Əsas Səhifə > Redaktor seçimi > 1935-ci ildə kimya üzrə Nobel mükafatçısı – İREN JOLİO-KÜRİ (1897-1956)

1935-ci ildə kimya üzrə Nobel mükafatçısı – İREN JOLİO-KÜRİ (1897-1956)


22-04-2025, 17:32

 


Nobel mükafatı laureatı Mariya və Pyer Kürilərin ilk övladı və Frederik Jolio- Kürinin həyat yoldaşı İren Jolio- Küri Parisdə anadan olmuşdu (1897-ci ilin sentyabrın 12-də). İren Jolio-Küri ailənin ilk övladı idi. Pyer Küri yaşıdlarından əqli cəhətdən daha tez inkişaf edən, yaşına görə qeyri-adi öyrənmək həvəsi nümayiş etdirən balaca qızına çox vaxt ayırırdı. Fransız inqilabçılarına (1848), Paris kommunasına köməklik göstərmiş (1871) ata babası Ejen Küri İren çox kiçik olduğu zaman onlara köçmüşdü. Anası laboratoriyada çox məşğul olduğundan İren vaxtının çox hissəsini zəngin mənəviyyata və siyasi dünyagörüşə malik babası ilə keçirirdi. Ejen Küri ixtisasca həkim idi. O, liberal sosialist olmaqla yanaşı, həm də din və ruhaniliyin nüfuzuna qarşı çıxan adam idi. Babası İrenin siyasi baxışlarının formalaşmasına dərin təsir göstərməklə yanaşı, onda siyasi məsələlərə böyük maraq və cəmiyyətə bağlılıq yaratmışdı. Babasının hələ uşaqlıq illərində onda siyasətə qarşı oyatdığı dərin maraq İreni ömrünün sonuna kimi tərk etmədi və o, həmişə ictimai işlərdə də ön sıralarda addımladı. İren Kürinin 10 yaşı olan zaman atası, dünyaca məşhur alim, Nobel mükafatı laureatı Pyer Küri yol qəzası nəticəsində dünyasını dəyişdi. Atasının itkisi İrenin həyatında çox kədərli bir iz buraxdı və o, uzun müddət atasının yoxluğu ilə barışa bilmədi. Lakin 16 yaşında İren böyük alim Eynşteynlə tanış olur. İrenin rəfiqəsi fizik Ejen Kottonun sözlərinə görə, “Albert Eynşteyn az bir zamanda İrenin elmi istedadının fərqinə varmış və onunla dostlaşmışdı. Bu böyük dostluğa o heç vaxt xəyanət etməmişdi”. Halbuki bu dostluğun təməli qoyulanda İrenin cəmi on altı yaşı vardı.İren Küri 9 yaşında anasının, məşhur fiziklər Polem Lanjeven, Jan Perren ilə birlikdə yaratdığı kooperativ məktəbdə məşğələlərə başladı. Özü də daxil olmaqla, Mariya Kürinin məşhur alim həmkarları həmin məktəbdə dərs deyirdilər. Adi məktəblərdə olduğu kimi, burada yalnız təbiət elmləri tədris olunmur, şagirdlərə həm də fiziki cihazlarla davranma vərdişləri aşılanır, onlar kimyəvi reaktivlərlə tanış edilir və müxtəlif kimyəvi təcrübələrdə iştirak etməyə cəlb olunurdular. Beləliklə, şagirdlər Sorbon Fizika və Kimya Məktəbinin laboratoriyalarında olduğu kimi, vaxtlarını daima elmi iş şəraitində keçirirdilər. İren Sevine kollecinin 1-ci Dünya müharibəsi ərəfəsində bitirir və təhsilini Parisin məşhur Sorbon Universitetində davam etdirir. Müharibə Mariya Kürinin qarşısına yeni vəzifələr qoydu. Minlərlə yaralı fransız əsgər və zabitlərinə xidmət göstərmək üçün cəbhədə hərəkətli rentgen aparatlarına ehtiyac var idi. Mariya Küri o dövr üçün yeni olan bu işin təşkilini öz üzərinə götürdü. O, İrenə rentgen texniki peşəsini öyrətdi və onlar aparatları ilə birlikdə sahə hospitallarına getməyə başladılar. İren və onun kiçik bacısı Yeva ilk təhsillərini analarının rəhbərliyi altında alırlar. Mariya Kuri istəyirdi ki, qızlarına ən yaxşı təhsil versin, odur ki, özünün ən yaxın dostları -  Fransanın görkəmli alimləri ilə birlikdə onlar İrenin yaşıdları olan onlarla uşaq üçün məktəb təşkil  edirlər. Həmin uşaqlara Riyaziyyatı Pol Lanjever,  kimyanı məşhur  Jann Perren, fizikanı  Mariya Küri öz  laboratoriyasında deyirdi. Bu məktəbdə uşaqlara həmçinin ədəbiyyatı, tarixi, xarici dili, rəsm çəkməyi, model düzəltməyi, tikiş tikməyi və hətta bostançılıq öyrədilirdi. İren ilə birlikdə bu məktəbdə sonralar məşhur fiziklər olmuş Fransis Perren və Jan Lanjeven də var idi. Mariya Kuri eyni zamanda uşaqların  idman tərbiyəsinə də böyük diqqət yetirirdi: onlara üzmək, xizək sürmək öyrədirdi. Bu ideal məktəbdə iki il oxuduqdan sonra İren Sevinc Kollecinədaxil olur. 14 yaşlı İren anasını Stokholma gedərkən müşayətedir və ona ikinci Nobel mükafatını təqdim etmə mərasimindəiştirak edir (1911). Həmin möhtəşəm salonda 24 il sonra isveçkralı Qustav süni radioaktivliyin kəşfinə görə İren Küri vəFrederik Jolio-Küriyə Nobel mükafatı təqdim  edəcəkdir.İren eyni zamanda anasını Fransaya turist səyyahətlərindədə müşayət edirdi. Bir yay fəslində onlarla birgə səyahətdəAlbert Eynşteyn və oğlu da iştirak etmişdi (1913). OnlarınMariya Küri ilə söhbətləri İren üçün sözün əsl mənasında həqiqikəşf idi.
 Parisdə Mariya Skladovskaya-Küri öz laboratoriyasındatexnik-rentgenoloqlar məktəbi yaradır ki,  texniki məşğələlərinrəhbəri İren olur. Müharibə dövrü İren üçün müxtəlif vəzifələryaratmışdı. Belə ki, o, kiçik bacısı ilə birlikdə  cəbhəyəçağrılmış kəndliləri əvəz edirdi (1916). Onlar Bretonda ottayalarını yığaraq ot üyüdəndə doğrayırdılar. Müharibənin sonar (1918)  radium institutunda dayandırılmış elmi-tədqiqat işləriyenidən bərpa olunur və İren Küri laboratoriyaya laborant təyinolunur. İren Sorbon universitetindən məzun olduqdan sonraanasının rəhbərliyi altında üzərində işləyir (1920) vəpoloniumun buraxdığı alfa-hissəciklərin tədqiqinə aid doktorluqdissertasiyası müdafiə edir (1925).
İren öz elmi işlərini anasının laboratoriyasında davametdirirdi. O, həmişə preparatları anası kimi özü hazırlayardı, cihazlar üzrə hesablamaları heç kimə həvalə etməzdi. Onun elmiişləri məzmun dərinliyi və nəticələrin dəqiqliyi ilə seçilirdi. Bu laboratoriyada Fransa fiziki  Frederik Jolio da çalışırdı. Radioaktivlik sahəsində İren Frederikdən çox bilirdi və tez-tezona kömək edirdi.
Onlar laboratoriyada bir yerdə işləyirdilər, meşələrə vədağlara birgə səyahət edirlər. İren poeziyanı bilirdi, şerləryazırdı, musiqini sevirdi. Bütün fəliyyətləri bir-birinə dərindənbağlı olan bu istedadlı gənclər nəhayət ailə qururlar (1926-cı ilinoktyabrın 14-də).
Bir neçə ildən sonar İren və Frederik beriliumu alfa-hissəciklərlə bombardman edərkən yaranan berilliumşüalanmasının tədqiqi ilə məşğul oldular (1931).  Boto vəBekkerelin işlərini təkrar edərək İren və Frederik belə nəticəyəgəldilər ki, berillium şüaları elektromaqnit dalğaları deyil, naməlum hissəciklər axınıdır, başqa sözlə, korpuskulyar təbiətəmalikdir. Bu nəticələrə əsaslanaraq ingilis fiziki Çedvikneytronu kəşf etmişdir (1932).
Brüsseldə ən məşhur fiziklərinin iştirakı ilə keçirilənSolveyev konqresində Jolio-Kürinin süni radioaktivliyin kəşfi iləbağlı məruzəsi şübhə ilə qarşılanmışdı (1933). Yalnız böyükşəxsiyyət olan Rezerford gənc alimləri dəstəklədi. BrüsseldənKembricə qayıdan Rezerford Parisdəki Radium İnstitutunaməktub yazaraq, onların ixtirasını yüksək qiymətləndirdiyinibildirdi.
