Əsas Səhifə > Redaktor seçimi > Tələbələr Heydər Əliyev mərkəzində…

Tələbələr Heydər Əliyev mərkəzində…


10-10-2024, 15:00
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
                                 HEYDƏR ƏLİYEV


Yeni Azərbaycan Partiyası Ü.Hacıbəyov 68 Ərazi Təşkilatı sədri S.Qurbanov partiyanın fəalları ... ilə birlikdə aktiv tələbələrin Heydər Əliyev Mərkəzində ekskursiyasına rəhbərlik etmişlər.  
Tələbələr Heydər Əliyev Mərkəzində Ulu Öndərin əsasını qoydugu Azərbaycanda multikulturalizmininkişaf perspektivlərinin çiçəklənməsinin şahidi oldular. Tələbələr ADPU-nun bütün fakültələrindən seçilmişdi, onlar burada gördüklərini öz qruplarında paylaşmaq, təəssüratlarını bölüşmək üçün foto və video materiallar çəkib götürürdülər. Heydər Əliyev Mərkəzində demək olar ki, dünyanın hər tərəfindən nümayəndə heyəti və turist qrupları vardı. Bu qruplara mərkəzin işçiləri Ulu Öndərin fəaliyyəti barədə məlumat verirdi. 
Tələbələrimiz Hindistan, Vyetnam, Çin, Yaponiya, Malaziya, Rusiya, Belorusiya və bir çox dünya xalqalarını təmsil edən çoxsaylı qruplarla tanış oldular. Bu xalqların nümayəndələri ölkəmizdə olan əmin-amanlıq, sakit həyat və təhsil şəraitinə görə onları təbrik edirdilər. 
Azərbaycanda multikulturalizmin dərin kökləri var və bu sahədə Heydər Əliyevin rolu danılmazdır. ADPU tələbələri Heydər Əliyev Mərkəzində dahi rəhbərimizin fəaliyyətinin dünya xalqlarını maraqlandırdığının, onun əsərlərinin, həyata keçirdiyi lahiyələrinin dünya xalqlarının nümayəndələritərəfindən öyrənildiyinin şahidi oldular.  
Mərkəzdə tələbələrə Ümummilli liderimiz Heydər Əliyevin ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirdiyi, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar apardığı barədə məlumatlar verildi. Qeyd olundu ki, böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ümummilli Liderimiz daim qeyd edirdi ki, cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla cəmiyyət və dövlət özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən dahi insan Heydər ƏliyevMərkəzi onun fəaliyyətini işıqlandırmaqla Azərbaycanın gələcəyini də uğurlu yollara yönəldir.
Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Məhz bu məsələlər Yeni Azərbaycan Partiyası Ü.Hacıbəyov 68 Ərazi Təşkilatı  tərəfindən dəyərləndirilmiş, bu il yüksək balla I kursa daxil olmuş ADPU tələblərinin Ulu Öndərimizin memarı olduğu Azərbaycan Respublikasının bu günlərə hansı yollarla gəldiyini əyani surətdə görmələrini təmin etmişdir. 
Yeni Azərbaycan Partiyası Ü.Hacıbəyov 68 Ərazi Təşkilatı sədri Sultanəli Qurbanov tələbələrlə söhbət apararkən qeyd etmişdir ki, Ümummilli LiderimizHeydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmişdir. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsitəşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlərİttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu aliməktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin alitəhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimihazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışanölkə rəhbəri demişdir: “Bütün bunların hamısı ovaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yenimütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çoxməmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsənmənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdanölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərinən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasətiHeydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilkillərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biriolmuşdur. Qeyd etdiyimiz kimi, hələ Sovethakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şəraityaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı aliməktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağagöndərilir və savadlı kadr kimi vətənə qayıdaraqfəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərinböyük bir qismi bu gün müstəqil AzərbaycanRespublikasının dövlət quruculuğunda yaxından iştirakedir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizininkişafında əvəzsiz xidmət göstərirlər. Ulu öndərimizsavadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bugənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddicəhətdən təmin edilir, yüksək, mükəmml təhsilalmalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ənçox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyevgənclərə arxalandığı kimi, gənclərdə onu böyük birlider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlətquruculuğumuzun banisi kimi qəbul edirdilər.
22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrilmişdi.
Ümummilli liderimiz  Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq prezident İlham Əliyevin uğurlu siyasətininnəticələri özünü əhalinin rifah halınınyüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir.
Dövlət başçısının 2007-ci ili gənclər ili kimi qeydetməsi çox mühüm tarixi hadisə idi. Bu sərəncamAzərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edir. İndi iqtisadiyyatın müxtəlifsahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyükəhəmiyyət kəsb edir. Bu hər şeydən əvvəl dövlətimizingənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir.Azərbaycan gəncliyinin beynəlxalq gənclər hərəkatınainteqrasiyası sahəsində böyük uğurlar qaznılmışdır.Respublikanın gənclər təşkilatları  BMT-nin, YUNESKO-nun, Avropa Şurasının, Avropa Birliyininvə s. beynəlxalq qurumların gənclər proqramlarınaqoşulur, birgə layihələrdə iştirak edir, MDB və digərölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər.
Beləliklə, bu gün hər bir Azərbaycan gənciümummilli lider Heydər Əliyevin ideyalarını özfəaliyyətində daim rəhbər tutmalı, Azərbaycangəncliyinin lideri olan möhtərəm prezidentimizİlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanınmüstəqilliyinin əbədi yaşaması üçün yumruğunubir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyivətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəniarenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.
Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur.Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər HeydərƏliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. 
Azərbaycanda müasir gənclər siyasəti isə 1994-cü ildə başlamışdır. O il Ulu Öndər Gənclər və İdmanNazirliyini yaratdı. Gənclər və İdman Nazirliyininyaradılması çox əlamətdar hadisə idi. Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlanılmışdır.

Amaliya Həsənova





Geri qayıt