Əsas Səhifə > Siyasət > Azərbaycan, İran və Gürcüstanın enerji sistemləri birləşdirilir...

Azərbaycan, İran və Gürcüstanın enerji sistemləri birləşdirilir...


25-09-2018, 14:48
     Azərbaycan-İran-Gürcüstan elektrik dəhlizinin yaradılması prioritet məsələlərdən biridir. Bu sözlər Azərbaycan Energetika Nazirliyindən bildirilib.
Nazirlikdən deyiblər: “Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında elektrik enerjisi idxal-ixracının mövcud texniki gücü 650 meqavatt, Azərbaycan və İran arasında 400 meqavatt təşkil edir. Bu güclərin artırılması ilə bağlı tədbirlər aparılır, həmçinin Azərbaycan-İran-Gürcüstan enerji dəhlizinin inkişafı üzrə danışıqlar gedir”.
Qeyd olunub ki, hazırda Rusiya Energetika Nazirliyi ilə “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi barədə danışıqlar aparılır:
“Azərbaycan, Rusiya və İran energetika nazirləri müavinlərinin bu ilin aprelində Bakıda keçirilmiş üçtərəfli görüşü zamanı Azərbaycan və Rusiyanın enerji sistemləri arasında 330 kilovoltluq “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi ilə bağlı tədbirlər barədə razılıq əldə edilib. Bu razılıq əsasında işçi qrupu çərçivəsində iki ölkə nümayəndələri arasında müzakirələr davam etdirilir”.
Geri qayıt