İren və Frederik Leninqradda keçirilən atom nüvəsi üzrəÜmumittifaq konfransda iştirak etmək üçün SSRİ-yə gəlirlər(1933-cü ilin sentyabrında). Bundan bir neçə il sonar İren ElmlərAkademiyasının dəvəti ilə Moskvaya gəlir və ilk Mendeleyev  məruzələrində süni radioaktivlik haqqında məruzə edir (1936).
Frederik İren ilə birlikdə süni radioaktivlik hadisəni kəşfedirlər və süni radioaktiv izotoplar almışdılar (1934). Süniradioaktivliyin kəşfinə görə İren və Frederik kimya üzrə Nobel mükafatına layiq görüldülər (1935). Anası vəfat etdikdən sonraİren radium institutunda direktor vəzifəsində anasını əvəz edirvə Sorbon universitetində təbiət elmləri fakultəsinin professoruolmişdu. O, Milli elm fondunun işlərinə rəhbər (1935), bir il sonra isə Fransada elmi-tədqiqat işlərinə rəhbərlik üzrə xalqmaarif nazirinin müavini təyin olunmuşdu (1936).
İren Yuqaslaviya alimi, fizik Pavl Saviç ilə birlikdə uran və  toriumda neytronlarla yaradılmış süni radioaktivliyi tədqiqedərək müəyyən edirlər ki, nüvə reaksiyalarının məhsullarındanbiri trans uran elementi yox, Mendeleyev cədvəlində ortahissədə yerləşən lantandır (1938). Bu tədqiqatlar atonenergetikasını yaratmaq üçün yol açdı.
İkinci Dünya Müharibəsi zamanı Almaniyanın Fransanıişğal (1940) etməsinə baxmayaraq, İren Jolio Küri və həyatyoldaşı Frederik Jolio Parisi tərk etmədilər və buradaMüqavimət hərəkatında iştirak etməyə başladılar. Gestapodaİrenin həyat yoldaşı Frederik Jolionun fəaliyyəti ilə bağlı şübhəyaranmışdı (1944)  və həmin il o, gizli fəaliyyətə keçən zaman İren iki övladı ilə qaçaraq, Fransa azad edilənədək İsveçrədəyaşamalı olur. Başı bəlalar çəkmiş bu məşhur alimə hər yerdə vəhəmişə ehtiyac var idi. Amma o, Fransanı çox sevirdi. Yaşamaq, balalarını xilas etmək üçün İsveçrədə sığınacaq tapsa da, vəziyyət normal hala düşən kimi vətəninə qayıtdı və cı ildə onuRadium İnstitutunun direktoru kimi vəzifəsin davam etdirdi(1946).
İkinci Dünya Müharibəsi qurtardıqdan sonra İren atom enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı əzmlə  mübarizə aparırdı və atom enerjisi üzrə Komissarlığa daxil oldu(1946). İren Jolio-Küri sülh uğrunda mübarizəsinə görə heç birrəsmi izahat verilmədən Komissarlıqdan uzaqlaşdırılmışdır(1951). İren Belçikanın və Hindistanın akademiyalarının üzvü, İngiltərənin Edinburq universitetinin fəxri doktoru və SSRİ elmlər akademiyasının xarici müxbir üzvü seçilmişdir (1947).Onun rəhbərliyi ilə Paris yaxınlığında Orsda nüvə mərkəzininplanı işlənib hazırlaır (1952) və tikinti bir neçə ildən sonar başlanır (1955). Ancaq həmin dövrdə İrenin şüa xəstəliyişıddətlənmişdir.
Bundan bir il sonra Ümumdünya Sülh Şurasının üzvü, Sorbon universitetinin professoru və radium institutunda Kürilaboratoriyasının direktoru, Nobel mükafatı laureatı İren Jolio-Küri şüa xəstəliyindən vəfat edir (1956-cı ilin martın 17-də).Həmin il Ümumdünya Sülh Şurası ölümündən sonraİren Jolio-Kürini  fəxri sülh mükafatına layiq görür (aprelin 27-də).

Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt