Əsas Səhifə > Sosial > Bakıda zibil fərqli üsulla daşınacaq...

Bakıda zibil fərqli üsulla daşınacaq...


3-09-2018, 13:35
    Son vaxtlarda paytaxt Bakı şəhərində təmizlik və abadlıq işlərinin aparılmasında müsbət dəyişikliklər müşahidə olunur.
Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, şəhərin mərkəzində aparılan işlərlə yanaşı, şəhərətrafı qəsəbə və yaşayış məntəqələrində də bu işlərə xüsusi diqqət yetirilir. Şəhərdə həyət və məhəllərin əsaslı təmirləri, yeni abad həyət və məhəllələrin yaradılması, burada sakinlərin istirahətinin təmin olunması ilə bağlı işlər davam edir ki, bu da öz növbəsində haqlı olaraq vətəndaşlar tərəfindən çox müsbət qarşılanır. Şəhərdə aparılan müşahıdələr həqiqətən də məişət tullantıları, xüsusilə də tozun azalmasını göstərir. Bu işlər şəhərətrafı qəsəbələrdə də öz əksini tapıb.
    Görülən işlər ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış kompleks tədbirlər planına uyğun həyata keçirilir. İlk nöbbədə əvvəllər az diqqət yetirilən Bakı ətrafı qəsəbələrdə və yaşayış sahələrindəki çoxmənzilli binaların fasadlarının, giriş hissələrinin əsaslı təmirini, ümumi təmizlik işlərinə olan diqqətin artırılmasını qeyd etmək lazımdır.
    Şəhər İcra Hakimiyyətindən verilən məlumatlara görə, bu gün tullantıların daşınması və ilk növbədə, zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur. Bunu nəzərə alaraq artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür. Lakin bu müvəqqəti haldır, çünki yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub. Belə ki tullantıların çeşidlənməsi məqsədi ilə yeni xüsusi konteynerlərin qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xaricı ölkələrin təcrübəsindən yararlanmaq məqsədilə xarıcdən mütəxəssislər dəvət olunub və hazırda işlər aparılır.
    Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsinə, sakinlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, bu işlər gələcəkdə daha da genişləndiriləcəkdir.
Modern.az
Geri qayıt