Əsas Səhifə > Redaktor seçimi > 1929-cu ildə kimya üzrə Nobel mükafatçısı - ARTUR QARDEN (1865-1940)
1929-cu ildə kimya üzrə Nobel mükafatçısı - ARTUR QARDEN (1865-1940)7-04-2025, 19:47 |
![]() O, şəkərin daha bir fosfor efiri – heksozomonofosfatı aşkar etmişdir (1914). Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qeyri üzvi fosfatlar qıcqırmanı sürətləndirir. Artur Qarden həmçinin qıcqırmanı sürətləndirən fermentləri – karboksilazanı, katalazanı, pereksidazanı öyrənmişdir. İngilis fizioloqu U.M. Beylis (1860-1924) ilə birlikdə “Biochemical Journal” təsis etmişdir (1906) . Yeri gəlmişkən qeyd edək ki, Uilyam Meddok Beyliss (2 may 1860-cı ildə anadan olub, Vulverhempton - 27 avqust 1924, London) - İngilis fizioloqudur. Uilyiam Meddok Beyliss Vadham Kollecində və London Universitet Kollecində təhsil alıb. O, 1888-ci ildən London Universitetində işləyirb (1912-ci ildən professor olub). Ernest Starlinqlə birlikdə sekretini (1902) kəşf etmişdir. O, fermentlərin təsirinin fiziki-kimyəvi əsaslarını, adsorbsiya hadisəsini tədqiq etmişdir və fizioloji proseslərdə maddələrin kolloid vəziyyətinin rolunu göstərmişdir (1904). U.M. Beylis London Kral Cəmiyyətinin Kral Medalına(1911) və Kopli medalına layiq görülmüşdür (1919). O, “Ümumi fiziologiyanın əsasları” (1915) və “Ümumi fiziologiyaya giriş” (1927) əsərlərinin müəllifidir. Artur Qarden həmkarı Hans Karl Avqust Simon Fon Eyler-Helpin ilə birlikdə şəkərin qıcqırması və fermentlər üzərində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1929). O, London Kral Cəmiyyətinin üzvü olmuş və Devi Medalı ilə mükafatlandırılmışdır (1935). Artur Qarden İngiltərədə Bakingemşir qraflığında 74 yaşında vəfat etmişdir (1940-cı ilin aprelin 17-də). Əli Zalov, Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |