməyən ocaqdır.
Bu xalqın məhəbbəti ona qucaq, qucaqdır,
Yaşayıb, yaşayacaq Zərifə xanım əbədi,
Ziyarətgaha dönüb onun büstü, məbədi.
 
Sücayət Hüseynova, Laçınlı

Geri qayıt