Əsas Səhifə > Xəbər / İdman > FIG Akademiyasının aerobika gimnastikası üzrə məşqçilik kurslarının nəticələri açıqlandı

FIG Akademiyasının aerobika gimnastikası üzrə məşqçilik kurslarının nəticələri açıqlandı


31-08-2018, 17:02
 

Azərbaycan Gimnastika Federasiyası 13-20 avqust tarixlərində Bakıda aerobika gimnastikası üzrə yerli məşqçilər üçün Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının 1-ci dərəcəyə aid məşqçilik kurslarını təşkil edib.
Həm nəzəriyyə, həm də təcrübə hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Olqa Kiseloviçova (Slovakiya), Desislava Boquşeva (Bolqarıstan) və aerobika gimnastikası üzrə millimizin baş məşqçisi və eyni zamanda FIG-nin mütəxəssisi Mariyan Kolev tərəfindən keçirilib.
7 gün davam etmiş kurslarda 10 yerli məşqçi - Vladimir Dolmatov, Aleksandra Qorobçuk, Emil Quliyev, Nərminə Hüseynova, İmran İmranov, Cəmilə İsmayılova, Mələk Kərimova, Elçin Məmmədov, Alfiya Mantova və Firuzə Sadıqova ilə yanaşı, Ukrayna, Rusiya və Özbəkistandan gəlmiş 5 məşqçi də iştirak edib. Seminarın son günü keçirilmiş imtahan nəticələrinə əsasən, bütün iştirakçılar kursları müvəffəqiyyətlə başa vuraraq, məşqçilik üzrə ilkin - 1-ci beynəlxalq dərəcəyə sahibləniblər.
Bu münasibət ilə uğur qazanmış bütün məşqçilərimizi təbrik edirik!
Geri qayıt