Əsas Səhifə > Tarix > Şirvanşahlara aid hərbi geyim və silahlar İstanbuldan Bakıya gətirilib

Şirvanşahlara aid hərbi geyim və silahlar İstanbuldan Bakıya gətirilib


25-10-2018, 17:04

      İstanbul Əsgəri Muzeyinin əməkdaşları Ömər Faruk Arslan və Dinçer Karasoy Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
    Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı qonaqlara muzey haqqında ətraflı məlumat verib.
Ömər Faruk Arslan İstanbul Əsgəri Muzeyində qorunan Şirvanşahlar dövlətinə aid bəzi zirehli hərbi geyim və silahları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda sərgilənməsi üçün Azərbaycana gətirdiklərini bildirib.
Sonra Milli Azərbaycan Tarixi Muzeyi ilə Əsgəri Muzeyi arasında əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb. Türkiyəli qonaqlara muzeyin nəşrləri hədiyyə olunub. Onlar Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyaları ilə tanış olublar.

Geri qayıt