Əsas Səhifə > Redaktor seçimi > 1937-ci ildə kimya üzrə Nobel mükafatçısı - VOLTER NORMAN XOUORS (1883-1950)
1937-ci ildə kimya üzrə Nobel mükafatçısı - VOLTER NORMAN XOUORS (1883-1950)Bu gün, 00:45 |
![]() O, Nyukasla köçmüş (1920) və beş il müddətində Darxem universitetində analitik kimya professoru kimi çalışmış və bundan sonra Birmingem universitetində işləməyə başlamışdır. Karbohidratların tədqiqi ilə məşğul olaraq (1925) o, ehtimal etdi ki, qlükoza molekulunda altı karbon atomu həlqəvari birləşərək tsikil əmələ gətirir. Bu model əvvəllər şəkərli maddələrin xətti quruluşlu olması haqqında təsəvvürlərdən fərqli olsa da birləşmələrin xassələrini izah etməyə imkan verdi. Oxşar birləşmə olan heksaron turşusunun tədqiqi onun ehtimallarının doğruluğunu göstərdi. Bu karbohidratın molekulu da altı atomdan ibarət həlqəyə malik idi. Bu maddə vitaminsizlik nəticəsində diş ətində əmələ gələn sinqa xəstəliyinə qarşı istifadə olunduğundan Volter onu askarbin turşusu və ya C vitamini adlandırmışdır. Tezliklə o, bu maddəni süni olaraq sintez etdi və dünyada vitamin alan ilk insan oldu. Xouorsun bu kəşfi olduqca böyük əhəmiyyətə malik idi. Volter Norman Xouorsa “karbohidratların tədqiqi və C vitaminin sintezinə görə” kimya üzrə Nobel mükafatı verilmişdir (isveçrə üzvi kimyaçısı, riyaziyyatçısı və biokimyaçısı Paul Karrer ilə birlikdə)(1937). Onun bu kəşfi digər həyatı əhəmiyyətli vitaminlərin sintezinə gətirib çıxaran gələcək tədqiqatların əsasını qoymuşdur. O, Nobel mükafatı aldığı il artıq Xouors praktiki məqsəd üçün yararlı olan ilk vitamin partiyasını aldı (1937). Professor Xopkins ilə birlikdə Mançestr universitetində onun istehsalı üzrə xüsusi laboratoriya yaratmışdır. Brimingemdən Mançestrə daimi gediş-gəliş və laboratoriyada uzun müddətli iş Xouorsun sağlamlığına mənfi təsir etmişdi. Həkimlər güclü onda əsəb gərginliyinin olduğunu müəyyən edirlər və elmi işləri məhdudlaşdırmağı tələb edirlər. Bundan sonar alim bir neçə ay sanatoriyada müalicə alır və məzuniyyətə çıxır. Yalnız bir neçə ildən sonar gücü bərpa olunur və o, tam güclü ilə elmi işə başlaya bilir (1941). Nüvə proqramı üzrə işə başladıqdan sonra Xouors atom enerjisi üzrə Britaniya kimya komissiyasına və yüksək təmizlikli uran və flüorüzvi birləşmələr almaq işlərinə rəhbərlik edir. O, Brimingem universitetində dərs deyir və kimya fakultəsinin dekanı olur (1943-1946). Xouors dekan vəzifəsini tərk etdikdən sonar Londona köçür. Kifayət qədər qapalı xarakterli olan Xouorsda həyat eşqi çox böyük idi. O, yorulmadan səyahət edər, qədim kitabları və rəsm əsərlərini toplayardı, antik ədəbiyyatın pərəstişkarı idi. Zaman keçdikcə o, elmi işdən kənarlaşır, amma bir neçə dövlət komissiyasının üzvü olmaqda davam edir. O, Avstraliyada 7-ci Sakit okean elmi konqresində İngiltərəni təmsil edir, sonra Adelaiddə, Sidneydə və Melburnda bir neçə universitetdə mühazirələr oxuyur (1949). Xouors Birmingemdə ürək tutmasından vəfat etmişdir (1950-ci ilin martın 19-da). Əli Zalov Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |