Əsas Səhifə > Xəbər > "Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə "Qələmimizi süngüyə çevirək" devizi altında şeir müsabiqəsi keçirilir

"Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə "Qələmimizi süngüyə çevirək" devizi altında şeir müsabiqəsi keçirilir


18-10-2018, 16:15

      Əziz oxucular! 1991-ci ilin iyul ayının 9-da yaranan Xocalı rayon İcra Hakimiyyətinin mətbuat orqanı olan "Xocalının səsi" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. "Xocalının səsi" qəzeti 27 ildir ki, Xocalı soyqırımını, Xocalı rayonu haqqında məlumatları, ümumrayon tədbirlərini, rayonumuzun istedadlı, ziyalı insanları barədə yazıları, eləcə də Respublika əhəmiyyətli mövzuları öz səhifələrində işıqlandırır. Xocalılar kimi köçkünlük həyatı yaşayan rayon qəzeti keşməkeşli yollarda müxtəlif çətinliklərlə qarşılaşmağına baxmayaraq, bu gün haqq səsimizi gücə çatdığı qədər car etməkdədir.
    Cari ilin dekabr ayında "Xocalının səsi" qəzetinin 300-cü buraxılışı işıq üzü görəcək. Bu münasibətlə müxtəlif tədbirlərlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda redaksiya və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi Gəncə Regional Bölməsinin birgə təşkilatçılığı ilə Xocalı rayon məktəbliləri arasında vətənpərvəlik və Xocalı soyqırımı mövzusunda şeir müsabiqəsinə start verilir. Müsabiqədə hər iştirakçı istənilən sayda şeirlər göndərə bilər. Şeirlər [email protected] elektron poçtuna göndərilməlidir. Göndərilən şeirlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və nəticə dekabr ayının sonlarında açıqlanacaq. I, II, III yerə layiq görülən iştirakçılar Fəxri Fərman və hədiyyələrlə təltif olunacaqlar. I yeri tutan şagirdin şeiri şəkli ilə birlikdə qəzetdə dərc ediləcək.

Geri qayıt