Əsas Səhifə > Redaktor seçimi > Milli Qəhrəmanlar: “Bütün köçkünlər öz yurdlarına qayıdacaq”
Milli Qəhrəmanlar: “Bütün köçkünlər öz yurdlarına qayıdacaq”11-01-2021, 01:55 |
Qarabağ zəfərinin ardından işğaldan azad olunmuş bölgələrdə minaların təmizlənməsi prosesi davam edir.
Şəhər və kəndlərimiz istifadəyə tam yararlı vəziyyətə gəldikdən sonra el-obalarından didərgin düşmüş məcburi köçkünlərin torpaqlarına qayıdacağı gözlənilir.
Dövlət rəsmiləri qayıdışın könüllülük prinsipi əsasında gerçəkləşəcəyini deyib.
Bu barədə danışan əslən Xocavənd rayonundan olan Milli Qəhrəman İbad Hüseynov bildirib ki, gənc və ya yaşlılığından asılı olmayaraq, hər bir köçkün öz doğma yurduna qayıtmaq istəyir:
Biz qarabağlılar hər dəqiqə doğma torpaqlarımızın azad olunacağı anı səbirsizliklə gözləmişik. Bu, artıq baş verib. Birmənalı olaraq demək istəyirəm ki, bütün qarabağlılar istisnasız olaraq, doğma torpaqlarına qaydacaq və həmin günü səbirsizliklə gözləyir”.
Cəbrayıl rayonundan olan Milli Qəhrəman Vahid Quliyev də məsələyə münasibətini bildirib. Onun sözlərinə görə, torpaqlarımız minalardan təmizləndikdən sonra qayıdış prosesinə start veriləcək:
Cənab Prezidentin əmri ilə məcburi köçkünlər üçün tikilmiş binalar şəhid ailələrinə veriləcək. Yaxşı olar ki, qaçqınlar öz torpaqlarında evlə təmin olunsunlar. Mən inanıram ki dövlətimiz də bu məsələyə böyük diqqət ayıracaq”.
Milli Qəhrəman Ehtiram Əliyev deyib ki, o cür gözəl məkana qayıtmamaq ağılsızlıqdır. O, Qarabağdan olmayan insanların arasında belə azad edilmiş torpaqlarımızda yaşamaq arzusuna düşənlərin olduğunu vurğulayıb.
Fidan ƏLİ Geri qayıt |