Əsas Səhifə > Mədəniyyət > Balaca rəssamın uğurları
Balaca rəssamın uğurları31-08-2018, 16:45 |
İndi Zümrüd Abbaszadənin adı yaşadığı Lənkəran şəhəri sənətsevərlərinin dilindən düşmür. Bu da səbəbsiz deyildir. Qeyri-adi yaradıcılıq qabiliyyətə malik olan 15 yaşlı qız hələ kiçik yaşlarından rəsm sənətinə meyl salmışdır. İndiyə qədər onun fırçasından çıxan bənzərsiz sənət nümunələri çoxdur. Gən fırça ustası demək olar ki, rəssamlığın bütün janrlarında sənət əsərləri yarada bilir. Zümrüdün ülvi hisslər, sonsuz arzularla yaratdıə bu əsərlər öz rəngarəngliyi, dolğun məzmunu, cizgilərinin ahəngdarlığı ilə zövq oxşayır. Rəssamlıq sənətinə ürəkdən bağlanan Zümrüd hazırda rəngli boya ilə daha çox kətan üzərində işləməyə maraq göstərir. Tanımış rəssamlar deyirlər ki, Zümrüdün təsviri sənətdə özünəməxsusluğu hiss olunur. O, sənətin bu növünə dərində yiyələnmək üçün daha böyük zəhmətlə çalışmalı və ötən hər gün mənəvi aləmini zənginləşdirməlidir. Artıq bu gən rəssamı Azərbaycandan başqa, bir-sıra başqa ölkələrdə də tanıyıb-sevirlər. Belə ki, Yaponiya, Polşa, Hindistanda, eləcə də dünyanın digər yerlərində əsərləri nümayiş etdirilib və iştirakçısı olduğu sənət müsabiqələrində çıxmaqla diplom və sertifikatlar qazanıb. Bu il isə Zümrüd çəkdiyi rəsm əsərləri ilə Yunanistanda keçirilən müsabiqəyə qatılaraq üçüncü yerə layiq görülmüşdür. Sözsüz ki, bu rəssam qızın uğurları hələ qabaqdadır. Çünki o, öz üzərində ciddi çalışır, yaradıcılıq axtarışlarını usanmadan davam etdirir və bunun sayəsində də rəsmləri sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır... Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri qayıt |