Əsas Səhifə > Xəbər > Ermənilər Qarabağda silah istehsal edir: optik cihazlar, teplovizorlar, minomyotlar...

Ermənilər Qarabağda silah istehsal edir: optik cihazlar, teplovizorlar, minomyotlar...


9-01-2020, 13:04
 
     Ermənistan Müdafiə Nazirliyi işğal altındakı Dağlıq Qarabağda silah-sursatı isyehsal edildiyini açıqlayıb.
     Bu barədə Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyan açıqlama verib.
“Dağlıq Qarabağda hərbi sənayenin ayrı-ayrı növləri inkişaf edir. Bəzi hərbi məmulatları öz ordumuz üçün də alırıq. Söhbət optik cihazlar, teplovizorlar (istiliyə reaksiya verən nişangah), müxtəlif kalibrli silahlardan gedir. Bəzi silah növləri, məsələn, minamyotların kütləvi istehsalına hazırlaşırıq”-deyə Davtyan deyib.
    O, SKAD raketlərini modernləşdirdiklərini də əlavə edib.

   Vüqar İsmayılov
Geri qayıt