Əsas Səhifə > Xəbər > Qarabağda 400 hektardan çox ərazi minalardan təmizləndi

Qarabağda 400 hektardan çox ərazi minalardan təmizləndi


5-01-2021, 18:59
        Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər.
   Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
   "Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. 16 mindən çox partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib", - deyə nazirliyin məlumatında bildirilir.

Tariyel  Nəcməddin
Geri qayıt