Əsas Səhifə > Redaktor seçimi > BÖYNU BÜKÜK QALAN ARZULAR

BÖYNU BÜKÜK QALAN ARZULAR


5-11-2023, 00:39
 
Mən istəyirəm buludlar ağlasın,
Uşaqlar ağlamasın analı ya anasız.
Mən istəyirəm güllər açılsın,
Güllələr açılmasın amanlı, ya amansız...
Könlüm yaman istəyir səni bu gün nədəndir,
Arı pətəyi kimi içim zədən-zədəndir.
 
 
Uca peyğəmbərimizin dilindən hədslərin birində deyilir: “Bəndənin nail ola biləcəyi bütün yaxşılıqlardan daha üstün bir yaxşılıq var. Ən böyük yaxşılıq isə budur ki, insan Allah yolunda savaşıb şəhid olsun. Bundan üstün bir savab ola bilməz”.
Tarıverdiyev Nicat Şöhret oglu Baki şəhərindəanadan olub (17.11.1998). O 132 və 134 saylı Təhsil kompleksində orta təhsil (2005-2016),  Baki Dovlet Kooperasiya universitetində ali təhsil alıb (2016-2020). Universiteti bitirən kimi -  23 iyul 2020-ci ildəöz istəyi ilə hərbi xidmətə yollanıb. Hərbi  xidmətini Bərdə qarnizonundan baslayib,sonra avqustun 12-dənMingecevir N saylı hərbi hissədə davam edib.Avqustun 23-də təlimlərə cəlb olunaraq özuyeriyən arteleriya zirehli masininda tuslayici vəzifəsine yiyələnib.
Vətən müharibəsi başlayan kimi ön cəbhə yollanıb və Murov dagın yuksəkliyinin alinmasinda istirak edib, Suqovusanin azad olunmasında qəhrəmanlıq göstərib.
Tərcümüyi hal qısa igidliyi misilsiz, arzuları sonsuz olan Nicat! Vətənin nicat tapması üçün öz arzularını yarımçıq qoyan şəhid bala! Vətən torpağını geyib əyninə, çoxdan ölümsüzlüyə qovuşan əbədi yaşar oğul! Bu gün əsirlikdən azad olunan Qarabağ xoşbəxt Anadır, övladlarından yarıyan qürurlu Ana. 
Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılangünlərin hamısı yaddaqalan olmur. Elə günlər varonlar unudulub gedir, elələri də var ki, onlar heç vaxtunudulmur, yaddan çıxmır. Belə günləri unudulmazedən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyadahamımıza bəxş olunan bir ömür payı var. Ömüryolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildəəlvida deməyinin adıdır şəhid olmaq. Allah, vətən vəmillət yolunda öz istəyi ilə canından keçməyə razıolan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədirşəhid olmaq. Xalq tərəfindən qərinələr, əsrlərkeçməyinə baxmayaraq əsla unudulmayaninsanlardır şəhidlər. Tarix boyu millətləri zəfərdənzəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhidolmaq arzusu olmuşdur. Canlarından keçməkləxalqın qəhrəmanlıq dastanını, azadlığını canı iləqazanıb qanı ilə yazanlardır şəhidlər. Məhz onlarıncanı və qanı hesabına qazandıqları azadlıq vəmüstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın ünvanı olub, kimliyini, mənliyini qoruyan insanlardır. Şəhidlər bir xalqqəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləriyararaq, xalqı işıqlı sabaha aparan, ölümləri iləölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyarinsanlardır.
 Nicat 44 günlük müharibənin hamısında iştirakedib. İlk döyüş yolu Murovdan başlayıb. Muravdağillərlə həsrət qaldığı Azərbaycan əsgərinin ayaqsəslərini eşidirdi. Bu möhtəşəm addıların arasındaNicatın da addımları vardı. Xüsusi dağ şəraitindədöyüş üçün hazırlanmış Nicat qartal baxışıylaMurovdağın sıldırım qayalarının quşqonmazyerlərinə baxıb düşmənin başına haradan odələyəcəyini kəsdirməyə çalışırdı. Dostlarına daimehtiyatlı olmağı tapşırır, özü isə elə bil təhlükənigörmür, qorxu hürkü bilmirdi. Onun döyüş yoldaşlarıdanışırlarkı Nicat bir dəfə düşmənin arxasına keçərəkonların planlarını pozmuş, hətta gecə qaranlıqdamühasirəyə düşmüş əsgərlərimizi xilas edə bilmişdi.
Nicat şəhərdə böyüməsinə baxmayaraq dağda-daşda cəld hərəkət edir, güllə yağışı altında özünüitirmirdi. Buna səbəb onun idmanla məşğul olmasıolmuşdu.  Hələ uşaq yaşlarından idmanla məşğulolan Nicat Beynəlxalq yarışlarda iştirak etmiş İran İslam Respublikasında 2-ci yerə (2012), Gürcüstan Respublikasinda isə 1-ci yerə (2014) layiq görülmüsdü.
Nicat gecə gündüz yoruldum demədən düşmənə qarşı döyüşür, onun texnikasını sıradan çıxarır, canlı qüvvəsini məhv edirdi. Onun köksünə dünya sığmır,ürəyim, qəlbi Qarabağ həsrəti ilə tutuşub-yanırdı. Qarabağımız darda, düşmən əlindədir. Düşmən tapdağında olan bu diyar bizi köməyə, intiqama səsləyir deyirdi dostlarına. Bəzən komandirləri ona bir qədər ehtiyatlı olmağı tapşıranda Nicat gülə-gülə deyirdi:
-Komandir, mənim arzularım çoxdur, onlar məni ölməyə qoymaz. Baxın bu gün gənclərimizdə, ordu və xalqımızda qəhrəmanlıq eşqi, cəsarət və igidlik ruhu hakimdir, bizim qələbəyə olan inamımız düşməni sarsıdır. Biz Qarabağı azad edəcəyik, deyirdi Nicat. 
Qələbə xəbərinə saylı saatlar qalmış xüsusi tapşırıq dalınca gedən Nicat Agdərə istiqamətindəkomandiri ilə birlikdə qəhrəmancasına səhid oldu.Qarabağ azad oldu... Ancaq Nicat o günü görmədi... Nicatın arzuları onu namərd gülləsindən qoruya bilmədi... Nicatın arzuları Nicatsız, boynu bükük qaldı... Noyabrın16-da Nicar Tariverdiyev 2-ci sehidler xiyabaninda dəfn olunub.
Ölkə prezidentinin sərəncamı ilə Nicat Vətənimizin düşmənlərdən təmizlənməsi uğrunda göstərdiyi qəhrəmanlıqlara görə şəhidliyə qovuşduqdan sonra “VETEN ugrunda”,“SUQOVUSAN ugrunda” medalları ilə təltif edilmişdir.
Qarabağ torpaqlarında dalğalanan Azərbaycan bayrağı xalqımızın şərəf və şöhrətini göylərə qaldırır. Bu qəhrəman  Tarıverdiyev Nicat kimi vətənpərvər oğulların sayəsində mümkün oldu.
Şəhid bala arxayın uyu. İndi QARABAĞDA sən istəyən kimi buludlar ağlayır, çəmənlər gül açsın deyə, uşaqlar ağlamır. İndi QARABAĞDA sən istəyən kimi güllər açılır, güllələr açılmır... Nədəndir könlümüz yaman istəyir səni bu gün, qoy arı pətəyi kimi güllələrdən zədən-zədən olmuş mübarək bədənin arxayın yatsın uğrunda can verdiyin torpaqda. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır ! 
 
 
Əli ZALOV,
kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt