Əsas Səhifə > Redaktor seçimi > ANAMDAN SONRA...

ANAMDAN SONRA...


19-01-2024, 20:15


Yaxşı və pis insan…
 
Ən gözəl insan, həddini və ədəbini bilən insandır.Gözəllik pulda, geyimdə, üzdə deyil. Gözəllik qəlbdə, dilinaltında, xoş xasiyyətdədir. Müdriklər belə deyiblər…
Böyük insanlar həm də belə buyurublar… dilinizi biredin, yəni bir söz danışın. Kişi gərək yersiz danışmasın, özdilini qorusun. Çünki dil, sahibinə qarşı itaətsizdir. Əgərcilovunu buraxsa onu təhlükli yerə ataraq məhv edər.Möminin dili qəlbinin arxasındadır. Yəni sözü qəlbindən gəlirvə etiqadına əsaslanır. Allahın böyüklüyünü qəbul etməyənkəslər isə dilinə gələni deyər.
Mən bu kitabda heç bir yalana yol verməyəcəyəm.Böyüklərdən nəyi necə eşitmişəm, görmüşəm eləcədəyazacam. Bir sözlə, mömin kəslər timsalı dilim daim qəlbiminarxasında olacaq. Yəni hər bir sözüm Allahın böyüklüyünüqəbul etməklə, etiqadıma əsaslanaraq qəlbimdən gələcək.

Məndən çox əvvəl keçmişdə, yaxudda elə gözlərimqarşısında olmuş əhvalatları, baş vermis vaqeələri nə vaxtqələmə alsam bu günümdən daxili aləmimə, iç dünyama eləbil pəncərə açılır. İç dünyamda illərlə yığılıb qalan, nə vaxtsayazacağım əhvalatlar növbəyə düzülür. Kimi, nəyi birinciyazım. Bəzilərinin üstündən keçmək istəyirəm… yazmaqistəmirəm. Bayaq dediyim iç dünyama düşən işıq hansısaqüvvə ilə məni məcbur edir. Hamısını yazmalısan. Ədalətlə, ləyaqətlə.
İnsanların həyatının hansısa dönəmində zahirdə bir cür, batində isə başqa cür olan ikiüzlü adamlar olur. Beləadamların söz və əməllərinə inanıb arxasınca getmək ləyaqətliinsanların zəlalət və azğınlıq yolunda zəlil olmasına səbəbolar. İkiüzlü adamlar özlərini müxtəlif rənglərə və hallarasalar, hər an hər məclisdə öz danışıq və davranışları ilə, pisməqsəd və yanlış fikirləri ilə sadəlövh insanları aldatmaq üçünbir rəngə düşərlər.

Paxıl, ikiüzlü insanların zahirləri pak və təmiz görünsədə, qəlbləri xəstə olur. Onlar dildə həqiqəti sevər, əməldə onadüşmən kəsilərlər. Belələri sözdə haqqın tərəfində olarlar, əməldə isə haqdan yeddi ağac uzaq gəzərlər. Bu cür insanlarınsifətləri dərddən qurtaran dərmana oxşasada, sözləri şəfavericiməlhəmə bənzəsədə, əməlləri əlacı olmayan bir dərd kimidir.
Paxıl və ikiüzlülər insanların rifah içində olmalarınıistəməz, onlarla üzdə dostlaşaraq rahatçlıqlarının əldənçıxmasına vəsilə olar, çətinlik və bədbəxtçiliyə düşmələrinəçalışar, sabaha ümidlərini qırarlar.
İç dünyası qaranlıq, xəbis, mənəviyyatca yoxsul olaninsanlar bir-birini tərifləməyi bir-birilərinə borc verər və onunqarşılığını gözləyərlər. Bir sözlə, öz aralarındakı birinitərifləsələr, başqa bir yerdə o da onu tərifləməsini umarlar.İstəkləri olanda israr edər, mümkün yaxud qeyri mümkün olsabelə onu əldə etməyə çalışarlar. Birinin ümidsizliyini, hərhansı bir işdə ehtiyatsızlığını öz tamahları və mənfəəətləriüçün vasitə edərlər. Belə adamlar murdarlığa gedənməqsədlərini elə tərzdə açıqlayar və onu bəzəyərlər, haqqşəkilinə salarlar ki,  sadəlövh adamları aldada bilsinlər. Həyatda ən təhlükəli insan, bəd niyyətini gizlədərək, sənə dost kimi görünmək istəyən insandır.

Özündən kiçiyi danlasalar pərdəni götürər, bütüneyiblərini açaraq onu rüsvay edərlər. Bir dəfə şahidi olmuşam.Böyük qardaş rəisliyi altında işləyən kiçik qardaşı necəalçaldıb, təhqir etdiyinin şahidi olmuşam. Böyük qardaşkiçiyə:
-Sənə maaş verirəm ki, mən danışanda əl çalasan, -demişdi.
Bir dəfə hökümdar bilmək istəyirdi ki, əgər uşaqlaranadan olan gündən onlarla heç kim ünsiyyət qurmasa hansıdildə danışacaqlar. Bu məqsədlə bir dəstə uşağı bir yerətoplayır. Onlara xüsusi qulluqçular təyin edir. Göstəriş verirki, uşaqlara lazımı qulluq edin, yedizdirin, çimizdirin, ancaqonlarla danışmayın. Hökümdar bu dəhşətli təcrübədə istəyinəçata bilmədi, çünki uşaqların hamısı sonda öldü.

İndi elm sübut edir ki, insanlara yaxşı yeməklə, isti evlə, bərəkətli, bol məhsul verən torpaqla yanaşı şirin, nəvazişli, mehriban sözlərdə lazımdır.

Deməli, uşaqlar qayğıkeş, mehriban sifətlərdən və onlarabaxanların nəvazişli sözlərindən məhrum olduqlarına görəölüblər. Şirin dil, qəlb oxşayan sözlər insana yemək - içmək,təmiz hava qədər gərəkli və vacibdir. İnsan dərdini biri iləbölüşməsə, kimdənsə xoş söz eşitməsə ürəyi bu dünyanınacısına tab gətirməz.
Həyatda daim qəlbi qara, mənəviyyatı çürük insanlardanqaçmışam. Belə insanlardan həyatda uzaq olduğum kimi, onlardan  buradada söhbət açmayacağam. 

Kiminin əvvəli, kiminin axırı... qədimdən atalar belədeyib.

İnsan qəribədir… Dünənindən dərs ala bilməyən, bugününə şükür etməyən sabahından necə əmin ola bilər...Xoşbəxtlər özlərindən əvvəlkilərin başına gələn əhvalatlardanibrət alarlar, bəd əməlləri ilə sonrakılara ibrət olmazlar. Necədeyərlər, özgə əzabından gərək dərs alasan ki, sonara özgələrəibrət olmayasan.
Valideyinlərimə çox bağlı olmuşam. Onlardan eşitdiyimsöz-söhbətləri haçansa unudacağımdan qorxuram. Ona görədə fikirləşdim yaddaşım yaşadıqca yaddaşımda yaşayacaqtarixi yazım. İki həyat haqqında. İki böyük insanın böyükömürləri haqqında. Və bir də özümün kiçik ömrüm haqqındayazım. Atam və anamın ömürləriylə keçən ömrüm, onlarınölümləriylə keçən ömrüm, bir də onlarsız keçən ömrümhaqqında. Atamla 42, anamla 57 il yaşadım.  

Bu sətirləri yazanda daha onlar həyatda yoxdur. Necədeyərlər bu dünya bir pəncərədir hər gələn baxıb gedər.Dünyanın bu qəribə pəncərəsindən baxıb keçənləri cismənbird aha görmədiyimiz kimi, nə vaxtsa zaman keçdikcə buqəribə, sirlərlə dolu pəncərənin qabağında baxıb bizi dəgörməyəcəklər. Bəlkə dünya bir pəncərədir hər gələn baxıbkeçər desək daha uyğun olar. Çünki insanın bu maddidünyada sonuncu anına keçindi – öldü deyirlər.

2007-ci ildə dünyanın bu müdhiş pəncərənin qarşısındanatam baxıb keçəndə anam ölümün ondan əbədi ayırdığı insanasönsuz məhəbbətini sinələri dağlayan bu sözləriylə yaddaşımayazdı.
 
Sirrim vermə yada sən,
Ya mən gəlim, ya da sən.
Cəsəddə can titrəyər,
Hər düşəndə yada sən.
 
Daha atam yox idi... Matəmin birinci günlərinə nisbətən, sonrakı dövrləri daha ağır, daha göynəkli olur. Hələ təzə-təzəyaranın yeri, dərdin ağırlığı hiss olunmur. Əsirlərdən bəriqanımıza, canımıza işləmiş adət ənənələrimiz – cüməaxşamları – yaxınlar yığışır, dərdləşirik, fikirlərimizibölüşürük, bir-birimizə xatirələrimizi danışırıq. Sonra qırxməclisi, bird aha yaxından uzaqdan gələnlər, dualar, dahanələr, nələr…

Günlər ayları qovdu, 365 gün tamamlandı. Əbədiayrılığın bir il nə tez gəlib keçdi.
Hamımız danışdığımız vaxtda atamızın məzar başınatoplaşırıq... Başında qaragül quzunun dərisindən gümüşürəngdə Buxara papağı olan axund sinələri dağlayan, birçoxumuzu göz yaşlarına boğan kədərli səsiylə ata itkisindənbəhs edən qəsidə oxuyurdu. 

Qara qranitdən yonulmuş məzar daşından atamınşəkilinin arxa fonunda saç saqqalı qar kimi ağarmış bir qocasanki mənə baxırdı. Elə bil ustadlar ustadı Sədinin şirinkəlamlarını qulağıma pıçıldayırdı.  Deyəsən sözləri belə idi…
 
Yaşadıq dünyada biz də bir müddət,
Etdik bacardıqca neçə nəshiət.
Onu dinləməsə bir kəs nə olar.
Qoy bizdən dünyada qalsın yadigar.
 
Son borc... Bəlkədə aramızda olan kimsə bir daha buməzarın başına gəlməyəcək. Necə deyərlər fikirləşəcək“Bağda ərik var idi, salam məlik var idi”.
Atamın insana əksəriyyəti sevinc gətirən və məftun edənsöhbətlərinə qulaq asdıqca həmişə ürəyim fəxarət və qürurhissilə dolub. Mənim üçün atamın nəshiətləri şəfaverici, məsləhətləri isə bala qarışdırılmış dərddən qurtaran dərmankimi idi.
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt